Universitet əməkdaşları Xocalıdan olan məcburi köçkün ailələrini ziyarət ediblər
2022-ci ilin 23 fevral tarixində Mingəçevir Dövlət Universitetinin ( MDU) bir qrup əməkdaşı Xocalıdan olan məcburi köçkün ailələrini ziyarət ediblər. Ailə üzvləri ilə görüşdə universitetin əməkdaşları ilə həmsöhbət olan Xocalı soyqırımının canlı şahidləri bəşər tarixində misli görünməmiş amansızlıqların baş verdiyi həmin qətliam gecəsindən, dinc, günahsız və əliyalın insanların başına gətirilən müsibətlərdən və qanlı cinayətlərdən danışıblar. […]