Browsing category

MDU

Mingəçevir Dövlət Universiteti yaz imtahan sessiyasına tam hazırdır

Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlıqla bağlı bütün işlər vaxtında başa çatdırılıb. İmtahan sessiyası Azərbaycan Respublikasının Təhsil nazirinin “2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” 19 may 2022-ci il tarixli F-282 nömrəli əmrinin tələbləri əsasında təşkil ediləcəkdir. Qeyd olunan sənəd əsasında MDU üzrə verilmiş  müvafiq […]

Mingəçevir Dövlət Universitetinin mini futbol komandası Müstəqillik Gününə həsr edilən şəhər çempionatının qalibidir

2022-ci ilin 23-26 may tarixlərində Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “28 May Müstəqillik Günü”nə həsr edilən idman oyunları çərçivəsində mini futbol üzrə oğlanlar arasında şəhər çempionatı keçirilib. Dörd gün davam edən çempionatda MDU, Mingəçevir Turizm Kolleci, Mingəçevir Tibb Kollecinin tələbələri və Mingəçevir şəhər Uşaq-Gənclər İdman Şahmat Məktəbinin […]

Mingəçevir Dövlət Universitetinin əməkdaşları Ankarada Müstəqillik Günü ilə bağlı rəsmi qəbulda

Mingəçevir Dövlət Universitetinin (MDU) əməkdaşları Azərbaycanın Türkiyədəki Səfirliyinin Ankarada 28 May- Müstəqillik Günü və 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə keçirdiyi rəsmi qəbulda təmsil olunublar. Qəbulda Türkiyə ali hakimiyyət orqanlarının təmsilçiləri, qardaş ölkədə akkreditasiya olunan beynəlxalq təşkilatların və diplomatik korpusun rəhbərləri və nümayəndələri, Türkiyə ictimaiyyətinin görkəmli simaları, azərbaycanlılar iştirak ediblər. Təntənəli şəkildə […]

Mingəçevir Dövlət Universitetinin startap layihələri “TEKNOFEST Azərbaycan”da təqdim olunur

2022-ci ilin 26 may tarixindən Bakı Kristal Zalı və ətrafındakı Dənizkənarı Bulvar ərazisində start verilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında Mingəçevir Dövlət Universitetinin (MDU) də startap layihələri təqdim olunur. Mayın 27-də MDU-nun rektoru Şahin Bayramov festivalda iştirak edib, universitetin startap komandalarının stendləri ilə tanış olub və onlarla xatirə şəkilləri çəkdirib. Qeyd edək ki, Türkiyədən […]

Mingəçevir Dövlət Universitetində “Özündən başla” adlı psixoloji seminar

Mingəçevir Dövlət Universitetində (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzi (MDTM), Karyera və İnkişaf Mərkəzinin (KİM) birgə təşkilatçılığı ilə tələbələr və magistrantlar üçün “Özündən başla” mövzusunda psixoloji seminar keçirilib. Seminarda MDU-nun magistrantı, psixoloq Könül Məmmədova təqdimatla çıxış edib. Təqdimatda gənclərə təsir göstərən psixoloji amillərdən bəhs edən K.Məmmədova pozitiv valideyn-övlad münasibəti, cəmiyyətdə əlverişli sosial və psixoloji mühitin […]

Mingəçevir Dövlət Universitetində bionika ilə bağlı seminar

2022-ci ilin 25 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Magistratura və Doktrantura Təhsil Mərkəzi (MDTM), Karyera və İnkişaf Mərkəzinin (KİM) birgə təşkilatçılığı ilə “Canlı prototiplər yeni texnikanın açarıdır” mövzusunda tələbə və magistrantlar üçün seminar keçirilib. Seminarda MDU-nun magistrantı Aysel Bayramova təqdimatla çıxış edib. Təqdimatda A.Bayramova  biologiya, fizika, kimya və mühəndislik elmləri ilə sıx bağlılığı olan […]

Mingəçevir Dövlət Universitetinin startap layihəsi “Caspian Agro 2022” beynəlxalq sərgidə

2022-ci ilin 18-20 may tarixlərində Bakı Ekspo Mərkəzində  keçirilən 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində (Caspian Agro 2022) Mingəçevir Dövlət Universiteti (MDU) uğurla təmsil olunub. Bildirilib ki, “Caspian Agro” Azərbaycanda kənd təsərrüfatı sahəsində ən böyük beynəlxalq sərgidir. Rekord sayda milli və regional stendlərin nümayiş olunduğu builki sərgidə ümumilikdə 24 ölkədən 449 şirkət iştirak edib. […]

Mingəçevir Dövlət Universitetində Müstəqillik Gününə həsr edilmiş dəyirmi masa

2022-ci ilin 25 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə Mingəçevir şəhər Tarix Muzeyində “28 May – Müstəqillik Günü”nə həsr edilmiş “Azərbaycanın dövlət müstəqilliyi əbədi və dönməzdir” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada MDU-nun bir qrup akademik heyət üzvü, tələbə və magistrantlar, muzeyin əməkdaşları iştirak ediblər. Tədbirdə giriş sözü […]

Mingəçevir Dövlət Universitetinin voleybol komandası Müstəqillik Gününə həsr edilən şəhər çempionatının qalibi

2022-ci ilin 24-26 may tarixlərində Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “28 May Müstəqillik Günü”nə həsr edilən idman oyunları çərçivəsində voleybol üzrə qızlar arasında şəhər çempionatı keçirilib. Üç gün davam edən çempionatda MDU, Mingəçevir Turizm Kolleci, Mingəçevir Tibb Kollecinin tələbələri və Mingəçevir şəhər Uşaq-Gənclər İdman Şahmat Məktəbinin şagirdlərindən […]

Mingəçvir Dövlət Universitetində Müstəqillik Günü

2022-ci ilin 26 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 28 May – Müstəqillik Gününə həsr olunmuş “28 May – dövətçilik tariximizin parlaq səhifələrindən biridir” mövzusunda elmi konfrans keçirilib. Konfransda universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak edib. Əvvəlcə, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub […]