Browsing category

MDU

Azərbaycan və Türkiyə universitetləri işbirliyində “Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü”nə həsr olunan elmi-praktik konfrans keçirilir

2022-ci ilin noyabrın 30-da Türkiyənin Qazi Universiteti, Azərbaycan Texniki Universiteti (AzTU) və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə “Azərbaycanda kiber ekosistemin formalaşması” mövzusunda elmi-praktik konfransın işinə başlanılıb. Dekabrın 2-dək davam edəcək konfrans “30 noyabr – Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü”nə həsr olunan “İnformasiya təhlükəsizliyi günləri” çərçivəsində keçirilir. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən konfransda […]

Qazi Universiteti və MDU tələbələri arasında kibertəhlükəsizliklə bağlı birgə seminar keçirilib

2022-ci ilin 29 noyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin Qazi Universitetinin birgə təşkilatçılığı ilə “İnformasiya təhlükəsizliyi günləri” çərçivəsində “Kibertəhlükəsizlik: əsas çağırışlar və müasir texnologiyalar” mövzusunda tələbə elmi-praktik seminarı keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən seminarda hər iki universitetin akademik və inzibati heyət üzvləri, tələbə, magistrant və doktorantları iştirak ediblər. Seminarın açılışında […]

MDU kollektivi Uşaq və Ailələrə Dəstək Mərkəzini ziyarət ediblər

Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup tələbə və əməkdaşı Mingəçevir şəhərində yerləşən Uşaq və Ailələrə Dəstək Mərkəzini ziyarət ediblər. MDU-nun Psixologiya və pedaqogika kafedrasının müəllimləri Nərgiz Niftəliyeva və Günel Nəcəfovanın müşayiəti ilə universitetin “Məktəbəqədər təhsil” ixtisası üzrə təhsil alan üçüncü kurs tələbələri Mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar. Ziyarət zamanı universitet kollektivi əqli cəhətdən zəif […]

Mingəçevir Dövlət Universitetində Riyaziyyat üzrə tələbə və şagirdlərin elmi-praktik konfransı keçirilib

2022-ci ilin 26 noyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Mükəmməl elm və təhsil səviyyəsinə gedən yol ümumtəhsil məktəblərindən keçir” devizi altında Riyaziyyat üzrə tələbə və şagirdlərin elmi-praktik konfransı keçirilib. Universitetin Təhsil fakültəsinin Riyaziyyat kafedrasının təşkilatçılığı ilə keçirilən konfransda ümumtəhsil müəssisələrinin direktorları, müəllimləri və şagirdləri, MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantları […]

Mingəçevir Dövlət Universiteti və “Birgə və Sağlam” İctimai Birliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb

2022-ci ilin 28 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Bakı şəhəri Nizami rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni inşa edilən və “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Autizm Mərkəzini ziyarət edib. Ziyarət çərçivəsində Ş.Bayramov Birliyin sədri Aytən Eynalova və həmtəsisçisi Həzi Eynalovun müşayiəti ilə Autizm Mərkəzinin fəaliyyəti ilə yaxından tanış […]

MDU-da təlim: Layihələrin yazılması və idarə edilməsi

2022-ci ilin 25 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Layihələrin yazılması və idarə olunması” mövzusunda təlim keçirilib. Təlimdə universitetin tələbə və magistrantları iştirak ediblər. MDU-nun II kurs magistrantı Şahlar Mirzalıyev təqdimatla çıxış edərək ideyanın formalaşması və layihəyə uyğunlaşdırılması, layihənin yazılması mərhələləri və idarə edilməsi xüsusiyyətləri barədə ətraflı məlumat verib […]

MDU-nun tələbəsi adlı təqaüdə layiq görülüb

Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin üçüncü kurs tələbəsi Fatma Mirzəzadə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) adlı təqaüdünə layiq görülüb. Eyni zamanda, MDU tələbəsi təhsildə və ictimai işlərdə əldə etdiyi uğurlara görə ATİAHİ-nin fəxri fərmanı ilə təltif edilib. Bununla əlaqədar olaraq, 2022-ci ilin 23 noyabr tarixində MDU-nun rektoru Şahin Bayramov tələbə […]

MDU-da seminar: İngilis dilində üslubi fiqurlar

2022-ci ilin 23 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “İngilis dilində üslubi fiqurlar” mövzusunda seminar keçirilib. Seminarda universitetin akademik heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər. MDU-nun Xarici dillər kafedrasının müdiri, dosent Mehdi Rəhimov təqdimatla çıxış edərək bədii ifadə və təsvir vasitələrinin, üslubi fiqurların dildə yeri, Azərbaycan və […]

MDU-da seminar: Gənclər arasında erkən nikahlar və onun mənfi tərəfləri

2022-ci ilin 22 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə “Gənclər arasında erkən nikahlar və onun mənfi tərəfləri” mövzusunda seminar keçirilib. Fakültənin əməkdaşları, tələbə və magistrantların iştirakı ilə keçirilən seminarda kafedra müdiri Esmira Cəfərova giriş sözü ilə çıxış edib. Erkən nikahın dövrümüzün aktual problemlərindən biri olduğunu qeyd edən E.Cəfərova […]

MDU-da seminar: Müasir təhsil trendləri və süni intellekt

2022-ci ilin 18 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “Müasir təhsil trendləri və süni intellekt” mövzusunda seminar keçirilib. Seminarda universitetin akademik heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər. MDU-nun İnformasiya texnologiyaları kafedrasının müəllimi Elçin Tağıyev təqdimatla çıxış edərək dördüncü sənaye inqilabı şəraitində təhsilin əsas inkişaf trendləri, informasiya texnologiyalarının […]