Browsing category

Mingəçevir

Mingəçevir şəhəri Kür çayının üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı salınmışdır. 11 noyabr 1948-ci ildə şəhər statusu almışdır. Bakı şəhərindən 323 km məsafədə yerləşir. Bakı-Tbilisi dəmir yolundan 17 km aralıdır. Respublika miqyaslı aeroport 30 km məsafədə Yevlax rayonunda, beynəlxalq miqyaslı aeroport Gəncə şəhərində 80 km məsafədə yerləşir. Coğrafi cəhətdən şəhər respublikanın mərkəzində Kür çayının hər iki sahilində salınmışdır. Mingəçevir su anbarı şəhərin şimal-qərbində 3 km məsafədə yerləşir.

ADA Universitetinin əməkdaşları Mingəçevir Dövlət Universitetində seminar keçiriblər

2021-ci ilin 7 dekabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Ali təhsil müəssisəsində elmi-tədqiqat işlərinin gücləndirilməsi yolları” mövzusunda elmi-praktiki seminar keçirilib. ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Vəliyev və Təhsilin idarə edilməsi fakültəsinin proqram direktoru Saida Nəbiyeva tərəfindən keçirilən seminarda MDU-nun gənc akademik və inzibati heyət üzvləri, […]

Mingəçevir Dövlət Universitetində “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

2021-ci ilin 10-11 dekabr tarixlərində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Respublikasının Təhsil və İqtisadiyyat nazirliklərinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Konfransın Təşkilat Komitəsinə MDU ilə yanaşı, Türkiyə, Ukrayna, Çin, Litva, Rusiya Federasiyası, Ukrayna, Qazaxıstan, Qırğız Respublikası, İsveç və Sloveniyanı […]

Mingəçevir Dövlət Universitetinin tələbələri “Azərbaycan İES”-də təlim-təcrübə proqramını uğurla başa vurublar

6 dekabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və “Azərbaycan İES” MMC arasında əməkdaşlıq çərçivəsində universitetin Mühəndislik fakültəsinin tələbələri üçün nəzərdə tutulan iki həftəlik təlim-təcrübə proqramı uğurla başa çatıb. Bu münasibətlə, “Azərbaycan İES” MMC-nin Baş İdarəetmə Mərkəzində təlim-təcrübə proqramında iştirak etmiş tələbələrlə görüş keçirilib. Görüşdə MDU-dan Mühəndislik fakültəsinin dekan əvəzi Almaz Əliyeva, İqtisadiyyat və […]

Mingəçevir Dövlət Universiteti beynəlxalq konfransda təmsil olunub

Mingəçevir Dövlət Universiteti 2021-ci ilin 2-3 dekabr tarixlərində Azərbaycan Texniki Universiteti (AzTU), Türkiyənin Qazi Universiteti, Rusiyanın Cənubi Ural Dövlət Universiteti, Tatarıstanın Almetyevsk Dövlət Neft İnstitutu, Almaniyanın Brandenburq Texniki Universiteti və Çexiyanın Liberec Texniki Universitetinin təşkilatçılığı ilə keçirilən “Maşınqayırma və energetika: yeni konsepsiyalar və texnologiyalar” mövzusunda beynəlxalq elmi-praktiki konfransda təmsil olunub. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil […]

MDU və BDU könüllüləri Beynəlxalq Könüllülər Gününü birlikdə qeyd ediblər

Mingəçevir Dövlət Universiteti (MDU) və Bakı Dövlət Universitetinin (BDU) könüllülərinin birgə təşkilatçılığı ilə 5 dekabr – Beynəlxalq Könüllülər Gününə həsr olunan “Könüllülük uğurlu karyeranın başlanğıcıdır” mövzusunda təqdimat keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən təqdimatda hər iki universitetin könüllüləri, tələbə və gənc əməkdaşları iştirak ediblər. Təqdimata modertorluq edən “BDU Könüllüləri”nin koordinatoru Nərmin Heydərova […]

Mingəçevir Dövlət Universitetində ingilis dilinin tədrisi ilə bağlı layihə uğurla başa çatıb

2021-ci ilin 3 dekabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) ABŞ-ın Azərbaycandakı Səfirliyi və “Resource Hub”-ın birgə tərəfdaşlığı ilə həyata keçirilən “Bu gün hərəkət et, sabah dəyiş” adlı ingilis dilinin tədrisi layihəsi çərçivəsində “İngilis dili Festivalı” təşkili edilib. Festival zamanı təlimləri müvəffəqiyyətlə başa vurmuş MDU-nun akademik heyət üzvləri tərəfindən universitetin tələbələri, Bərdə və Mingəçeviri təmsil edən […]

Mingəçevir Dövlət Universitetinin gənc əməkdaşları Bakı Qida Hakatonunun qalibi olublar

Mingəçevir Dövlət Universitetinin (MDU) gənc əməkdaşları Elvin Muradzadə və Nurlan Əzizlinin təmsil etdikləri Agrinova komandası Bakı Qida Hakatonunun qalibi olub. 27-28 noyabr tarixlərində keçirilən hakaton Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi, Gənc Avropa Səfirləri və Aİ-nin maliyyələşdirdiyi, Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun reallaşdırdığı “AgriVision” layihəsi çərçivəsində təşkil edilib. Diqqətə çatdırılıb ki, hakaton sağlam qidalanma […]

Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib

3 dekabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Elmi Şuranın növbəti iclası keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən iclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb. Gündəliyə uyğun olaraq, əvvəlcə, iclasda MDU-nun elmi işlər üzrə prorektor əvəzi Veysəl Əyyubovun təqdimatında “2021-ci ilin elmi tədqiqat işlərinin nəticələri və […]

Mingəçevir Dövlət Universitetində təhsil tələbə krediti ilə bağlı infosessiyalar keçirilib

2021-ci ilin 29 noyabr – 1 dekabr tarixlərində Mingəçevir Dövlət Universitetinin (MDU) Pedaqoji, Mühəndislik, İqtisadiyyat və idarəetmə fakültələrində təhsil tələbə kreditindən faydalanmaq istəyən tələbələr üçün infosessiyalar keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən infosessiyalarda MDU-nun Tədris şöbəsinin əməkdaşları təhsil tələbə kreditinin növləri və onlardan istifadə hüququ, kreditin verilməsinə dair tələblər və tətbiq edilən […]

Mingəçevir Dövlət Universitetində “Tələbə Mediası” layihəsinin iştirakçıları ilə görüş keçirilib

27 oktyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “Tələbə mediası” layihəsində uğurla iştirak edən tələbələrlə görüşüb. Görüşdə gənclərin hərtərəfli inkişafında bu tipli layihələrdə iştirakın önəmindən danışan rektor Ş.Bayramov təlimləri müvəffəqiyyətlə başa vuran tələbələri təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb. Layihə ilə bağlı təəssüratlarını bölüşən tələbələr müasir dövrün tələblərinə uyğun […]