Browsing category

MDU

Mingəçevir Dövlət Universitetində Ümummilli Liderə həsr olunan mühazirə

2022-ci ilin 6 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Təhsil fakültəsinin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev: dahi şəxsiyyət və tarix yaradan şəxsiyyət” mövzusunda mühazirə keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən mühazirədə universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar […]

Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev dühası və müasir Azərbaycan” mövzusunda elmi konfransın bölmə iclasları

“2022-ci ilin 5 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Heydər Əliyev dühası və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfransın “Təhsil və humanitar elmlər” və “İqtisadiyyat və idarəetmə elmləri” bölmələrinin iclasları keçirilib. “ZOOM” platforması üzərindən onlayn formatda təşkil edilən bölmə iclaslarında həm MDU-nu, həm də […]

Mingəçevir Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan elmi konfrans

2022-ci ilin 4-5 may tarixlərində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-ci ildönümünə həsr olunan “Heydər Əliyev dühası və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Konfransdan əvvəl, MDU-nun əsas tədris korpusunda Heydər Əliyevin büstünün qarşısına gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib. “Zoom” platforması üzərindən […]

Mingəçevir Dövlət Universitetində məlumatlandırıcı görüş

Mingəçevir Dövlət Universitetinin (MDU)  Karyera və İnkişiaf Mərkəzi (KİM) və Gənclərin İnkişafı və Karyera Mərkəzinin (GİKM) Mingəçevir nümayəndəliyinin birgə təşkilatçılığı ilə tələbə gənclər üçün “İntellektsən” adlı maarifləndirici görüş keçirilib. Görüşdə GİKM Mingəçevir nümayəndəliyinin rəhbəri Vüsal Mahmudov çıxış edib. GİKM-in fəaliyyətindən bəhs edən V.Mahmudov Mərkəzdə tələbələrin hərtərəfli inkişafı üçün yaradılan imkanlar barədə ətraflı məlumat verib. Gənclərin […]

MDU əməkdaşlarının məqalələri nüfuzlu elmi jurnalda dərc olunub

Mingəçevir Dövlət Universitetinin (MDU) “Sənayenin təşkili və idarəetmə” kafedrasının dosenti Mayıs Gülalıyev və i.f.d., baş müəllim Ruhiyyə Hüseynovanın həmmüəlliflərlə birgə yazdıqları elmi məqalə  “WSEAS Transactions on Business and Economics”  jurnalının 2022-ci il tarixli, 19-cu cildində dərc edilib. “Neft ixrac edən ərəb ölkələrində neft qiyməti şoklarının iqtisadiartıma təsirinin qiymətləndirilməsi” (İngilis dilində: “Assessing the Impact of the Oil […]

Mingəçevir Dövlət Universitetində “Elmi tezisin hazırlanmasında ədəbiyyatın əhəmiyyəti” mövzusunda seminar

2022-ci ilin 5 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə Qazi Universitetinin MDU-da fəaliyyət göstərən qonaq professoru Ercan Nurcan Yılmaz tərəfindən “Elmi tezisin hazırlanmasında ədəbiyyatın əhəmiyyəti” mövzusunda elmi-praktiki seminarı keçirilib. MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Vüqar Mustafayevin moderatorluq etdiyi seminarda universitetin bir qrup professor-müəllim heyəti üzvü, magistrantlar və […]

MDU tələbələri istehsalat təcrübəsində

2021/2022-ci tədris ilinin yaz semesterində Mingəçevir Dövlət Universitetinin (MDU) buraxılış kursları üzrə təhsil alan tələbələri istehsalat təcrübəsini uğurla davam etdirirlər. Mühəndislik fakültəsindən 101, Təhsil fakültəsindən 241, İqtisadiyyat və idarəetmə fakültəsindən 188 nəfər olmaqla, ümumilikdə 530 tələbə Mingəçevirdə və ətraf regionlarda fəaliyyət göstərən müvafiq müəssisə, idarə və təşkilatlarda istehsalat təcrübəsinə cəlb ediliblər. Təcrübə Azərbaycan Respublikası Nazirlər […]

Mingəçevir Dövlət Universitetində “İşgüzar mühitdə konfliktlər: alternativ metodlar və modellər” mövzusunda seminar

2022-ci ilin 28 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “İşgüzar mühitdə konfliktlər: alternativ metodlar və modellər” mövzusunda seminar keçirilib. Universitetin bir qrup akademik və inzibati heyət üzvünün, tələbə və magistrantların iştirak etdiyi seminarda Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Mediasiya Şurasının İxtisas komissiyasının sədri, mediasiya üzrə beynəlxalq məsləhətçi Qasım […]

Azərbaycan Skautlar Assosiasiyasının təmsilçisi MDU-da təlim keçib

2022-ci ilin 19 – 28 aprel tarixlərində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə Azərbaycan Skautlar Assosiasiyasının baş müvəkkili Ülvi Məmmədov tərəfindən tələbələr üçün təlimlər keçirilib. Təlimlər gənclərdə liderlik və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, sosial məsuliyyət hisslərinin gücləndirilməsi və könüllülük fəaliyyətinin təşviqi məqsədi daşıyıb. Ayrı-ayrı təlim günlərində Ü.Məmmədov “Liderlik və komanda […]

MDU kollektivi Mingəçevir Telekommunikasiya Qovşağında infoturda

2022-ci ilin 26 aprel tarixində Mingəçevir Dövlət Universiteitnin (MDU) Mühəndislik fakültəsinin İnformasiya texnologiyaları kafedrasının bir qrup əməkdaşı, tələbə və magistrantları “Aztelekom” MMC-nin tabeliyində fəaliyyət göstərən Mingəçevir Telekommunikasiya Qovşağında (MTQ) infoturda olublar. İnfotur MDU-da informasiya texnologiyaları ixtisası üzrə təhsil alan tələbələrin praktiki bilik və bacarıqlarının artırılıması, müasir telekommunikasiya sistemlərinin qurulmasında istifadə edilən cihazlar və onların iş […]