Browsing category

Mingəçevir

Mingəçevir şəhəri Kür çayının üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı salınmışdır. 11 noyabr 1948-ci ildə şəhər statusu almışdır. Bakı şəhərindən 323 km məsafədə yerləşir. Bakı-Tbilisi dəmir yolundan 17 km aralıdır. Respublika miqyaslı aeroport 30 km məsafədə Yevlax rayonunda, beynəlxalq miqyaslı aeroport Gəncə şəhərində 80 km məsafədə yerləşir. Coğrafi cəhətdən şəhər respublikanın mərkəzində Kür çayının hər iki sahilində salınmışdır. Mingəçevir su anbarı şəhərin şimal-qərbində 3 km məsafədə yerləşir.

Mingəçevir Dövlət Universitetində QİÇS-lə bağlı maarifləndirici seminar keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) 1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü münasibətilə maarifləndirici seminar keçirilib. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Mingəçevir Regional Laboratoriyası tərəfindən təşkil olunan seminarda universitetin tələbə və magistrantları iştirak ediblər. Laboratoriyanın müdiri, həkim Yeganə Aslanova seminar iştirakçılarına zərərli vərdişlərin insan sağlamlığına törətdiyi ağır fəsadlar, QİÇS-ə yoluxma yolları və xəstəliyin yayılma təhlükəsi barədə ətraflı məlumat […]

Mingəçevir Dövlət Universitetində işarə dili və diksiya təlimləri keçirilib

27-28 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Diksiya akademiyasının təlimçisi, televiziya aparıcısı və müxbiri Nuranə Abıyeva tərəfindən tələbə gənclər üçün “Nə üçün işarə dilini bilməliyik?” və “Səlis danışığınla fərqlənməyi bacar” mövzularında iki günlük təlimlər keçirilib. Noyabrın 27-də keçirilən “Nə üçün işarə dilini bilməliyik?” adlı təlimdə N.Abıyeva işarə dilinin mahiyyətindən, onun öyrənilməsinin vacibliyi və […]

Mingəçevir Dövlət Universiteti “Ukrayna – Azərbaycan – Qazaxıstan” formatında beynəlxalq konfransda təmsil olunub

Mingəçevir Dövlət Universiteti (MDU) 26 noyabr 2021-ci il tarixində Xarkov Milli Avtomobil və Yol Universitetinin (Kharkiv National Automobile and Highway University – KhNAHU) İdarəetmə və biznes fakültəsinin 55 illik yubileyinə həsr olunan “Sahibkarlığın inkişaf problemləri və perspektivləri” mövzusunda XV Beynəlxalq elmi-praktiki konfransda təmsil olunub. Ukrayna, Azərbaycan və Qazaxıstanın ali təhsil müəssisələrinin qatıldığı və hibrid formatda […]

Qazi Universiteti, AzTU və MDU üçtərəfli işbirliyi çərçivəsində elmi seminar keçirilib

29 noyabr – 1 dekabr 2021-ci il tarixlərində Türkiyənin Qazi Universiteti, Azərbaycan Texniki Universiteti (AzTU) və Mingəçevir Dövlət Universiteti (MDU) üçtərəfli işbirliyi çərçivəsində 30 noyabr – Beynəlxalq informasiya təhlükəsizliyi gününə həsr olunan “İnformasiya təhlükəsizliyi: təhlükələr və müdafiə mexanizmləri” mövzusunda elmi seminar keçirilib. Üç gün müddətində davam edən seminarda tərəfdaş universitetlərin akademik və inzibati heyət üzvləri, […]

Mingəçevir sakinləri küçələrə şəhid adlarının verilməsini istəyir

Bizim.Media-nın Qərb bürosunun məlumatına görə, ölkənin dördüncü şəhərində hələ də Azərbaycan tarixində müammalı izləri ilə yadda qalan şəxslərin adını daşıyan küçələr mövcuddur. Şəhərin bəzi kənar məhəllələrində İƏ “Birinci paralel”, “5-ci küçə”, “10-cu küçə” yaxud “15-ci küçə” kimi adlandırılan ünvanlar var. Adı “26 Bakı komissarı” arasında yer alan Məşədi Əzizbəyovun adı ilə bağlı paytaxtda küçə metro […]

Bakı Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti mühazirə keçirilib

2021-ci ilin 26 noyabr tarixində Bakı Dövlət Universiteti (BDU) və Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq çərçivəsində reallaşdırılan “Ustad dərsləri” layihəsi üzrə növbəti mühazirə keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən mühazirədə hər iki universitetin professor-müəllim heyəti üzvləri, tələbə, magistrant və doktorantları, eləcə də “Dədə Ələsgər Ocağı” İctimai Birliyindən Aşıq Ələsgərin nəticəsi şairə […]

Mingəçevir Dövlət Universiteti Erasmus+ layihəsi çərçivəsində tərəfdaşlığını davam etdirir

Mingəçevir Dövlət Universiteti (MDU) Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində reallaşdırılan “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kursları” (“New Courses in Geospatial Engineering for Climate Change Adoptation of Coastal Ecosystems” – GEOCLIC) layihəsində tərəfdaşlığını davam etdirir. 26 noyabr 2021-ci il tarixində sözügedən beynəlxalq layihə çərçivəsində tərəfdaş universitetlər arasında ”Zoom” platforması üzərindən onlayn […]

MDU əməkdaşının monoqrafiyası beynəlxalq sərgidə qızıl medala layiq görülüb

Mingəçevir Dövlət Universitetinin (MDU) Riyaziyyat kafedrasının müəllimi Səriyə Allahverdiyevanın həmmüəllifi olduğu və cari ilin mart ayında Almaniyanın “Lambert Academic Publishing” nəşriyyat evində çap edilmiş “Kompüter riyaziyyatında məlumatların təhlükəsizliyinin texniki-texnoloji və metodoloji xüsusiyyətləri” adlı monoqrafiya bu ilin iyun-iyul aylarında Londonda keçirilmiş “London Book Fair” kitab sərgisində iştirakçı sertifikatı və qızıl medalla təltif olunub. Digər müəllifi Azərbaycan […]

Mingəçevir Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının hesabat-seçki konfransı keçirilib

26 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Tələbə Gənclər Təşkilatının (TGT) növbəti hesabat-seçki konfransı keçirilib. Konfransda MDU-nun rektoru Şahin Bayramov, universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər. Konfransda TGT-nin sədr əvəzi Elmira Hüseynli iki illik fəaliyyəti barədə hesabat verib. MDU-nun rektoru Ş.Bayramov hesabat dövründə TGT-nin gördüyü işləri müsbət qiymətləndirib. […]

Mingəçevir Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin XII elmi-praktiki konfransı keçirilib

25 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Tələbə  Elmi  Cəmiyyətinin (TEC) XII elmi-praktiki konfransı keçirilib. ”Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan konfransda MDU-nun Pedaqoji, Mühəndislik, İqtisadiyyat və idarəetmə fakültələrinin tələbə, magistr və professor-müəllim heyəti üzvləri iştirak ediblər. Konfransda giriş sözü ilə çıxış edən MDU-nun rektoru Şahin Bayramov tələbələrin elmi fəaliyyətə cəlb […]