Browsing category

MDU

MDU kvant elminin və texnologiyalarının müasir trendlərinə həsr olunmuş Beynəlxalq yay məktəbində uğurla təmsil olunub

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov cari ilin 22 sentyabr-2 oktyabr tarixlərində Bakı Dövlət Universiteti (BDU) və “VolkswagenStiftung” Fondunun birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq yay məktəbini uğurla başa vuran Mexanika kafedrasının laborantı Xəyalə Hüseynzadəni və həmin kafedranın müdiri Mahir İsmayılovu qəbul edib. “Kvant elminin və texnologiyasının müasir meylləri: kvant materiallarından kvant informasiyasına qədər” mövzusuna […]

Cari tədris ilində Mingəçevir Dövlət Universiteti Elmi Şurasının ilk iclası keçirilib

2022-ci ilin 5 oktyabr tarixində cari tədris ilində Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının ilk iclası keçirilib. İclası açan MDU-nun rektoru Şahin Bayramov yeni tədris ilinin başlanılması və 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Şura üzvlərini təbrik edib və gündəlikdə duran məsələləri diqqətə çatdırıb. Əvvəlcə, “2022/2023-cü tədris ili üçün MDU Elmi Şurasının iş planı” […]

MDU-da Beynəlxalq Müəllimlər Günü münasibətilə görüş keçirilib

2022-ci ilin 5 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Beynəlxalq Müəllimlər Günü münasibətilə bu ali təhsil müəssisəsinin bir qrup akademik heyət üzvü ilə görüş keçirib. Görüşdə Ş.Bayramov peşə bayramı münasibətilə MDU-nun bütün professor-müəllim heyəti üzvlərini təbrik edib, onlara elmi və pedaqoji fəaliyyətlərində uğrular arzulayıb. Müəllimlik fəaliyyətinin bütün dövrlərdə şərəfli peşə hesab olunduğunu […]

Mingəçevir Dövlət Universitetində ABŞ Səfirliyinin əməkdaşları ilə görüş

2022-ci ilin 4 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov ABŞ Səfirliyinin Mədəniyyət və təhsil işləri üzrə müşaviri Salman Haci, təhsil mütəxəssisi Ramina Mürşüdova və proqram koordinatoru Səbinə Abdullayeva ilə görüşüb. Görüşdə ABŞ Səfirliyinin region üzrə ingilis dili müşaviri Lotti Beyker, ABŞ Dövlət Departamentinin Fulbright-ETA (Fulbright-English Teaching Assistantship) Proqramı çərçivəsində MDU-da fəaliyyət göstərən […]

Mingəçevir Dövlət Universitetində “Hirş indeksi və onun tətbiqi” mövzusunda seminar

2022-ci ilin 28 sentyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə “Hirş indeksi və onun tətbiqi” mövzusunda seminar keçirilib. Seminarda MDU-nun Mühəndislik fakültəsinin bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantlar iştirak edib. Şöbənin müdiri, dosent Vüqar Mustafayev seminarda məruzə ilə çıxış edib. Hirş indeksinin (h-indeksi) elmi fəaliyyətin məhsuldarlığını ölçən alətlərdən […]

MDU-da təhsil tələbə krediti barədə məlumatlandırıcı görüşlər

Mingəçevir Dövlət Universiteitinin (MDU) Tədris şöbəsinin təşkilatçılığı ilə Təhsil, Mühəndislik, İqtisadiyyat və idarəetmə fakültələrində, Magistratura və Doktorantura Təhsil Mərkəzində təhsil alan tələbələr üçün təhsil tələbə krediti barədə məlumatlandırıcı görüşlər keçirilib. Görüşlərdə MDU-nun Tədris şöbəsinin əməkdaşları təhsil tələbə kreditinin növləri və onlardan istifadə hüququ, kreditin verilməsinə dair tələblər, tətbiq edilən güzəştlər və müraciət proseduru haqqında ətraflı […]

MDU-da Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov 44 günlük Vətən müharibəsində iştirak etmiş universitetin əməkdaşları, tələbələri və məzunları ilə görüşüb. Görüşdə bu ali təhsil müəssisəsinin şəhid məzunları Kənan Abdullayev və Əzəmi Hüseynovun ailə üzvləri, qazi məzun Abdulla Abdullayev, hazırda MDU-nun birinci kursunda təhsil alan “Azərbaycan Bayrağı” ordenli tələbəsi Elnur Salahov da iştirak ediblər. Görüşdə universitetin […]

MDU kollektivi şəhid ailələrini ziyarət edib

Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı, tələbə və magistrantları 27 Sentyabr – Anım Günü münasibətilə bu ali təhsil müəssisəsinin 44 günlük Vətən Müharibəsində şəhid olmuş məzunları Kənan Abdullayev və Əzəmi Hüseynovun ailələrini ziyarət ediblər. Universitetin kollektiv üzvləri, həmçinin, mingəçevirli şəhid qardaşlar Əli və İslam Əhmədovların və hazırda iki övladı MDU-da təhsil alan şəhid Yasən […]

Mingəçevir Dövlət Universitetində 27 Sentyabr- Anım Gününə həsr olunan konfrans keçirilib

Mingəçevir Dövlət Universiteti (MDU) və Yeni Azərbaycan Partiyasının (YAP) Mingəçevir şəhər təşkilatının birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunan “Xatirələrdə əbədiləşən qəhraman şəhidlərimiz” mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfransda şəhid ailəsi üzvləri, qazilər, MDU-nun İctimai Nəzarət Şurasının nümayəndələri, universitetin əməkdaşları, tələbə və magistrantları iştirak ediblər. Əvvəlcə, Mingəçevir Şəhidlər Xiyabanı ziyarət edilib və qəhrəman […]

Mingəçevir Dövlət Universitetinin magistrantları Şəhidlər Xiyabanını ziyarət ediblər

2022-ci ilin 25 sentyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzinin (MDTM) və Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin (TVİM) bir qrup əməkdaşı və magistrantlar Mingəçevir Şəhidlər Xiyabanını ziyarət ediblər. Ziyarət “MDU-nun 27 Sentyabr – Anım Günü ilə bağlı tədbirlər planı” çərçivəsində təşkil olunub. MDU kollektivi üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhidlik […]