Browsing category

Mi-TV

Ölkədə və dünyada baş verən xəbərləri MiTV də izləyin

Cəbhənin Xocavənd istiqamətində düşmənin yüksək vəzifəli şəxsləri məhv edilib

Noyabrın 8-i saat 14:00 radələrində cəbhənin Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin ön idarəetmə məntəqəsinə hava zərbələri endirilib. Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 həmlə təyyarəsi və PUA-nın tətbiqi ilə endirilən aviasiya zərbələri nəticəsində düşmənin səngər və sığınacaqları dağıdılıb, yüksək vəzifəli şəxsləri məhv edilib.

Şuşa işğaldan azad olundu (Yenilənib)

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri Xiyabana və Şəhidlər Xiyabanına gəlib, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin məzarlarını ziyarət ediblər. Prezident  “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Bundan sonra ölkə başçısı xalqa müraciət edib. O, bildirib ki, Şuşa işğaldan azad olunub. Xalqa müraciət edən Azərbaycan Prezidenti İlham Əliyev çoxdan […]

Naxçıvan Qarnizonu Qoşunlarında gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Naxçıvan Qarnizonu Qoşunlarında oktyabr ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlər Vətənə sədaqət andı içiblər. Əlahiddə Ümumqoşun Orduda keçirilən andiçmə mərasimində gənc əsgərlər Azərbaycan Respublikasının mənafeyini, ərazi bütövlüyünü və müstəqilliyini canları bahasına qoruyacaqlarına and içiblər. Tədbirdə çıxış edənlər gənc əsgərləri təbrik etdilər və hərbi andı qəbul etməyin sevincini yaşayan əsgərlər də döyüş tapşırıqlarına məsuliyyətlə […]

Düşmənin Tonaşendəki hərbi infrastrukturu dağıdılıb

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, cəbhənin Tərtər istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmənin hərbi infrastrukturuna ciddi ziyan vurulub. Düşmənə endirilən artilleriya zərbələri ilə Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dağıdılıb.