Browsing category

Mi-TV

Ölkədə və dünyada baş verən xəbərləri MiTV də izləyin

Ermənilərin Bərdəni atəşə tutması nəticəsində 4 dinc sakin həlak olub

Oktyabrın 27-də növbəti dəfə humanitar atəşkəsi pozan Ermənistan silahlı qüvvələri tərəfindən atılan raket Bərdə rayonunun Qarayüsifli kəndi ərazisində yaşayış məntəqəsinə düşüb.  Nəticədə dinc sakinlər Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub, 13 nəfər isə xəsarət alıb.  

İlham Əliyev: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”

Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib. Müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı operativ müşavirədə çıxış edib. Prezident İlham […]

Azərbaycan Prezidenti Amerika auditoriyasına nəyin nəyə görə baş verdiyini və gələcəkdə nələri görmək istəyimizi izah edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibə verib. – Sabahınız xeyir. – Sizin də sabahınız xeyir. – Mən 30 il Avropada işləmişəm. Mən heç vaxt Sizin ölkənizdə olmamışam. Buna görə təəssüflənirəm. Bu səhvi gələcək aylarda səfər etməklə düzəltməli olacağam. – Ümid edirəm ki, gələcəkdə bizi də ziyarət etmək üçün […]

Döyüşlərdə iştirak edən şəxsi heyət üçün “Əsgərə məktub” layihəsi keçirilib

Döyüşlərdə iştirak edən hərbi qulluqçuların döyüş əzminin daha da artırılması məqsədilə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən təbliğat və təşviqat keçirilən tədbirlər çərçivəsində “Əsgərə məktub” layihəsi keçirilib. Döyüşlərdə iştirak edən şəxsi heyətə ünvanlanan məktublar hərbi qulluqçularımızda xoş təəssürat yaradır və onlar tərəfindən sevinclə qarşılanır. Hərbi qulluqçular da öz növbəsində xalq-ordu birliyinin təntənəsi […]

İlham Əliyev xalqa müraciət edib (Yenilənib)

Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. O, döyüş bolgəsindəki uğurlarımızdan danışıb, bir neçə kəndlərimizin, eyni zamanda Zəngilan şəhərinin düşməndən azad olunduğunu bildirib. Prezident İlham Əliyevin müraciəti – Əziz həmvətənlər, müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır. Bu qələbələr hər bir Azərbaycan vətəndaşını sevindirir. Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan […]

“Əsgərə Məktub Online” layihəsi fəaliyyət göstərir

Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlərdə iştirak edən hərbi qulluqçuların döyüş əzminin daha da artırılması məqsədilə Müdafiə Nazirliyi Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən təbliğat və təşviqat tədbirləri davam etdirilir. Bu tədbirlər çərçivəsində “Əsgərə məktub” layihəsi də böyük coşqu ilə davam edir. Ordumuza dəstək olan vətəndaşlarımızın döyüşlərdə iştirak edən şəxsi heyətə ünvanladıqları məktublar hərbi qulluqçularımızda […]