Browsing category

Mingəçevir

Mingəçevir şəhəri Kür çayının üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı salınmışdır. 11 noyabr 1948-ci ildə şəhər statusu almışdır. Bakı şəhərindən 323 km məsafədə yerləşir. Bakı-Tbilisi dəmir yolundan 17 km aralıdır. Respublika miqyaslı aeroport 30 km məsafədə Yevlax rayonunda, beynəlxalq miqyaslı aeroport Gəncə şəhərində 80 km məsafədə yerləşir. Coğrafi cəhətdən şəhər respublikanın mərkəzində Kür çayının hər iki sahilində salınmışdır. Mingəçevir su anbarı şəhərin şimal-qərbində 3 km məsafədə yerləşir.

Çin kosmosda yeni dövr açır: Peykləri sıradan çıxaran silah nümayiş etdirildi

Çin hərbi mühəndisləri aşağı Yer orbitində yerləşən peyklərin işini pozmaq gücünə malik, yüksək güclü və kompakt mikrodalğalı silah hazırlayıb. Mütəxəssislərin fikrincə, bu texnologiya dünyada bu tipli ilk nümunə hesab olunur. Bu barədə “South China Morning Post” nəşri məlumat yayıb. Bildirilib ki, “TPG1000Cs” adlanan yeni sistem xüsusilə qlobal peyk şəbəkələri, o cümlədən ABŞ-nin “SpaceX” şirkətinə məxsus […]

Mingəçevirdə istehsalatda faciə

Mingəçevər şəhərində fəaliyyət göstərən çörək zavodunda çalışan bir işçi iş zamanı dünyasını dəyişib. Hadisə axşam saatlarında Samux küçəsində yerləşən istehsalat müəssisəsində qeydə alınıb. 1975-ci il təvəllüdlü Rəhman Əhmədovun iş yerində qəfil halı pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb. İlkin tibbi baxış zamanı ölümün ürək tutması nəticəsində baş verdiyi ehtimal olunur. Baş verən hadisə […]

Mingəçevirdə dəm qazından zəhərlənənlər xəstəxanadan evə buraxılıb

Bu gün səhər saat 05:00 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına 4 nəfər – 3 qadın və 1 kişi – dəm qazından zəhərlənmə diaqnozu ilə gətirilib. Xəstəxanadan verilən məlumata görə, pasiyentlərə bütün zəruri tibbi yardım göstərilib və vəziyyətləri qənaətbəxş qiymətləndirilib. Hazırda onların hamısı ambulator müalicə üçün evə buraxılıb.

Mingəçevirdə elektrik xətlərində texniki təmir aparılır

Mingəçevir şəhərində elektrik xətlərində yenidənqurma işləri aparılacaq. “Azərişıq” ASC-dən verilən məlumata görə, 110/6 kV-luq yarımstansiyadan çıxan 6 kV-luq hava xəttində texniki təmir və modernləşdirmə işləri görüləcək. İşlərin icrası zamanı, yəni saat 12:00-dək Qarabağ kanal ətrafı, İncilli yaşayış massivi və Koroğlu küçəsi sakinləri müvəqqəti elektrik kəsintisi ilə üzləşəcək. Təmir başa çatdıqdan sonra həmin ərazilərdə elektrik enerjisinin […]

Mingəçevirdə dəm qazından zəhərlənmə

Mingəçevirdə baş verən bədbəxt hadisə nəticəsində bir ailənin dörd üzvü dəm qazından zəhərlənib. Hadisə şəhərin bağlar yaşayış massivində qeydə alınıb. Məlumata görə, ailə üzvləri yaşadıqları evin mətbəxində dəm qazının sızması səbəbindən zəhərləniblər. Zərərçəkənlər – 2010-cu il təvəllüdlü Dilbazi Yusifli Rəşad qızı, 2014-cü il təvəllüdlü Nəzrin Yusifli Rəşad qızı, 2015-ci il təvəllüdlü Emin Yusifli Rəşad oğlu […]

Təhsildə keyfiyyətə yeni baxış

2026-cı ilin 13 fevral tarixində Mingəçevir Dövlət Universiteti və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə təşkilatçılığı ilə “Təhsildə Keyfiyyət və İnnovasiya Forumu – 2026” baş tutacaq. Forum ali təhsildə keyfiyyətin artırılması və innovativ yanaşmaların təşviqi məqsədi daşıyır. Tədbir çərçivəsində keçiriləcək panel müzakirələrində ali təhsildə keyfiyyət təminatı, innovativ tədris modelləri, beynəlxalq akkreditasiya təcrübələri və qlobal standartlara uyğunlaşma […]

Mingəçevirdə abadlıq layihəsi genişlənir

Mingəçevir şəhərində mənzil fondunun əsaslı təmiri üçün ayrılan vəsait artırılıb. Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsi bu məqsədlə açıq tender elan edib. Tenderin qalibi olacaq şirkətə təmir işləri üçün 1 milyon 48 min 375,72 manat ödəniləcək. Təkliflərin təqdim edilməsi və zərflərin açılışı martın 3-də keçiriləcək. Qeyd edək ki, qurum daha əvvəl bu layihə üzrə iki dəfə […]

Milli Qəhrəman Natiq Qasımovun büstü açıldı

Bu gün Mingəçevirdə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun təhsil aldığı 4 nömrəli orta məktəbdə onun büstünün açılışı keçirilib. Mərasimdə elm və təhsil naziri Emin Əmrullayev, Milli Qəhrəmanın ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Natiq Qasımov 1971-ci ildə Gədəbəy rayonunda anadan olub, uşaqlıq və gənclik illərini Mingəçevirdə keçirib. Birinci Qarabağ müharibəsi zamanı Xocalı yaxınlığında yerləşən […]

Diplomatik səfir bölgədə

Serbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljevic yanvarın 28-də Mingəçevir şəhərinə işgüzar səfər edib. Səfər zamanı onu müşaviri Jasmina Jazic müşayiət edib. Diplomat Mingəçevirdə şəhər rəsmiləri ilə görüşlər keçirib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparıb. Daha sonra səfir və nümayəndə heyəti Mingəçevir Heydər Əliyev Mərkəzini ziyarət edərək ulu öndərin həyat və siyasi […]