Browsing category

Mingəçevir

Mingəçevir şəhəri Kür çayının üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı salınmışdır. 11 noyabr 1948-ci ildə şəhər statusu almışdır. Bakı şəhərindən 323 km məsafədə yerləşir. Bakı-Tbilisi dəmir yolundan 17 km aralıdır. Respublika miqyaslı aeroport 30 km məsafədə Yevlax rayonunda, beynəlxalq miqyaslı aeroport Gəncə şəhərində 80 km məsafədə yerləşir. Coğrafi cəhətdən şəhər respublikanın mərkəzində Kür çayının hər iki sahilində salınmışdır. Mingəçevir su anbarı şəhərin şimal-qərbində 3 km məsafədə yerləşir.

Yeni təqvim ilinə ön söz

İnsanın savadlı olmağı onun tez-tez kitab oxuduğu anlamına gəlmir. Kitab oxusa belə, gərəkli şeylər oxuduğu anlamına gəlmir. Gərəkli şeylər oxusa da doğru nəticələr çıxardığı, doğru qərarlar verdiyi anlamına gəlmir. Doğru nəticələr çıxarsa da, onları həyatında tətbiq etdiyi və ya həyat tərzinə çevirdiyi anlamına gəlmir. Doğru nəticələr çıxarıb, doğru qərarlar verib, həyat tərzinə çevirsə də , […]

Mingəçevir Dövlət Universitetində yeni müdafiə edən əməkdaşlarla görüş keçirilib

2021-ci ilin 30 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işlərini uğurla müdafiə edən universitetin iki əməkdaşı – Üzeyir Zeynalov və Ayna Babazadə ilə görüşüb. Cari ilin dekabr ayında müxtəlif elm sahələri üzrə universitetin iki əməkdaşının fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülməsini yüksək qiymətləndirən Ş.Bayramov bu […]

Mingəçevir Dövlət Universitetində fəal tələbələrlə görüş keçirilib

2021-ci ilin 30 dekabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) fəal tələbələrlə görüş keçirilib. Görüşdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tələbə gəncləri təbrik edən MDU-nun rektoru Şahin Bayramov onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb. Hazırda universitetin modernləşməsi prosesində tələbələrin aktiv iştirakından məmnunluğunu bildirən rektor onların növbəti illərdə də daha yüksək akademik nəticələr […]

Mingəçevir Dövlət Universiteti “Nizami dühası ümumbəşəri dəyərdir” mövzusunda respublika konfransında təmsil olunub

2021-ci ilin 17 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup akademik heyət üzvü Bakı Dövlət Universitetinin Qazax filialının təşkilatçılığı ilə keçirilən “Nizami dühası ümumbəşəri dəyərdir” mövzusunda respublika elmi konfransında iştirak edib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən konfransın bölmə iclaslarında MDU əməkdaşlarından Aygün İsmayılova “Nizami Gəncəvinin ədəbi irsində dünyanın tarixi və coğrafi kosmologiyasi”, […]

Mingəçevir Dövlət Universitetində ingilis dili üzrə təlimlər keçirilib

2021-ci ilin 20-25 dekabr tarixlərində Mingəçevir Dövlət Universitetində (MDU) beynəlxalq təlimçi Harry Park tərəfindən universitetin əməkdaşları, tələbə və magistrantları üçün “English with Harry” adlı ingilis dili təlimləri keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən təlimlərin başlıca məqsədi MDU-da təhsilalanların və təhsilverənlərin ingilis dili bacarıqlarının yeni metodlarla inkişaf etdirilməsi olub. Beş gün müddətində davam edən […]

Mingəçevir Dövlət Universitetində məktəb şagirdləri ilə görüş keçirilib

2021-ci ilin 24 dekabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Mingəçevir şəhər 7 saylı tam orta məktəbin peşə təmayüllü sinfinin şagirdləri üçün universitetin tanıtımı ilə bağlı görüş keçirilib. Görüşdə sözügedən məktəbin direktoru Anar İsmayılov və peşə təmayüllü sinfin rəhbəri Taleh Həsənli də iştirak ediblər. Görüşdə təqdimatla çıxış edən universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Cəlil Bağırov […]

Bakı Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib

2021-ci ilin 27 dekabr tarixində Bakı Dövlət Universiteti (BDU) və Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Gənclər təşkilatlarının birgə təşkilatçılığı ilə “Qarabağda quruculuq işlərində gənclərin rolu” mövzusunda dəyirmi masa keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən dəyirmi masada hər iki universitetin tələbə və magistrantları iştirak ediblər. Dəyirmi masada BDU-dan Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin […]

Mingəçevir Dövlət Universitetində Nizami Gəncəvinin 880 illiyinə həsr olunan tədbir keçirilib

2021-ci ilin 28 dekabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Pedaqoji fakültənin təşkilatçılığı ilə Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş “Söz dünyasının günəşi” adlı tədbir keçirilib. Tədbirdə universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər. Tədbirdən əvvəl, MDU-nun bir qrup tələbə və əməkdaşı Gəncə şəhərində […]

Mingəçevir Dövlət Universitetində “Güclü lider, güclü iqtisadiyyat və Zəfər tarixi” mövzusunda mühazirə keçirilib

2021-ci ilin 24 dekabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Güclü lider, güclü iqtisadiyyat və Zəfər tarixi“ mövzusunda mühazirə keçirilib. MDU-nun Heydər Əliyev Mərkəzində tələbə və magistrantların iştirakı ilə keçirilən mühazirədə universitetin Humanitar fənlər kafedrasının müəllimi Mətanət Yusifova məruzə ilə çıxış edib. Məruzədə  Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan […]

Mingəçevir Dövlət Universitetində Xalq yazıçısı Əzizə Cəfərzadənin 100 illiyinə həsr olunmuş konfrans keçirilib

2021-ci ilin 27 dekabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Xalq  yazıçısı, görkəmli pedaqoq Əzizə Cəfərzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Aləmdə səsi olan yazıçı qadın” mövzusunda elmi konfrans keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən konfransda universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər. Konfransda giriş sözü ilə çıxış […]