Mingəçevir Dövlət Universitetində “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda vebinar keçirilib
29 iyun 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Gününə həsr olunmuş “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda vebinar keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən vebinarda giriş sözü ilə çıxış edən MDU-nun prorektor əvəzi Veysəl Əyyubov Azərbaycanda narkomaniya əleyhinə tədbirlərin daim diqqət mərkəzində saxlanıldığını bildirib […]