Browsing category
Ölkədə və dünyada baş verən xəbərləri MiTV də izləyin
Oktyabrın əvvəllərində erməni tərəf cəbhə boyu məğlubiyyətdən qorxaraq atəşkəsin əldə edilməsi ilə bağlı Azərbaycana yalvarmağa başladı, bir çox dövlətləri vasitəçi olmağa səslədi. Həmsədr dövlətlər, daha doğrusu ermənipərəst dövlətlərin rəhbərləri Azərbaycan ilə Ermənistanı danışığa dəvət etdilər. Moskva şəhərində baş tutan danışıqda humanitar atəşkəs əldə edilsə də düşmən bu sazişə heç bir saat belə əməl etmədi, silahlar […]
Müdafiə nazirliyinin məlumatına əsasən, Füzuli istiqamətində gedən döyüşlərdə xeyli sayda canlı qüvvə və texnika baxımından itkilərə məruz qalan düşmənin döyüş meydanında atıb qaçdığı hərbi texnikası və silah-sursatının videogörüntülərini təqdim edirik.
Ermənistan silahlı qüvvələrinin son qüvvə kimi səngərlərə atdığı xüsusi təyinatlılar Azərbaycan əsgərinin həmləsinə tab gətirməyərək geri qaçmağa məcbur edilir. Nümayiş olunan videoda Azərbaycan Ordusunun zirehli texnikası və əsgərlərinin erməni xüsusi təyinatlılarını necə qovduğu müşahidə olunur. Videonun son kadrlarında düşmən səngərlərini tərk etdikdən sonra həmin mövqelərə doğru Azərbaycan əsgərinin irəliləməsi aydın görünür.
Azərbaycan Ordusunun Füzuli istiqamətində uğurlu döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirilib. Düşmən döyüş texnikası, silah-sursat və digər hərbi vasitələri tərk edərək qaçmaq məcburiyyətində qalıb. Cəbhə boyu bütün istiqamətlərdə bölmələrimiz üstünlüyü əldə saxlayır.
Cəbhənin müxtəlif istiqamətlərdə Ermənistanın xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Görüntüləri təqdim edirik:
Azərbaycandakı diplomatik korpusun nümayəndələri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Gəncədə və Mingəçevirdə Ermənistan ordusunun raket atəşinə məruz qalmış ərazilərdə olublar. Onları Prezidentin köməkçisi Hikmət Hacıyev müşaiyət edib. Səfərin məqsədi Ermənistanın mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış etmək olub. Diqqətə çatdırılıb ki, Gəncədə […]