Browsing category

Mingəçevir

Mingəçevir şəhəri Kür çayının üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı salınmışdır. 11 noyabr 1948-ci ildə şəhər statusu almışdır. Bakı şəhərindən 323 km məsafədə yerləşir. Bakı-Tbilisi dəmir yolundan 17 km aralıdır. Respublika miqyaslı aeroport 30 km məsafədə Yevlax rayonunda, beynəlxalq miqyaslı aeroport Gəncə şəhərində 80 km məsafədə yerləşir. Coğrafi cəhətdən şəhər respublikanın mərkəzində Kür çayının hər iki sahilində salınmışdır. Mingəçevir su anbarı şəhərin şimal-qərbində 3 km məsafədə yerləşir.

“Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü: Konfrans zalı və kofe fasiləsinin təşkili üçün təklif gözlənilir

2023-cü il noyabrın 1-dən Avropa İttifaqının maliyyələşdirdiyi və BMT İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində və Mingəçevir Valideynlər Assosiasiyasının təşəbbüsü üzrə Mingəçevir Resurs Mərkəzi aşağıdakı xidmətləri yerinə yetirən fiziki və hüquqi şəxslərdən təkliflər gözləyir: Konfrans zalı (kompüter və proyektoru olan, internetlə və istilkilə təchiz edilən, azı 25 […]

Mingəçevir 75 yaşında

11 noyabr 2023-cü ildə Mingəçevirin 75 yaşı qeyd olunub. Tədbir Heydər Əliyevin abidəsinin və Şəhidlər Xiyabanının ziyarəti ilə başlayıb. Sonra Mingəçevir Su Elektrik Stansiyası ilə tanışlıq olub. Stansiyanın giriş qapısı önündə Mingəçevir Dövlət Dram Teatrının (MDDT) aktyorları Səməd Vurğunun “Muğan” poemasından bir parçanı nümayiş etdiriblər. Stansiyanın direktoru Oqtay Pirverdiyev Mingəçevir SES-in yaranma tarixi və bu […]

“Mingəçevir Odisseyası”

Az qaldı. Cəmisi bir neçə saatdan sonra əziz şəhərimiz, doğma Mingəçevirimiz 75 yaşına qovuşa-caq. Xeyirli, uğurlu olsun. Təbii, bu əlamətdar tarixi günlə bağlı çeşidli tədbirlər keçirilir, qədirbilən mingəçevirlilər doğma və müqəddəs yurd yerlərinin sevincinə şərik olurlar. Möhtəşəm ZƏFƏR BAYRAMI, BAYRAQ GÜNÜ və 75 yaşlı nur timsallı Mingəçevirin ad günü. Bu qürurverici, möhtəşəm, vətəndaş məm-nunluğu və […]

Bozdağın ətəyində

Bir yay gecəsində Sultan kişi inana bilmirdi ki, bu həqiqət ola. Hələ müharibədən xeyli qabaq da belə bir xəbər çıxmışdı, amma söz olaraq qalmışdı. Çox fikirləşdi. Axırda öz-özündən soruşdu ki, yəni davam gətirə bilərlərmi? İslam İslamzadə kimi özünü təqdim edən qonağın üz-gözündən arxayınlıq yağsa da, şübhələri Sultan kişini rahat buraxmırdı. Evdə bürkü idi deyə həyətə […]

H.Əliyevin QHT-rin inkişafında rolu”

Oktyabrın 27-də Mingəçevir şəhər Bələdiyyəsində Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “H.Əliyevin Qeyri Hökumət Təşkilatlarının inkişafında rolu” adlı dəyirmi masa keçirilib. Tədbir “Müharibə, əmək və silahlı qüvvələr veteranları” Təşkilatının (MƏSQVT) təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. Tədbirin aparıcısı “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyi Mingəçevir şəhər filialının sədri Əliağa Bəndalıyev mövzu ilə […]

“İnternat şagirdlərinin Şəxsi İnkişaf və Karyera Planlaması” Layihəsinin açılış mərasimi keçirilib

Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə  İnkişaf və İnnovasiyalar üzrə VII qrant” müsabiqəsinin qalibi olan məktəb layihəsinin açılış mərasimi həyata keçirilib. Layihə rəhbəri İnteqrasiya Təlimli, İnternat tipli Gimnaziyanın direktoru Pərvanə Tahirova tədbir iştirakçılarını salamlayıb. Layihənin mahiyəti haqqında ətraflı məlumat verib. “İnternat şagirdlərinin Şəxsi İnkişaf və Karyera Planlaması” düşərgəsinin 3 gecə 4 gün müddətində, 2023-cü […]

“Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü: İş axtaranlar üçün imkan

2023-cü il noyabrın 1-dən Avropa İttifaqının maliyyələşdirdiyi və BMT İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində və Mingəçevir Valideynlər Assosiasiyasının təşəbbüsü üzrə Mingəçevir Resurs Mərkəzi aşağıdakı xidmətlər üzrə bacarıqları olan peşəkar işçilər tələb edir: 1.Layihə rəhbərinin köməkçisi Layihə boyunca əvvəldən axıradək tədbirlərin keçirilməsini təşkil etmək. Hədəf qrupunu (20 […]

Müəllimlər Gününə musiqi töhfəsi

Oktyabrın 5-də Mingəçevirdə Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbində 5 oktyabr Beynəlxalq Müəllimlər Günü qeyd olunub.  Tədbirə məktəbin təqaüdçüləri və başqa musiqi məktəblərinin müəllimləri dəvət olunublar. Vətən Müharibəsində şəhid olanların ruhu anılıb. Həmçinin gənc nəslin musiqi təhsili və tərbiyəsində əməyini əsirgəmədən çalışmış və dünyasını dəyişmiş müəllimlər xatırlanıb. Şagirdlər təbriklərini Azərbaycan və xarici bəstəkarların əsərlərini ifa […]

ABRAL ACADEMY TƏHSİL MƏRKƏZİ 2 YAŞINI UĞURLARI İLƏ QEYD ETDİ.

Mingəçevir şəhəri hər zaman təhsilə önəm verən, yenilikçi şəhər olaraq tanınmaqdadır.  Azərbaycanın 4-cü sənaye şəhəri olaraq tanınan Mingəçevir şəhərində yüksəkixtisaslı kadrlara hər zaman ehtiyac var. ABRAL ACADEMY təhsil mərkəzi yarandığı gündən məhz bu amala qulluq edir. Daim yenilənən sistemə ayaq uyduraraq hər il yüksək nəticələrlə yüzlərlə tələbənin gələcəyinə işıq tutan Təhsil Mərkəzi , Məktəbəqədər təhsil, […]

Uçan dənizlər

Uşaqların diqqətini hərdən təbiətə yönəldin, çünki təbiəti tanımasalar onu sevməzlər, sevməsələr qorumayacaqlar, qorumasalar isə onu məhv edənlərə heç bir zaman etiraz etməyəcəklər. Bu isə onların sağlamlığını, gələcəyini məhv edəcəkdir. Torpaq, su, hava, meşələr insanların həyatı üçün çox önəmlidir və bunu uşaqlar da anlamalıdırlar.