Mingəçevir Bələdiyyəsinin 2025-ci il ərzindəki fəaliyyəti barədə HESABATI
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq, Mingəçevir Bələdiyyəsi 2025-ci ildə fəaliyyəti barədə hesabatı ictimaiyyətə təqdim edir. 2025-ci ildə bələdiyyə 32 iclas keçirib. Daimi komissiyaların arayış və təklifləri ilə iclasların gündəliyinə 208 məsələ salınıb, məsələlərlə bağlı müvafiq qərarlar verilib. İclaslarda müzakirə olunmuş məsələlərdən 99-u icarəyə və mülkiyyətə torpaq sahələri ayrılması ilə, 3-ü şəhərdə […]