MDU kollektivi Zəfər Günü münasibətilə şəhid ailələrini ziyarət edib
Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Zəfər Günü münasibətilə bu ali təhsil müəssisəsinin 44 günlük Vətən Müharibəsində şəhid olmuş məzunları Kənan Abdullayev, Oruc Nəcəfli və Əzəmi Hüseynovun, mingəçevirli Aprel döyüşləri şəhidləri Adil Adilzadə, Teymur Qasımov, Rüstəm Əhmədov və Rahim Tağıyevin ailələrini ziyarət ediblər. Universitetin kollektiv üzvləri, həmçinin, hazırda iki övladı MDU-da təhsil alan şəhid Yasən Əhmədovun da […]