Browsing category

MDU

Mingəçevir Dövlət Universitetində Abituriyentlərə Dəstək Qrupu yaradılıb

2022-ci ilin 16 avqust tarixindən ali təhsil müəssisələrinə ixtisas seçimininin başlanması ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin nəzdində Abituriyentlərə Dəstək Qrupu (ADQ) fəaliyyətə başlayıb. MDU-nun gənc akademik heyət üzvlərindən formalaşan ADQ avqustun 28-dək davam edəcək ixtisas seçimi zamanı abituriyentlərə ödənişsiz olaraq müvafiq məlumatlandırıcı və məsləhət xidmətləri göstərəcək. Müsabiqə şərtlərini ödəyən […]

Mingəçevir Dövlət Universitetində yüksək bal toplayan abituriyentlərlə görüş keçirilib

2022-ci ilin 16 avqust tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov 2022/2023-cü tədris ili üçün bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər – Elnarə Əhmədova,  Fatimə Məmmədli, Leyla Rzazadə və onların valideynləri ilə  görüşüb.   Görüşdə qəbul imtahanlarında yüksək nəticələr göstərən abituriyentləri təbrik edən Ş.Bayramov onların bu uğurlarında pay […]

Mingəçevir Dövlət Universiteti rebrendinq edilib

Mingəçevir Dövlət Universitetində (MDU) bu ali təhsil müəssisəsinin modernləşdirilməsi istiqamətində reallaşdırılan tədbirlər çərçivəsində rebrendinq həyata keçirilib. 2022-ci ilin 16 avqust tarixində MDU-da rebrendinq çərçivəsində hazırlanmış yeni korporativ stilin, o cümlədən yeni loqonun və rəsmi saytın təqdimat mərasimi keçirilib. Təqdimatda Mingəçevir şəhər Təhsil sektoru, Gənclər və İdman İdarəsi, “Azərbaycan” İES MMC, ümumtəhsil müəssisələri və mətbuat nümayəndələri, […]

Mingəçevir Dövlət Universiteti publik hüquqi şəxsə çevrildi

https://nk.gov.az/az/document/6315/ Mingəçevir Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ Q Ə R A R Mingəçevir Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.12.1-ci yarımbəndinə uyğun olaraq Azərbaycan Respublikasının […]

Mingəçevir Dövlət Universiteti Beynəlxalq Universitetlər Assosiasiyasına üzv qəbul olunub

Mingəçevir Dövlət Universiteti (MDU) Beynəlxalq Universitetlər Assosiasiyasına (International Association of Universities – IAU) üzv qəbul olunub. Bununla bağlı, IAU-nun baş katibi xanım Hilligje Vant Land tərəfindən MDU-ya təsdiqedici məktub daxil olub. Məktubda MDU-nun IAU İdarə Heyəti tərəfindən müəyyən edilən üzvolma meyarlarına tam cavab verdiyi vurğulanıb və universitetin sözügüdən təşkilatın fəal üzvlərindən biri olacağına əminlik ifadə […]

Mingəçevir Dövlət Universitetində mətbuat işçiləri ilə görüş keçirilib

2022-ci ilin 21 iyul tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov  “Milli Mətbuat və Jurnalistika Günü” münasibətilə bu ali təhsil müəssisəsi ilə əməkdaşlıq edən bir qrup mətbuat işçisi ilə görüşüb. Görüşdə “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, “EL” televiziya şirkətinin direktor müavini Ceyhun Səbzəliyev, jurnalist Esmira Hidayətova, MDU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisləri Qurban Qurbanzadə […]

Mingəçevir Dövlət Universiteti “Birgə və Sağlam” İctimai Birliyi ilə əməkdaşlıq edəcək

2022-ci ilin 19 iyul tarixində  Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “Birgə və Sağlam” İctimai Birliyinin həmtəsisçisi Həzi Eynalov ilə görüşüb. Görüşdə Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin direktoru İsa Qasımov və MDU-nun Karyera və İnkişaf Mərkəzinin direktoru Cəlil Bağırov da iştirak edib. Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan insanların problemlərinin həllinin dövlət tərəfindən daim […]

Mingəçevir Dövlət Universitetinin rektoru Qazax Milli Aqrar Tədqiqat Universitetində olub

2022-ci ilin 15 iyul tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Qazaxıstanın Almatı şəhərində yerləşən Qazax Milli Aqrar Tədqiqat Universitetində (Kazakh National Agrarian Research University – KazNARU) olub. Ş.Bayramov KazNARU-nun rektoru akademik Tlektes Espolov ilə görüşüb. Qonağı salamlayan T.Espolov rəhbərlik etdiyi universitetin tarixi, ölkənin ali təhsil sistemində və beynəlxalq reytinqlərdə mövqeyi, tədqiqat istiqamətləri və […]

Mingəçevir Dövlət Universiteti Ahmet Yesevi Universiteti ilə əməkdaşlıq edəcək

2022-ci ilin 12 iyul tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Qazaxıstanın Türküstan şəhərində yerləşən Ahmet Yesevi Universitetində (AYU) olub. AYU-nun rektoru Janar Temirbekova ilə keçirilən görüşdə universitetlər arasında qarşılıqlı faydalı əməkdaşlığın yaradılması barədə geniş fikir mübadiləsi aparılıb. MDU rektorunun AYU-nu ziyarət etməsindən məmnunluğunu bildirən J.Temirbekova əsası 1992-ci ildə qoyulmuş Hoca Ahmet Yesevi Uluslararası […]

Mingəçevir Dövlət Universitetində “Təlim və tədrisdə Türkiyə təcrübəsi” mövzunda seminar

2022-ci ilin 7 iyul tarixində Mingəçevir Dövlət Universitetində (KİM) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Təlim və tədrisdə Türkiyə təcrübəsi” mövzusunda seminar keçirilib. Universitetin bir qrup akademik və inzibati heyət üzvlərinin iştirak etdiyi seminarda “Mexanika” kafedrasının müdiri, dosent Mahir İsmayılov  və müəllimi Qaragöz Kərimov təqdimatla çıxış ediblər. Təqdimat zamanı Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən olan […]