Mingəçevir Dövlət Universitetində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib
2021-ci ilin 26 dekabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə şəhid ailəsi üzvləri, universitetin əməkdaşları, tələbə və magistrantlar iştirak ediblər. Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda canından və qanından keçən bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi […]