Browsing category

Mi-TV

Ölkədə və dünyada baş verən xəbərləri MiTV də izləyin

Bakı-Mingəçevir marşrutu üzrə işləyən sərnişin avtobusu yanıb

Bakıdan Mingəçevirə gələn sərnişin avtobusu Yevlax rayonu ərazisində alovlanıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə bu saatlarda Yevlaxın Qarxun kəndi yaxınlığında baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə bölməsi cəlb olunub. Sərnişinlər arasında zərərçəkənin olmadığı bildirilir. Qeyd edək ki, avtobus bu gün saat 16:00-da Bakıdan Mingəçevirə yola düşüb.  

icaze.e-gov.az portalında 956 tədbir qeydiyyatdan keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən idarə olunan icazə.e-gov.az portalında şənlik mərasimlərinin keçirilməsi məqsədilə məkan sahibləri tərəfindən 4841 əməkdaş və 956 tədbir qeydiyyatdan keçirilib. Qeydiyyatdan keçirilən tədbirlərin 336-sı Bakı şəhərinin, digərləri isə bölgələrin payına düşür. Tədbirlər 55 rayon üzrə 259 şadlıq sarayını əhatə edir. Ən […]

QHT-lərə Dövlət Dəstəyi Agentliyi hansı zərurətdən yarandı və ondan gözləntilərimiz nədir?

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin hansı zərurətdən yarandı? ELTV-nin “İndiki zaman” verilişində bu və digər suallar ətrafında müzakirə aparıldı. İnqilab Şirinbəylinin aparıcı olduğu verilişdə yeni Agentliyin Müşahidə Şurasının üzvü, Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov, Mingəçevir Valideynlər Assosiasiyasının prezidenti Fərman Nəbiyev və “EkoTES” İB-nin sədri Çingiz Nəzərov fikirlərini bölüşdülər.

FHN havaların isinməsi ilə bağlı əhaliyə müraciət etdi

FHN havaların isinməsi ilə bağlı əhaliyə müraciət edib. Nazirlik bir neçə sadə təhlükəsizlik qaydasını vətəndaşların diqqətinə çatdırıb: –   taxıl zəmilərində, xırmanlarda, ot tayaları yığılan yerlərdə və onların yaxınlığında açıq oddan istifadə etməyin və siqaret çəkməyin; –   sürtgü yağı, benzin, ağ neft, dizel yanacağı və digər yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab […]

Goranboyda oğurluq edən keçmiş məhkumlar tutuldu

Goranboyun Boluslu kəndində oğurluq edən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan APA TV-yə verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Gəncə şəhər sakini Kamran Məmmədov, tanışları – əvvəllər də məhkum olunmuş Qüdrət Cəfərov və Ruslan Məmmədovla qabaqcadan əlbir olaraq, yaxın qohumuna məxsus fərdi yaşayış […]

İlham Əliyevin Şuşaya səfəri

Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi edir. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşılayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalına gəldilər. Dövlətimizin başçısı festivalın açılışında çıxış etdi. Prezident […]

Güclü külək Mingəçevirdə 50-yə qədər ağacı aşırtdı

Dünən axşam saatlarından başlayan güclü külək Mingəçevir şəhərində bir sıra fəsadlara səbəb olub. APA TV-nin Mingəçevir bürosu xəbər verir ki, şəhərin Vaqif, Nəriman Nərimanov, Təbriz, Səməd Vurğun, İsmət Qayıbov, Dilarə Əliyeva və digər küçələrində, ilkin hesablamalara görə, əlliyə qədər ağac aşıb. Külək ağacları nəqliyyat vasitələrinin, yaşayış və inzibati binaların, qarajların, hasarların üstünə, yollara aşırıb. Nəticədə […]

Mingəçevir məktəblisinin “Ən yaxşı təqdimat”ı ölkə üzrə 1-ci dərəcəli diploma layiq görüldü

Təhsil Nazirliyi ümummilli liderin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinə yekun vurub. Müsabiqənin nəticələrinə əsasən, 6 nəfər I, 10 nəfər II, 15 nəfər III dərəcəli diplom, 20 nəfər isə həvəsləndirici tərifnaməyə layiq görülüb. Bu barədə Təhsil naziri 27 aprel 2021-ci ildə əmr imzalayıb. Mingəçevir şəhər S.Vurğun adına 16 nömrəli tam orta məktəbin XI […]