Browsing category

Mingəçevir

Mingəçevir şəhəri Kür çayının üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı salınmışdır. 11 noyabr 1948-ci ildə şəhər statusu almışdır. Bakı şəhərindən 323 km məsafədə yerləşir. Bakı-Tbilisi dəmir yolundan 17 km aralıdır. Respublika miqyaslı aeroport 30 km məsafədə Yevlax rayonunda, beynəlxalq miqyaslı aeroport Gəncə şəhərində 80 km məsafədə yerləşir. Coğrafi cəhətdən şəhər respublikanın mərkəzində Kür çayının hər iki sahilində salınmışdır. Mingəçevir su anbarı şəhərin şimal-qərbində 3 km məsafədə yerləşir.

Mingəçevir Dövlət Universitetində ingilis dilinin tədrisi ilə bağlı layihə uğurla davam etdirilir

Mingəçevir Dövlət Universiteti (MDU), ABŞ-ın Azərbaycandakı Səfirliyi və “Resource Hub”-ın birgə tərəfdaşlığı ilə təşkil edilən “Bu gün hərəkət et, sabah dəyiş” adlı ingilis dilinin tədrisi layihəsi çərçivəsində 2021-ci ilin 15 sentyabr tarixindən etibarən tələbələr üçün nəzərdə tutulmuş təlimlərə start verilib. Bundan əvvəl, sentyabrın 9-da MDU-da layihədə iştirak edəcək tələbələrlə görüş keçirilib. Görüşdə “Resource Hub” platformasının […]

Mingəçevir Dövlət Universitetinin əməkdaşları və tələbə gəncləri şəhid məzunun adını daşıyan bulağın açılış mərasimində iştirak ediblər

2021-ci ilin 10 sentyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup tələbə və müəllim kollektivi üzvü universitetin 44 günlük Vətən Müharibəsində şəhid olan məzunu Nəcəfli Oruc Rövşən oğlunun xatirəsinə inşa edilmiş bulağın açılışında iştirak ediblər. Şəhidin ailə üzvləri, döyüş yoldaşları və qazilərin, universitetin kollektiv üzvləri və şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi açılış mərasimində MDU-nun qəhrəman məzununun […]

Mingəçevir Dövlət Universitetində təhsil və sənaye əməkdaşlığı çərçivəsində növbəti görüş keçirilib

2021-ci ilin 7 sentyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU), Mingəçevir Peşə Məktəbi (MPM) və “Azmade Group” MMC arasında üçtərəfli təhsil və sənaye əməkdaşlığı formatı çərçivəsində işçi qaydada növbəti görüş keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən görüşdə universitet və peşə məktəbi tərəfindən “Azmade Group” MMC-nin müxtəlif sənaye sahələrində fəaliyyət göstərən bir sıra şirkətlərinə ünvanlanmış […]

Mingəçevir Dövlət Universitetində “Mural art” layhəsi reallaşdırılıb

2021-ci ilin 9-10 sentyabr tarixlərində Mingəçevir Dövlət Universitetində (MDU) Education Hub-ın təşəbbüsü ilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən biri olan keyfiyyətli təhsili simvolizə edən “Mural art” layihəsi həyata keçirilib. MDU, Gənclərin İnkişafı və Karyera Mərkəzi və Şərqi Avropa Təhsil Şəbəkəsinin birgə əməkdaşlığı formatında reallaşdırılan layihə dünya şöhrətli azərbaycanlı alim, süni zəka araşdırmaçısı, Kaliforniyadakı Berkeley Universitetinin kompyuter […]

Mingəçevir Dövlət Universitetində könüllü gənclərlə görüş keçirilib

2021-ci ilin 1 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində ali təhsil müəssisələrinə qəbul zamanı ixtisas seçimində abituriyentlərə dəstək göstərən könüllü gənc əməkdaşlardan ibarət komanda üzvləri ilə görüş keçirilib. Görüşdə universitetin tanıtımı, abituriyentlərin maarifləndirilməsi və düzgün yönləndirilməsi işinə töhfə verdiklərinə görə gənclərə təşəkkürünü bildirən MDU-nun rektoru Şahin Bayramov ali təhsil müəssisələrinin çevik və effektiv fəaliyyətində könüllülük işinin […]

Mingəçevir Dövlət Universitetinin tələbələri “Yay Təcrübə Proqramı”nı uğurla başa vurublar

Mingəçevir Dövlət Universiteti (MDU), Mingəçevir Peşə Məktəbi (MPM) və “Azmade Group” MMC şirkəti arasında üçtərəfli əməkdaşlıq formatı çərçivəsində Zəyəm Texnologiyalar Parkında (ZTP) təşkil edilmiş “Yay Təcrübə Proqramı” uğurla başa çatıb. 2021-ci ilin 31 avqust tarixində hər iki təhsil müəssisəsinin rəhbərləri təcrübə proqramında iştirak etmiş universitet və peşə məktəbinin tələbələri ilə görüşüblər. Görüşdə proqramı müvəffəqiyyətlə başa […]

Mingəçevir Dövlət Universitetində ingilis dilinin tədrisi ilə bağlı layihəyə start verilib

2021-ci ilin 30 avqust tarixində Mingəçevir Dövlət Universitetində (MDU) ABŞ-ın Azərbaycandakı Səfirliyi və “Resource Hub” ilə tərəfdaşlıq çərçivəsində “Bu gün hərəkət et, sabah dəyiş” adlı ingilis dilinin tədrisi ilə məşğul olan müəllimlərin inkişafı layihəsinə start verilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən layihənin açılışında çıxış edən MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, iştirakçıları salamlayıb […]

Mingəçevir Dövlət Universitetinin şəhid məzunu Əzəmi Hüseynovun doğum günü qeyd edilib

2021-ci ilin 29 avqust tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup akademik, inzibati və tələbə heyəti üzvü universitetin şəhid məzunu Əzəmi Hüseynovun doğum günü münasibətilə keçirilən anım mərasimində iştirak edib. İlk öncə, Mingəçevir Şəhidlər Xiyabanını ziyarət edən tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəman məzunun məzarı üzərinə gül dəstələri […]

Mingəçevir Dövlət Universiteti modern ali təhsil müəssisəsinə transformasiya yolundadır

Azərbaycan qəzeti, 28 avqust 2021-ci il Qəzetin PDF versiyası Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində tarixi Zəfərin qazanılması, Azərbaycan tarixinin möhtəşəm, şanlı səhifələrinin yazılması və beləliklə, ölkəmizdə və regionda yeni dövrün başlanması ilə əlaqədar olaraq, 2020/2021-ci tədris ili bir çox əlamətdar hadisələrlə yadda qalmışdır. Eyni zamanda dünyada […]

Mingəçevir Bələdiyyəsi iki şəhid bulağının inşasını öhdəsinə götürüb

Bələdiyyənin təşəbbüsü və vəsaiti ilə şəhid Məmmədli Məhəmməd Murad oğlunun və şəhid qardaşları Musa və Tural Tapdıq oğlu Həsənovların xatirə bulaq kompleksləri inşa olunub. Mingəçevir Bələdiyyəsi növbəti sosial layihəsinin icrasını başa çatdırıb. Bələdiyyənin təşəbbüsü ilə şəhid Məmmədli Məhəmməd Murad oğlunun xatirəsinə vaxtilə yaşadığı əraziyə yaxın yerdə müasir dizayn və işıqlandırma sistemi ilə qurulan bulaq kompleksi […]