Browsing category

MDU

Rektor Şahin Bayramovun Qurban bayramı münasibətilə təbriki

Mingəçevir Dövlət Universitetinin (MDU) hörmətli professor-müəllim və inzibati-texniki heyət üzvləri! Əziz tələbələr, magistrantlar və məzunlar! Sizi xeyirxahlıq, mərhəmət və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm! Kəsdiyiniz qurbanların və etdiyiniz duaların Allah dərgahında qəbul olunmasını arzulayıram! MDU-nun beş ŞƏHİD məzununun əziz xatirəsini böyük ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirəm! Qurban bayramınız […]

MDU əməkdaşları Qurban bayramı münasibətilə şəhid ailələrini ziyarət ediblər

2022-ci ilin 9 iyul tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Qurban bayramı münasibətilə universitetin 44 günlük Vətən Müharibəsində şəhid olmuş məzunları Kənan Abdullayev, Oruc Nəcəfli və Əzəmi Hüseynovun, mingəçevirli Aprel döyüşləri şəhidləri Adil Adilzadə, Teymur Qasımov, Rüstəm Əhmədov və Rahim Tağıyevin ailələrini ziyarət ediblər. Universitetin kollektiv üzvləri, həmçinin, hazırda övladı MDU-da təhsil alan şəhid Yasən Əhmədovun da ailəsinə baş […]

Mingəçevir Dövlət Universitetində Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramına cəlb olunan tələbələrlə görüş

2022-ci ilin 8 iyul tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramında iştirak edəcək universitetin bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələri ilə görüşüb. Yay Təcrübə Proqramı çərçivəsində qrup tapşırıqları mərhələsindən uğurla keçən tələbələri təbrik edən rektor Ş.Bayramov nəzəri və praktiki biliklərin artırılması baxımından […]

Mingəçevir Dövlət Universitetində könüllü tələbələrlə görüş keçirilib

2022-ci ilin 5 iyul tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov universitetin “BİR” tələbə könüllüləri ilə görüşüb. Görüşdə könüllük fəaliyyətinin cəmiyyətin və fərdin inkişafındakı rolundan bəhs edən Ş.Bayramov cari tədris ili ərzində uniiversitetdə və regionda keçirilən tədbirlərdə könüllü tələbələrin fəal iştirakından məmnunluğunu bildirib. Gənclərin hərtərəfli inkişafının diqqət mərkəzində saxlanıldığını qeyd edən rektor könüllü tələbələrə […]

Mingəçevir Dövlət Universitetində yeni müdafiə edən əməkdaşlarla görüş keçirilib

2022-ci ilin 4 iyul tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işlərini uğurla müdafiə edən universitetin üç əməkdaşı – Rövşən Babayev, Liliya Süleymanova və Səadət Ağakişiyeva ilə görüşüb. Cari ilin iyun ayında müxtəlif elm sahələri üzrə universitetin üç əməkdaşının fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülməsini yüksək qiymətləndirən Ş.Bayramov bu münasibətlə onları […]

Türkiyənin ali təhsil müəssələrində təcrübə keçmiş MDU-nun səkkiz əməkdaşı ilə görüş

2022-ci ilin 1 iyul tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov qardaş Türkiyənin tərəfdaş ali təhsil müəssisələrindən olan Qazi Universiteti və İstanbul Gedik Universitetində (İGÜN) təlim və təcrübə kemiş universitetin akademik və inzibati heyət üzvləri ilə görüşüb. Təlim və təcrübə proqramını uğurla başa vuran universitet əməkdaşlarını təbrik edən rektor Ş.Bayramov MDU tarixində ilk dəfə […]

Mingəçevir Dövlət Universitetində yaz semestrinin imtahan sessiyası uğurla davam edir

Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinin yaz semestrinin 1 iyun tarixində başlayan imtahan sessiyası uğurla davam edir. Məlumat verildiyi kimi, MDU-da bütün imtahanlar əyani formada şifahi şəkildə təşkil olunub. İyunun 28-dən iyulun 1-dək davam edən növbəti imtahan həftəsində bakalavriat səviyyəsində 79 qrup üzrə 1463 tələbə ümumilikdə 79 imtahanda iştirak edib. Müvəffəqiyyət göstəricisi 99,5 faiz […]

Mingəçevir Dövlət Universiteti Dövlət Məşğulluq Agentliyinin “Təcrübə danışır” layihəsində təmsil olunur

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının Azərbaycan universitetlərinin Karyera Mərkəzləri ilə əməkdaşlığı çərçivəsində “Təcrübə danışır” adlı silsilə görüşlərə start verilib. Layihə çərçivəsində ilk görüş 2022-ci ilin 21 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin direktoru Cəlil Bağırov və karyera məsləhətçisi İlhamə Məmmədova ilə […]

Mingəçevir Dövlət Universitetində magistrantların növbəti “Poster Sessiyası”

2022-ci ilin 30 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) cari il üzrə magistratura məzunlarının dissertasiya işlərindən ibarət növbəti “Poster Sessiyası” təşkil edilib. Əsas məqsədi magistrantlar tərəfindən həyata keçirilən tədqiqatların əsas nəticələrinin geniş ictimaiyyətə çatdırılmasından ibarət olan “Poster Sessiyası”nda MDU-nun akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər. MDU-nun rektoru Şahin Bayramov Mühəndislik, iqtisadiyyat […]

Mingəçevir Dövlət Universiteti Elmi Şurasının cari tədris ilində sonuncu iclası

2022-ci ilin 30 iyun tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının cari tədris ilində yekun iclası keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən iclasda MDU-nun rektoru Şahin Baramov gündəlikdə duran məsələləri diqqətə çatdırıb. İclasda “MDU-nun daxili nizam-intizam qaydalarına riayət edilməsi haqqında”, “Tələbə vətənpərvərlik inkişafı sahəsində görülən işlər haqqında”, “Karyera inkişafının təşkili haqqında” və “2021-2022-ci […]