Browsing category

MDU

Mingəçevir Dövlət Universitetində “Məzun Günü – 2022” tədbirinin təşkilatçıları ilə görüş keçirilib

2022-ci ilin 30 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Məzun Gününün təşkilində fəallıq göstərən gənc əməkdaşlar, tələbələr və məzunlarla görüşüb. Məzun Gününün yüksək səviyyədə keçməsindən məmnunluğunu bildirən rektor tədbirin keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Gənclərin həyatında əlamətdar hadisələrdən sayılan Məzun Günündə Azərbaycan Respublikasının Təhsil nazirinin iştirak etdiyini diqqətə çatdıran Ş.Bayramov […]

Mingəçevir Dövlət Universitetində növbəti “Açıq Qapı” Günü

2022-ci ilin 30 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin yaz semestrinin  imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbələri, magistrantları və onların valideynləri ilə görüşüb. Cari imtahan sessiyasında bakalavriat və magistratura səviyyələri üzrə təhsilalanların müvəffəqiyyət […]

Mingəçevir Dövlət Universiteti 2022/2023-cü tədris ili üçün magistratura səviyyəsinə qəbul elan edir

Mingəçevir Dövlət Universiteti (MDU) 2022/2023-cü tədris ili üçün magistratura səviyyəsinə 15 ixtisas üzrə qəbul elan edir. Namizədlər 2022-ci ilin 29 iyun tarixindən 5 iyul tarixinədək Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən ixtisas seçimi müsabiqəsində iştirak edə bilərlər. Ətraflı məlumat əldə etmək və yaranabiləcək sualların cavablandırılması üçün “qebul@mdu.edu.az” elektron poçt ünvanı, (+994 24) 275 8549 və […]

MDU-nun rektoru Şahin Bayramov məzunları təbrik edib

Mingəçevir Dövlət Universitetinin Əziz Məzunları! Dünən Sizin iştirakınızla universitetimizdə yaddaqalan Məzun Günü keçirdik. Tədbirdə hörmətli Təhsil nazirimizin də iştirak etməsi universitetimiz üçün əlamətdar hadisə oldu. Sizi, valideynlərinizi, ailə üzvlərinizi və müəllimlərinizi MDU-nun məzunu olmağınız münasibətilə ürəkdən təbrik edirəm. İnanıram ki, tələbələrimizin, onların valideynlərinin və müəllimlərimizin fədakər əməyi sayəsində məzunlarımızın timsalında həm yaxşı mütəxəssis, həm də […]

Mingəçevir Dövlət Universitetində narkomaniya əleyhinə maarifləndirici mühazirə keçirilib

2022-ci ilin 23 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 26 İyun- “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş mühazirə keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən mühazirədə MDU-nun akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər. Mühazirədə giriş sözü ilə çıxış edən MDU-nun Elm və innovasiyalar […]

Mingəçevir Dövlət Universitetində yaz semestrinin imtahan sessiyası uğurla davam edir

Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinin yaz semestrinin 1 iyun tarixində başlayan imtahan sessiyası uğurla davam edir. Məlumat verildiyi kimi, MDU-da bütün imtahanlar əyani formada şifahi şəkildə təşkil olunub. İyunun 20-dən 24-dək davam edən növbəti imtahan həftəsində bakalavriat səviyyəsində 97 qrup üzrə 2682 tələbə ümumilikdə 142 imtahanda iştirak edib. Müvəffəqiyyət göstəricisi 97,6 faiz olub. […]

Mingəçevir Dövlət Universitetində Silahlı Qüvvələr Günü qeyd edilib

2022-ci ilin 24 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 26 iyun – Silahlı Qüvvələr Gününə həsr olunan “Azərbaycan Silahlı Qüvvələri dövlət müstəqilliyimizin qarantıdır” mövzusunda konfrans keçirilib. Konfransda MDU-nun akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər. Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla […]

Ümummilli Liderə həsr olunmuş festivalda fəxri yer tutan MDU tələbələri ilə görüş

2022-ci ilin 24 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin birgə qərarı və təşkilaçtılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalında “Müasir rəqs” nominasiyası üzrə II yer tutan tələbələrlə görüşüb. Ali təhsil müəssisələrinin tələbələri arasında […]

Mingəçevir Dövlət Universitetində imtahan prosesi müşahidə edilib

2022-ci ilin 23 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov cari tədris ilinin yaz semestrinin imtahan sessiyası çərçivəsində növbəti dəfə imtahan prosesini izləyib. Müşahidələr zamanı imtahanların mövcud qaydalara uyğun təşkili, imtahanlarda obyektivliyin və şəffaflığın təmin edilməsi, biliklərin qiymətləndirilməsi və daxil olan müraciətlərin operativ cavablandırılması məsələlərinə diqqət yetirilib, imtahanların gedişatı ilə bağlı müəllim və […]

Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib

2022-ci ilin 23 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin yaz semestrinin imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbələri, magistrantları və onların valideynləri ilə görüşüb. Görüşdə universitetin akademik və inzibati heyət üzvləri də iştirak ediblər. […]