Browsing category

MDU

Mingəçevirli tələbə Gənclər Forumunda iştirak edib

2022-ci ilin 2 fevral tarixində Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib. Foruma ölkədə müxtəlif sahələr üzrə uğur qazanan gənclər dəvət olunublar. Mingəçevir Dövlət Universitetinin (MDU) tələbəsi Ülvi Məmmədov da Forumda təmsil olunub. Ülvi Forumla bağlı öz təəssüratlarını bölüşüb: “Gülüstan sarayında möhtərəm Prezidentimizin […]

Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib

2022-ci ilin 3 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində beşinci “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda baş tutan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov tələbə, magistrantlar və onların valideynləri ilə görüşüb. 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının uğurla başa çatdığını qeyd […]

Mingəçevir Dövlət Universitetində “Təhsil şərtdir” adlı görüş keçirilib

2022-ci ilin 2 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Təhsil şərtdir” mövzusunda görüş keçirilib. Türkiyənin Qazi Universitetinin MDU-da fəaliyyət göstərən professoru Ercan Nurcan Yılmazın iştirakı ilə təşkil edilən görüşə universitetin tələbə və magistrantları qatılıblar. Görüşdə təhsilin fasiləsizliyinin vacibliyindən və insan həyatının bütün mərhələlərində […]

Mingəçevir Dövlət Universitetinin tələbələri tamaşa nümayiş etdiriblər

2022-ci ilin 1 fevral tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri Mingəçevir Dövlət Dram Teatrında “Müsyö Jordan və Dərviş Məstəli Şah” tamaşasını nümayiş etdiriblər. MDU, Mingəçevir şəhər Gənclər və İdman İdarəsi, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyinin tərəfdaşlığı, Mingəçevir Dövlət Dram Teatrının dəstəyi ilə baş tutan tamaşa Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunub. Tələbələr […]

Mingəçevir Dövlət Universitetində əməkdaş və tələbə gənclərlə görüş keçirilib

2022-ci ilin 2 fevral tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Azərbaycan Gəncləri Gününün 25 illiyi münasibətilə universitetin ictimai həyatında xüsusi fəallığı ilə seçilən universitetin bir qrup əməkdaş və tələbə gəncləri ilə görüşüb. Görüş iştirakçılarını Azərbaycan Gəncləri Günü münasibəti ilə təbrik edən rektor cəmiyyətin tərəqqisində gənclərin müstəsna rolundan danışıb və ölkəmizi dünyada layiqincə təmsil […]

MDU-da Azərbaycan Gənclər Gününə həsr olunmuş tədbir keçirilib

2022-ci ilin 1 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2 fevral – Azərbaycan Gənclər Gününə həsr olunmuş “Gəncliyin Gücü” adlı tədbir keçirilib. Tədbirdə universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər. Tədbirin açılışında MDU-nun rektoru Şahin Bayramov çıxış edib. Azərbaycanda Gənclər Gününün qeyd olunmasının Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu […]

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramovun Gənclər Günü təbriki

2 fevral – Azərbaycan Gəncləri Günüdür! Bu münasibətlə, Mingəçevir Dövlət Universitetinin tələbə, magistrant, doktorant və gənc əməkdaşlarının simasında bütün gəncləri ürəkdən təbrik edirəm! Ümummilli Liderimiz Heydər Əliyev və onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev hər zaman gənclərə xüsusi diqqət və qayğı göstərmiş, gənclərin davamlı inkişafına prioritet əhəmiyyət vermişlər! Bütün gənclərə möhkəm cansağlığı, təhsil və […]

Mingəçevir Dövlət Universitetində məşğulluqla bağlı məlumatlandırma görüşü keçirilib

2022-ci ilin 31 yanvar tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Dövlət Məşğulluq Agentliyinin (DMA) 20 saylı Ərazi Məşğulluq filialının rəhbər heyəti üzvləri ilə məlumatlandırma görüşü keçirilib. MDU-nun Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə keçirilən görüşdə universitetin əməkdaşları, tələbə və magistrantları iştirak ediblər. Görüşdə çıxış edən filialın müdiri Babək Tağıyev, şöbə müdirləri Murad Muradov və Pərviz […]

Mingəçevir Dövlət Universitetində “Azərbaycan iqtisadiyyatı (infoqrafika)” kitabının təqdimatı olub

2022-ci ilin 01 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Azərbaycan iqtisadiyyatı (infoqrafika)” kitabının təqdimatı olub. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunan, professor Ədalət Muradov və dosent Elşən Bağırzadənin müəllifliyi ilə yazılan kitabın təqdimatında MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin professor-müəllim və inzibati-texniki heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər. Tədbiri giriş sözü ilə […]

Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçiriləcək

2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçirilir. İmtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri cari ilin 6 yanvar tarixindən başlayaraq imtahan sessiyası dövründə hər həftənin cümə axşamı saat 15:00-da “Microsoft Teams” platforması […]