Browsing category

Mingəçevir

Mingəçevir şəhəri Kür çayının üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı salınmışdır. 11 noyabr 1948-ci ildə şəhər statusu almışdır. Bakı şəhərindən 323 km məsafədə yerləşir. Bakı-Tbilisi dəmir yolundan 17 km aralıdır. Respublika miqyaslı aeroport 30 km məsafədə Yevlax rayonunda, beynəlxalq miqyaslı aeroport Gəncə şəhərində 80 km məsafədə yerləşir. Coğrafi cəhətdən şəhər respublikanın mərkəzində Kür çayının hər iki sahilində salınmışdır. Mingəçevir su anbarı şəhərin şimal-qərbində 3 km məsafədə yerləşir.

Mingəçevirdə məktəbdə təhlükəli hadisə

Mingəçevirdə yuxarı sinif şagirdi məktəbin ikinci mərtəbəsindən yıxılaraq xəsarət alıb Hadisə 3 saylı tam orta məktəbdə baş verib. Şagird Elmin Qasımov müxtəlif bədən xəsarətləri ilə təcili xəstəxanaya yerləşdirilib. Qeyd olunur ki, zərərçəkən rusiyada doğulub və məktəbdə əsasən rusdilli şagirdlər təhsil alır. Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə “Qəhrəmanlar unudulmur” adlı anım tədbiri keçirilib

16 fevral tarixində Mingəçevir şəhərində yerləşən Milli Qəhrəman Natiq Qasımovun adını daşıyan 4 saylı məktəbdə “Qəhrəmanlar unudulmur” devizi altında anım tədbiri təşkil olunub. Tədbirin təşəbbüskarı gənc yazar, Mingəçevir Yazıçılar Birliyinin üzvü, şair Nərmin Əliyeva olub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. […]

Mingəçevirdə mübahisə faciə ilə nəticələndi

Mingəçevirdə iki nəfər arasında yaranan mübahisə ağır xəsarətlə nəticələnib. Hadisə şəhərin bağlar yaşayış massivində qeydə alınıb. İlkin məlumata görə, tərəflər arasında baş verən münaqişə zamanı şəxslərdən biri 1980-ci il təvəllüdlü Zaur Nəbiyevin üzərinə spirt tökərək onu yandırıb. Zərərçəkən üz, əl, qol və bədənin digər nahiyələrindən müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və dərhal xəstəxanaya yerləşdirilib. Məlumata […]

Mingəçevir Dövlət Universitetində Təhsil, Keyfiyyət və İnnovasiya Forumu – 2026 keçirilib

Mingəçevir Dövlət Universitetinin ev sahibliyi ilə “Təhsildə Keyfiyyət, Dayanıqlılıq və İnnovasiya Forumu – 2026” uğurla təşkil olunub. Təhsil, innovasiya və dayanıqlı inkişaf mövzularını bir platformada birləşdirən forum Mingəçevir şəhərində Heydər Əliyev idarə edib. Tədbir Mingəçevir Dövlət Universiteti və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə təşkilatçılığı ilə reallaşıb. Forumda 29 ali təhsil müəssisəsi, 36 ümumtəhsil və peşə […]

Mingəçevirdə faciəvi qəza: sürücü sükan arxasında həyatını itirdi

Mingəçevir şəhərində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə gecə saatlarında şəhərin Cəmil Əliyev küçəsində baş verib. İlkin məlumata əsasən, “Ford” markalı mikroavtobus yol kənarında hərəkətsiz vəziyyətdə dayanmış minik avtomobilinə çırpılıb. Qəza nəticəsində mikroavtobusun sürücüsü, 1962-ci il təvəllüdlü Salahov Elxan Balabəy oğlu həyatını itirib. Bildirilir ki, sürücünün sükan arxasında olarkən qəfil ürək tutması keçirdiyi, […]

Mingəçevirdə növbəti səyyar görüş keçirilib

Mingəçevir şəhər sakinləri ilə növbəti səyyar görüş keçirilib. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov mütəmadi təşkil olunan belə görüşlərdə iştirakçıları narahat edən məsələlərin həlli üçün yerindəcə göstərişlər verir. Bu gün görüş U.Hacıbəyli adına 11 illik musiqi məktəbində baş tutub. Sakinlər açıq mikrofon vasitəsilə dam örtüyü, kanalizasiya xətləri, şəxsi problemlər və musiqi məktəbinin önünə U.Hacıbəyli […]

Mingəçevirdə gənc qarmon ifaçısı festivalın qalibi oldu

Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 1 nömrəli Onbirillik Musiqi Məktəbinin Xalq Çalğı Alətləri şöbəsinin qarmon ixtisası üzrə IX sinif şagirdi Bəyoğlan Hüseynov Tural oğlu Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş “Uşaq İncəsənət Festivalı – 2025”in final mərhələsində Qarmon ifaçılığı nominasiyası üzrə I yerə layiq görülüb. Bəyoğlan Hüseynovun müəllimi Mübariz Həsənov, konsermeysteri isə Zülfiyyə Bağırovadır. Qalibiyyət […]

İqlim və enerji sahəsində konkret nəticələrin əldə olunmasında şəhərlərin rolu artır

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Merlər Razılaşması – Şərq Tərəfdaşlığı (CoM East) Azərbaycanda, yerli iqlim və enerji fəaliyyəti üzrə ən böyük təşəbbüslərdən birinə qoşulmağı nəzərdən keçirən bələdiyyələr üçün mövcud imkanları haqqında maarifləndirici tədbirlər təşkil edib. Tədbir 10 fevral tarixində Bakıda keçirilib və bələdiyyələrin, habelə milli qurumların təxminən 100 nümayəndəsini bir araya gətirib. Görüş Avropa İttifaqının məlumatlı […]

Mingəçevirdə marketdə faciə

Mingəçevər şəhərində yerləşən marketlərdən birində ölüm faktı baş verib. Hadisə 20 Yanvar küçəsində fəaliyyət göstərən “Qədiroğlu” marketlər şəbəkəsinə məxsus mağazada qeydə alınıb. Alış-veriş məqsədilə marketə daxil olan, 1953-cü il təvəllüdlü şəhər sakini Mikayıl Məmmədovun qəfil halı pisləşib və o, yerə yıxılıb. İlkin tibbi müayinə zamanı onun ürək çatışmazlığı nəticəsində vəfat etdiyi müəyyən edilib. Faktla bağlı […]

Mingəçevirdə İcra Hakimiyyətinin səyyar görüşü keçirildi

Fevralın 5-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov vətəndaşlarla növbəti səyyar qəbulunu keçirib. Görüş 11 nömrəli tam orta məktəbin akt zalında təşkil olunub və tədbirdə İcra başçısının aparatının məsul əməkdaşları, şəhər polis şöbəsinin rəisi, şəhər prokuroru, müxtəlif küçələrdən gəlmiş sakinlər, bələdiyyə sədri, idarə və müəssisə rəhbərləri, həmçinin mətbuat nümayəndələri iştirak ediblər. Tədbiri açan İcra […]