Browsing category

Bələdiyyə

Mingəçevir Bələdiyyəsi yeni layihəsinə 40 min manat ayırıb

Mingəçevir Bələdiyyəsi fevralın 23-dən yeni layihəsinə start verib. Məqsəd Novruz bayramınadək şəhərin Heydər Əliyev, İsmət Qayıbov və Həzi Aslanov küçələrinin kəsişməsində yerləşən ərazidə nümunəvi məhəllə yaratmaqdır. Bələdiyyə sədri Ramiz Əliyev “Mingəçevir işıqları” qəzetinin müxbiri ilə söhbətində deyib ki, burada indiyədək nə uşaqların, nə də böyüklərin əylənməsi və istirahəti üçün şərait olmayıb: “İndi mövcud ərazidə müasir […]

Ötən il yerli Bələdiyyə necə çalışıb?

2021-ci ildə Mingəçevir Bələdiyyəsi 25 iclas keçirib. İclas gündəliyinə 219 məsələ salınıb, məsələlərlə bağlı müvafiq qərarlar verilib. İclaslarda müzakirə olunmuş məsələlərdən 101-i icarəyə və mülkiyyətə torpaq sahələri ayrılması ilə, 11-i şəhərdə aparılan tikinti-abadlıq işlərinə və bir sıra tədbirlərin keçirilməsinə maliyyə vəsaitlərinin ayrılması ilə, 10-u maddi yardımlarla, 97-i təşkilati və digər məsələlərlə bağlı olub. Bunlardan başqa, […]

Bələdiyyə bir məhəlləyə 16 söhbətgah və 50 oturacaq gətirdi

135-ci məhəllə Mingəçevirin N.Nərimanov, Ş.İ.Xətai və A.Məmmədov küçələrinin kəsişməsində yerləşir. Ərazidəki  16 hündürmərtəbəli yaşayış binasında 4 minə yaxın sakin yaşayır. Mingəçevir Bələdiyyəsi “Abad məhəllə” layihəsi çərçivəsində həmin ərazidə hər bir yaşayış binasının qarşısına bir söhbətgah və üç söykənəcəkli oturacaq qoyub (Cəmi 16 söhbətgah və 50 oturacaq). Müasir dizaynla düzəldilmiş hər söhbətgah 1400,  bir oturacaq isə […]

Mingəçevir Bələdiyyəsi iki şəhid bulağının inşasını öhdəsinə götürüb

Bələdiyyənin təşəbbüsü və vəsaiti ilə şəhid Məmmədli Məhəmməd Murad oğlunun və şəhid qardaşları Musa və Tural Tapdıq oğlu Həsənovların xatirə bulaq kompleksləri inşa olunub. Mingəçevir Bələdiyyəsi növbəti sosial layihəsinin icrasını başa çatdırıb. Bələdiyyənin təşəbbüsü ilə şəhid Məmmədli Məhəmməd Murad oğlunun xatirəsinə vaxtilə yaşadığı əraziyə yaxın yerdə müasir dizayn və işıqlandırma sistemi ilə qurulan bulaq kompleksi […]

Mingəçevir Bələdiyyəsi ilin birinci yayımilliyində neçə işləyib?

MİNGƏÇEVİR BƏLƏDİYYƏSİNİN 2021-Cİ İLİN I YARIMİLLİYİ ƏRZİNDƏ KEÇİRDİYİ ÜMUMİ YIĞINCAQLAR BARƏDƏ MƏLUMAT Keçirilən iclasların ümumi sayı  –  13 Gündəlikdəki məsələlərin sayı – 102 O cümlədən; -Torpaqla əlaqədar məsələlər – 43 -Şəhərdə aparılan tikinti-abadlıq işlərinə, məhəllələrdə görülən işlərə və bir sıra başqa tədbirlərin keçirilməsinə maliyyə vəsaitlərinin ayrılması ilə bağlı məsələlər – 5 -Yardımlar – 3 -Təşkilati […]

Mingəçevir Bələdiyyəsi 2020-ci ildəki fəaliyyəti barədə hesabat verib

2020-ci il dünyanı cənginə almış, hələ də davam edən pandemiya (COVİD-19) ilə mübarizə ili oldu. Bütün dövlət strukturlarının, o cümlədən bələdiyyələrin fəaliyyətində məhdudiyyətlər tətbiq edildi. Bu da sözsüz ki, nəzərdə tutulmuş il ərzində görüləcək işlərə mənfi təsir göstərdi və bir sıra layihələr yerinə yetirilməmiş qaldı. 2020- ci il xalqımız üçün eyni zamanda zəfər ili kimi […]

Bələdiyyə sədrlərinin və üzvlərinin BİR QİSMİni sanki ətalət basıb

Bir başa mətləbə keçirəm. Əgər bələdiyyənin DSMF-yə və digər qurumlara kifayət qədər borcu yaranıbsa, açıq deyim ki, onun günahının 50 faizi bələdiyyə sədrində və kollektivindədir. Bu dəqiqdir. Mühasib, hüquqşünas və digərləri vaxtında belə məsələlərdə sədrin hansısa addımına birmənalı olaraq göz yummallı deyildilər. Hələ faciə onda olur ki, borcsuz qəbul etdiyin bələdiyyəni məsuliyyətsizlik ucbatından böyük məbləğdə […]

Bələdiyyə üzvləri yerli jurnalistlərlə görüşüb

Mingəçevir şəhər Bələdiyyəsinin sədri Ramiz Əliyev iyunun 19-da yerli media nümayəndələri ilə görüşüb. Sosial izolyasiyanı qorumaqla  keçən görüşdə bələdiyyə sədri qeyd edib ki, Mingəçevirdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunmasa da, Şəhər İcra Hakimiyyəti nəzdində yaradılmış işçi qrupun xəttilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara ciddi əməl olunur: “Şəhər Bələdiyyəsi də əhali arasında tibbi […]

Bələdiyyədə Xocalı soyqırımının qurbanları yad olundu

XX əsrdə bəşəriyyətin ən böyük faciələrindən biri olan Xocalı soyqırımından 28 il ötür. Ölkəmizdə, eləcə də dünyanın bir çox dövlətlərində erməni faşizminin törətdiyi vəhşilikləri pisləyən, faciə qurbanlarını yad edən tədbirlər keçirilir. Mingəçevir Bələdiyyəsinin şəhər Uşaq Gənclər İnkişaf Mərkəzi ilə birlikdə həyata keçirdiyi anım günündə şəhər ziyalıları, Xocalı sakinləri, tələbə və şagirdlər iştirak etdilər. Bələdiyyənin iclas […]

Mingəçevirdə ötən il tikilən bələdiyyə bazarı niyə istifadəsiz qalıb?

Ötən ilin noyabr ayının 21-də Mingəçevir Bələdiyyəsi Energetiklər qəsəbəsinin 25 minlik əhalisi üçün bazar tikib, istifadəyə verdi. Adı da Bələdiyyə bazarı adlandırıldı. Bazar bələdiyyə büdcəsinə ayrılan 171 min manat subvensiya hesabına tikilib. Bu gün ümumi ərazisi 280 kv.m olan bazar istifadəsiz qalıb. Qəsəbə sakinləri bildirir ki, bazar qəsəbədə tikiləndə çox sevindik. Təəssüflər olsun bazarın su […]