Browsing category

MDU

Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası

2022-ci ilin 24 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Elmi Şuranın növbəti iclası keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən iclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb. İclasda “MDU-da beynəlxalq əməkdaşlığın təşkili haqqında”, “2021/2022-ci tədris ilinin yaz imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında” və “Mühəndislik fakultəsinin fəaliyyəti haqqında” […]

MDU əməkdaşları turizmlə bağlı “Təlimçilər üçün təlim” proqramında uğurları

Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat kafedrasının əməkdaşları Cəlil Bağırov və Səadət Yusibova Dövlət Turizm Agentliyinin (DTA) və Azərbaycan Turizm Bürosunun (ATB) regional ofisi Gəncə Destinasiya Menecmenti Təşkilatının (Gəncə DMT) təşkilatçılığı ilə keçirilən dörd günlük “Təlimçilər üçün təlim” proqramında iştirak ediblər. Mayın 22-də başa çatmış təlim proqramı çərçivəsində iştirakçılara ehtiyacların müəyyən edilməsi və təlim mövzularının strukturunun hazırlanması […]

Mingəçevir Dövlət Universitetində İrəvan Müəllimlər Seminariyasının 140 illiyi qeyd olunub

2022-ci ilin 24 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) İrəvan Müəllimlər Seminariyasının 140 illik yubileyinə həsr olunan “İrəvan Müəllimlər Seminariyası: pedaqoji fikir salnaməmizin tarix yaradan parlaq səhifəsi” mövzusunda seminar keçirilib Seminarda giriş sözü ilə çıxış edən MDU-nun Təhsil fakültəsinin dekanı, dosent Nizami Zeynalov, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən respublikamızda İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin […]

Mingəçevir Dövlət Universitetində “Açıq havada kitabaxana” adlı sərgi

Mingəçevir Dövlət Universitetinin (MDU) Kitabxanasının təşkilatçılığı ilə universitetin ikinci tədris binasının həyətində tələbələr və orta məktəb şagirdləri üçün “Açıq havada kitabxana” adlı sərgi keçirilib. Sərgidə MDU-nun bir qrup akademik heyət üzvü və tələbələri, Mingəçevir şəhər Nəriman Nərimanov adına 1 saylı tam orta məktəbin ibtidai sinif şagirdləri iştirak ediblər. MDU əməkdaşlarının müəllifi olduqları dərsliklərin, xarici dildə […]

Mingəçevir Dövlət Universitetinin tələbələri Gəncədə ekskursiyada

Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin “Xarici dil müəllimliyi” ixtisası üzrə təhsil alan bir qrup tələbəsi Gəncə şəhərində ekskursiyada olublar. Universitet heyəti Gəncədə Nizami Gəncəvi məqbərəsini, Vətən Müharibəsi zamanı erməni terroruna məruz qalmış əraziləri və digər tarixi yerləri ziyarət ediblər. Ekskursiya çərçivəsində tələbələrə Tarix fənnindən “Gəncə xanlığı” mövzusunda mühazirə dərsi keçirilib. Fənn müəllimi Anar İsmayılov […]

MDU komandaları “Mingəçevir Gənclər Debat Forumu”nun finalçıları olublar

2022-ci ilin 23 may tarixində Gənclər və İdman Nazirliyinin dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə “Respublika Gənclər Debat Forumu: Yaz, 2022” layihəsi çərçivəsində keçirilən “Mingəçevir Gənclər Debat Forumu” layihəsinin final və mükafatlandırma mərasimi keçirilib. Mingəçevir Dövlət Universitetinin (MDU) evsahibliyi ilə keçirilən tədbirdə, əvvəlcə, Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından […]

Mingəçevir Dövlət Universiteti “TEKNOFEST”də üç komanda ilə təmsil olunacaq

2022-ci ilin 24 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “TEKNOFEST” aviasiya, kosmos və texnologiya festivalının final mərhələsində universiteti təmsil edəcək komandaların üzvləri ilə görüşüb. Görüşdə iki qardaş ölkənin birgə təşkilatçılığı ilə reallaşdırılan “TEKNOFEST Azərbaycan” festivalının final mərhələsində MDU-dan üç komandanın iştirak hüququ qazanmasından böyük məmnunluq və fəxarət hissi keçirdiyini bildirən rektor bu […]

MDU-da Ümumdunya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr edilən seminar

2022-ci ilin 23-24 may tarixlərində Mingəçevir Dövlət Universiteti (MDU) və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə Ümumdunya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş “İnnovativ texnologiyalar: rəqəmsallaşdırılmış informasiya cəmiyyətinin inkişafı və perpektivləri” mövzusunda elmi seminar keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan birgə seminarda hər iki universitetin akademik və inzibati heyət üzvləri, […]

FHN-in Aran Regional Mərkəzi Mingəçevir Dövlət Universitetində maarifləndirici seminarda

2022-ci ilin 23 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzinin təşkilatçılığı ilə “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda maarifləndirici seminar keçirilib. Seminarda universitetin tələbələri və magistrantları iştirak ediblər. Əsas məqsəd müxtəlif xarakterli təbii və texnogen mənşəli fövqəladə hallar zamanı müvafiq davranış və təhlükəsizlik qaydaları barədə tələb […]

Mingəçevir Dövlət Universitetində tələbə elmi konfransı keçirilib

2022-ci ilin 20 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Elmi Cəmiyyətinin (TEC) XIII elmi-praktik konfransı keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan konfransda MDU-nun Təhsil, Mühəndislik, İqtisadiyyat və idarəetmə fakültələrinin tələbə, magistr və professor-müəllim heyəti üzvləri iştirak ediblər. Konfransı giriş sözü ilə açan MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov […]