Browsing category

Mi-TV

Ölkədə və dünyada baş verən xəbərləri MiTV də izləyin

AR Ali Sovetinin sessiyasında Müstəqillik aktının qəbulu

Humanitar Tədqiqatlar İB-nin sədri Əvəz Həsənovun təqdim etdiyi bu video ölkəmiz və millətimiz üçün çox dəyərli bir tarixi əks etdirir.  1991-ci il Oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyası zamanı müstəqillik aktının qəbul olunması anını əks etdirən video görüntüləri izləyicilərimizlə paylaşırıq.  

Mingəçevir su anbarında reyd keçirildi

APA TV-nın Mingəçevir bürosunun məlumatına görə, 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir polis xətt məntəqəsi ilə birgə Mingəçevir su anbarında reyd təşkil edib. Zəngin və çeşidli balıq ehtiyatları ilə tanınan su hövzəsində balıqçılığın inkişafına ciddi problem yaradan sintetik torların və digər ov alətlərinin müəyyən edilməsi məqsədilə reyd iştirakçıları xüsusi […]

Eyvandan mənzilə girdilər və 3 min manat dəyərində qızıl-zinət əşyalarını apardılar

Mingəçevirdə M.Vidadi küçəsindəki 4 saylı evin 27-ci  mənzilindən qızıl-zinət əşyaları ilə birlikdə gümüş aksesuarları da oğurlanıb. Beşmərtəbəli binanın birinci mərtəbəsində yaşayan Gülafət İbrahimovaya 3 min manat dəyərində ziyan dəyib. Zərərçəkənin dediyinə görə, ad günü qonaqlığından evlərinə qayıdarkən eyvanın pəncərələrinin açıq olduğunu görüblər: “Oğurluqdan bir neçə gün öncə mənzilimin qapısına açar salınmışdı”. Oğurluqla bağlı şəhər polis […]

Çinar xeyir-şər evinin üstünə aşdı

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Aydın Məmmədov küçəsi, 15 ünvanında qeydə alınıb. Qırılan budaq həyətdəki xeyir-şər evini mavi yanacaqla təmin edən qaz xəttini yarasız vəziyyətə salıb. Daha sonra isə tikilinin üstünə aşıb. Xoşbəxtlikdən hansısa qəza baş verməyib. Bundan əlavə həmin an xeyir-şər evində və ərazidə kimsənin və avtomobillərin olmaması da şansa yazılmalıdır. Ağac […]

Uşaqlar caz nümunələri ifa etdilər

Oktyabrın 5-də Mingəçevirdəki Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbində Müəllim Günü qeyd olunub. Məktəbin şagirdləri müəllimlərini caz ifaları ilə təbrik ediblər. Onların arasında respublika səviyyəli müsabiqələrin diplomat və laureatları var. Məkəbin müəllimi İradə Xəlilova dedi ki, uşaqlarımız çox istedadlıdırlar: “Onlar klassik və müasir bəstəkarların əsərlərini, hətta caz janrını elə gözəl ifa edirlər ki, dinləməkdən […]

Kəlbəcər sakini: “3 əsrin kilimini evə dəyişmədim”

APA TV-nın Mingəçevir bürosunun məlumatına görə, toxuma nümunələrinin əsl özəlliyi ondan ibarətdir ki, onlar vaxtilə kəlbəcərli xanımlar tərəfindən toxunub. 1993-cü ilin aprelində doğma yurdunu məcburən tərk etmək zorunda qalan Kəlbəcər sakini Səxavət Mamedov daşınma çətinliklərinə baxmayaraq, nəsil yadigarı kimi evlərində saxlanılan iki farmaş, xalça və kilimi özü ilə bərabər Molla Bayramlı kəndindən çıxarmağı bacarıb. O […]

Mingəçevirdə mənzildən oğurluq edilib

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Energetik yaşayış massivində, Cəmil Əliyev küçəsi 9 a ünvanında baş verib. Beşmərtəbəli binanın birinci mərtəbəsindəki Arif Abdulkərimova məxsus mənzil qarət olunub. Axşam saat 20:00–21:00 radələrində mənzilə eyvandan daxil olan şəxs və ya şəxslər 10 min manat dəyərində qızıl-zinət əşyaları aparıb. Həmin şəxslərin tapılıb-tutulması istiqamətində əməliyyat aparılır.

Məhəllələrarası futbol və şahmat yarışlarının qalibləri mükafatlandırılıb

Oktyabrın 2-də 5 saylı MİS-in ərazisində yerləşən stadionda mini-futbol üzrə məhəllələrarası yarışın finalı keçirilib. Oyun başa çatandan sonra hər iki komandanın üzvlərinə fəxri fərman və hədiyyələr, qalibə isə kubok təqdim olunub. Eyni zamanda məhəllələrarası şahmat birinciliyinin qalibləri də mükafatlandırılıb. Mərasimə qatılan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov uşaq və gəncləri təbrik edib, onların sağlam […]

Azərbaycanca, yoxsa rusca oxuyaq?

Hazırda  Mingəçevir şəhərinin 4 ümumtəhsil məktəbində rus bölmələri fəaliyyət göstərir. Ötən dərs ili ilə müqayisədə yeni tədris ilində övladlarının rus dilində təhsil almasını arzu edən valideyinlərin sayı xeyli artıb. Bu, 3 saylı beynəlmiləl tam orta məktəbdə xüsusi ilə diqqəti cəlb edir. Məktəbin Azərbaycan böməsində hazırlıq qruplarına 4 sinif üzrə  80 müraciət qəbul olunduğu halda, cəmi […]

Ahıllar İcra Hakimiyyəti başçısına təkliflərini verdilər

Beynəlxalq Ahıllar günü münasibətilə   oktyabrın 1-də Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov çay süfrəsi ətrafında Mingəçevirin ilk qurucuları və ahıl sakinləri ilə görüşüb. Ölkədə və şəhərdə görülən işlərdən danışan başçı ahılları maraqlandıran məsələlərə aydınlıq gətirib. Xüsusən istilik, iş yeri, suvarılma problemlərinin həlli ilə bağlı atılan addımlardan danışıb. 100 yaşını haqlayan Baba Əliyevin təşəbbüsü ilə […]