Browsing category

MDU

Mingəçevir Dövlət Universitetinə yeni qəbul olan magistrantlarla görüş keçirilib

2022-ci ilin oktyabrın 14-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov 2022/2023-cü tədris ili üçün bu ali təhsil müəssisəsinin magistraturasına qəbul olmuş birinci kurs magistrantlarla görüşüb. Görüş ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. Magistrant adını qazanmaları münasibətilə gəncləri təbrik edən rektor Ş.Bayramov MDU-nu seçdiklərinə görə […]

MDU-da növbəti “Tyutor xidməti” təlimləri uğurla başa çatıb

2022-ci ilin sentyabr ayında Mingəçevir Dövlət Universitetində (MDU) növbəti dəfə “Tyutor xidməti” təlim proqramları təşkil edilib. Proqram çərçivəsində MDU-nun təcrübəli akademik və inzibati heyət üzvləri tərəfindən “Bolonya prosesi haqqında ümumi məlumat”, “Kredit sisteminin mahiyyəti və məzmunu”, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydalarında əsas anlayışlar”, “Tədrisin təşkili və idarə […]

Doktoranturaya və dissertanturaya yeni qəbul olan MDU əməkdaşları ilə görüş keçirilib

2022/2023-cü tərdis ilində MDU-nun Mexanika kafedrasının müəllimi Qaragöz Kərimov Azərbaycan Texniki Universitetində “Nəqliyyat sistemləri texnologiyası”, Humanitar fənlər kafedrasının müəllimlərindən Gülər Əjdərzadə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda “Vətən tarixi” ixtisası üzrə doktoranturaya, Şəlalə Quliyeva isə Gəncə Dövlət Universitetinə “Siyasi nəzəriyyə” ixtisası üzrə dissertanturaya qəbul olub. 2022-ci ilin oktyabrın 14-də MDU-nun rektoru Şahin Bayramov doktoranturaya yeni […]

MDU əməkdaşına texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib

Mingəçevir Dövlət Universitetinin (MDU) Energetika kafedrasının müəllimi Səadət Şıxəliyevaya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) müvafiq qərarına əsasən texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib. Bu münasibətlə, 2022-ci ilin oktyabrın 14-də MDU-nun rektoru Şahin Bayramov universitetin Energetika kafedrasının müəllimi S.Şıxəliyeva və həmin kafedranın müdiri Ü.Aşurova ilə görüşüb. Görüşdə universitetdə kadr potensialının gücləndirilməsinin […]

Mingəçevir Dövlət Universitetində “Uğurunu paylaş” layihəsinə start verilib

Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “Uğurunu paylaş” adlı layihəyə start verilib. Layihə çərçivəsində iş həyatında və fərdi inkişafda uğur qazanan insanlarla, o cümlədən universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları ilə silsiləvi görüşlərin keçirilməsi nəzərdə tutulub. Məqsəd uğurlu olmağın yolları barədə mütərəqqi düşüncələri və təcrübələri bölüşmək, karyera […]

MDU tələbələri Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramını uğurla başa vurublar

Mingəçevir Dövlət Universitetinin (MDU) iqtisadiyyat profili üzrə bakalavriat və magistratura səviyyələrində ali təhsil alan 11 tələbəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) cari ilin iyul-sentyabr aylarında təşkil etdiyi Yay Təcrübə Proqramını uğurla başa vurub. Bununla əlaqədar olaraq, MDU-nun rektoru Şahin Bayramov sözügedən proqramda universiteti təmsil edən bir qrup tələbə ilə görüşüb. Təhsil […]

Mingəçevir Dövlət Universitetində “Hirş indeksi və onun tətbiqi” mövzusunda növbəti seminarlar keçirilib

2022-ci ilin 5 və 7 oktyabr tarixlərində Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə “Hirş indeksi və onun tətbiqi” mövzusunda növbəti seminarlar keçirilib. Seminarlarda Təhsil, İqtisadiyyat və idarəetmə fakütlələrinin bir qrup akademik heyət üzvü iştirak edib. Şöbənin müdiri, dosent Vüqar Mustafayev təqdimatla çıxış edib. Təqdimatda elmi fəaliyyətdəki məhsuldarlığın ölçülməsi alətlərindən biri olan […]

MDU Seulda beynəlxalq İKT təlimində təmsil olunur

Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin İnformasiya texnologiyaları kafedrasının müəllimi Elçin Tağıyev Cənubi Koreyanın paytaxtı Seul şəhərində Koreya Elm və İKT Nazirliyinin ev sahibliyi və NİPA-nın (National IT İndustry Promotion Agency) təşkilatçılığı ilə İKT sahəsində mütəxəssislər üçün təşkil olunan “AI & Edu-Tech” (Süni intellekt və Təhsil texnologiyaları) adlı təlimdə iştirak edir. 2022-ci ilin 10-20 oktyabr […]

MDU əməkdaşlarının məqaləsi Türkiyənin nüfuzlu elmi jurnalında dərc olunub

Mingəçevir Dövlət Universitetinin “Sənayenin təşkili və idarəetmə” kafedrasının müəllimləri Nuranə Abbasova-Zeynalova və Arifə Nəsibovanın Türkiyənin KTO Karatay Universitetinin resenziyalı nəşrlərindən olan “Konşimento” jurnalında türk dilində birgə məqaləsi dərc olunub. “Tarım sektörünün gelişiminde kitle fonlaması platformunun uygulama potansiyeli” (Kənd təsərrüfatı sektorunun inkişafında kraudfandinq platformasının tətbiqi potensialı) adlı məqalədə kraudfandinqin mahiyyəti və əsas xüsusiyyətləri, məşhur kraudfandinq platformaları, […]

MDU Ukraynada təhsil, elm və biznesin inteqrasiyasına həsr olunan beynəlxalq konfransa tərəfdaşlıq edib

2022-ci ilin 7 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) və digər tərəfdaşların təşkilatçılığı, Kiyev Milli Texnologiya və Dizayn Universitetinin (Kyiv National University of Technologies and Design – KNUTD) evsahibliyi ilə “Qloballaşma şəraitində təhsil, elm və biznesin inteqrasiyası problemləri” mövzusunda IV Beynəlxalq elmi-praktiki konfrans keçirilib. Ukrayna, Almaniya, Böyük Britaniya, Polşa, Estoniya, Özbəkistan və digər ölkələrin ali […]