Mingəçevirdə faciəvi hadisə
Mingəçevirdə Müşfiq Rəhimov küçəsindəki evlərin birində 1961-ci il təvəllüdlü Əli Kərimovun meyiti aşkar edilib. Ölüm səbəbləri araşdırılır. Qeyd olunur ki, Əli Kərimov əvvəllər 17 saylı məktəbdə idman müəllimi işləyib. Onun xanımı bir neçə il öncə intihar etmiş, ailədə bir qız və bir oğul var.