Browsing category

MDU

Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib

2022-ci ilin 9 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinin yaz imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbələri, magistrantları və onların valideynləri ilə görüşüb. Cari imtahan sessiyasının ilk həftəsinin uğurla başa çatdığını vurğulayan Ş.Bayramov imtahan […]

“Mingəçevir Dövlət Universitetində kiber təhlükəsizliklə bağlı fənlərin tədrisinin təkmilləşdirilməsi” layihəsi uğurla icra olunur

2022-ci ilin 7 iyun tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən keçirilən “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsinin qaliblərindən olan “Mingəçevir Dövlət Universitetində (MDU) kiber təhlükəsizliklə bağlı fənlərin tədrisinin təkmilləşdirilməsi” layihəsinin icrasına dair hesabat görüşü keçirilib. “Microsoft Teams” proqramı üzərindən onlayn formatda təşkil olunan görüşdə Təhsil Nazirliyinin müvafiq əməkdaşları, MDU-nun bir […]

MDU kollektivi Şamaxı Astrofizika Rəsədxanasında ekskursiyada

Mingəçevir Dövlət Universitetinin (MDU) Riyaziyyat kafedrası və Həmkarlar İttifaqı Komitəsi tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına (ŞAR) ekskursiya təşkil olunub. Ekskursiyada MDU-nun bir qrup professor-müəllim heyəti üzvü, riyaziyyat müəllimliyi, riyaziyyat və informatika müəllimliyi ixtsaslarında təhsil alan tələbə və magistrantlar iştirak ediblər. Ekskursiya zamanı universitet kollektivi rəsədxananın muzeyində olan eksponatlara […]

Mingəçevir Dövlət Universitetinin əməkdaşları abituriyentlərlə görüşüblər

2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu imtahanlarının keçirildiyi ərəfədə Mingəçevir Dövlət Universitetində (MDU) maarifləndirmə və tanıtım məqsədilə abituriyentlərlə görüşlərə start verilib. Görüşlər MDU-nun bir qrup əməkdaşı tərəfindən Mingəçevir şəhəri və ətraf rayonlarda yerləşən ümumtəhsil məktəblərində təşkil olunub. Görüşlər zamanı abituriyentlərə düzgün ixtisas seçimi ilə bağlı müvafiq tövsiyələr verilib və universitetin tanıtımı həyata […]

Mingəçevir Dövlət Universitetinin tələbə və əməkdaşları Mingəçevir Sənaye Parkında infoturda

Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin tərkibində fəaliyyət göstərən İnformasiya texnologiyaları kafedrasının təşkilatçılığı ilə Mingəçevir Sənaye Parkına (MSP) infotur təşkil edilib. İnfoturda kafedranın bir qrup akademik heyət üzvü, tələbələr və magistrantlar iştirak ediblər. İnfotur çərçivəsində universitet heyəti MSP-nin istehsalat bölmələri və laboratoriyalarında texnoloji proseslərlə tanış olublar, informasiya-idarəetmə texnologiyaları və sistemləri barədə məlumatlandırılıblar. İnfotur iştirakçılar tərəfindən […]

Mingəçevir Dövlət Universitetində “Karyera Günü”

2022-ci ilin 2 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin və “ParaBOKT” ASC-nin birgə təşkilatçılığı ilə “Karyera Günü” keçirilib. “ParaBOKT” ASC-nin mütəxəssisləri Gülnar Həsənova və Sənan Ağayev tələbələrə təmsil etdikləri şirkətin yaranması və fəaliyyəti, təcrübə proqramları, karyera və iş imkanları, işə qəbul prosesi və müsahibəyə hazırlıq barədə ətraflı məlumat veriblər. Sonra şirkətdə […]

Mingəçevir Dövlət Universitetində akademik heyət üzvləri ilə görüşlər

2022-ci ilin 1 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov cari yaz semestrinin imtahan sessiyasının başlaması ilə əlaqədar olaraq “İqtisadiyyat və idarəetmə”, “Pedaqoji” və “Mühəndislik” fakültələrinin professor-müəllim heyət üzvləri ilə onlayn formatda silsilə görüşlər keçirib. Görüş iştirakçılarını salamlayan rektor MDU-da 2021/2022-ci tədris ilinin yaz semestrinin uğurla başa çatdığını qeyd edib və mövcud qaydalara […]

Mingəçevir Dövlət Universitetində “Rektorla söhbət” layihəsinin növbəti görüşü

2022-ci ilin 1 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Rektorla söhbət” layihəsi çərçivəsində doktorantlarla görüş keçirilib. Görüşdə MDU-nun rektoru Şahin Bayramov universitetin 30-a yaxın doktorant və dissertant əməkdaşları ilə fikir mübadiləsi aparıb. Görüş iştirakçılarını salamlayan Ş.Bayramov söhbətin əsas məqsədinin gənc əməkdaşların doktorantura təhsilinin və elmi-tədqiqat işlərinin mövcud vəziyyətini, onların universitetdə elmi, pedaqoji və idarəetmə karyeraları […]

Mingəçevir Dövlət Universiteti Bərdə Peşə Liseyi ilə əməkdaşlıq edəcək

2022-ci ilin 2 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov və bir qrup kollektiv üzvü Bərdə Peşə Liseyini (BPL) ziyarət edib. Ziyarət çərçivəsində, əvvəlcə, BPL-in rəhbər heyəti ilə görüş keçirilib. Görüşdə BPL haqqında ətraflı məlumat təqdim edilib, ali və peşə təhsili müəssisələri arasında əməkdaşlığın potensial istiqamətləri müzakirə edilib. Sonra, universitetin nümayəndə heyəti üçün […]

Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günü keçirilib

2022-ci ilin 1 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinin yaz imtahan sessiyası çərçivəsində ilk “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbələri, magistrantları və onların valideynləri ilə görüşüb. Görüşdə rektor cari tədris ilinin yaz semestrinin uğurla başa çatması münasibətilə […]