Browsing category

MDU

Mingəçevir Dövlət Universitetində beynəlxalq elmi konfrans uğurla yekunlaşıb

2022-ci ilin 16-17 dekabr tarixlərində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin və Fizika İnstitutunun dəstəyi ilə “Yeni dövrdə təhsil və tədqiqat fəaliyyəti: reallıqlar və çağırışlar” mövzusunda keçirilən beynəlxalq elmi konfrans (ISCERA 2022) uğurla başa çatıb. Dekabrın 17-də beynəlxalq konfransın yekun iclası keçirilib. MDU-nun  akademik və inzibati heyət […]

“Yeni dövrdə təhsil və tədqiqat fəaliyyəti: reallıqlar və çağırışlar” mövzusunda beynəlxalq elmi konfransın bölmə iclasları keçirilib

2022-ci ilin dekabrın 16-da Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin və Fizika İnstitutunun dəstəyi ilə “Yeni dövrdə təhsil və tədqiqat fəaliyyəti: reallıqlar və çağırışlar” mövzusunda beynəlxalq elmi konfransın bölmə iclasları keçirilib. Konfransın “Təhsil və humanitar elmlər” bölməsinin iclası MDU-nun “Humanitar fənlər” kafedrasının müdiri, dosent Esmira Cəfərovanın moderatorluğu […]

MDU əməkdaşının məqaləsi nüfuzlu elmi jurnalda dərc olunub

Mingəçevir Dövlət Universitetinin (MDU) Riyaziyyat kafedrasının müəllimi Səriyə Allahverdiyevanın həmmüəlliflərlə birgə yazdığı elmi məqalə Amerika Riyazi Elmlər İnstitutunun (American Institute of Mathematical Sciences) “AİMS Mathematics” jurnalının 2022-ci il, 8-ci cild, 2-ci buraxılışında dərc edilib. MDU əməkdaşının “Dördüncü dərəcəli xətti psevdoparabolik tənlik üçün bir əmsal üzrə tərs sərhəd məsələsi” (İngilis dilində: “On one coefficient inverse boundary […]

Mingəçevir Dövlət Universitetində beynəlxalq elmi konfrans keçirilib

2022-ci ilin dekabrın 16-da Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin və Fizika İnstitutunun dəstəyi ilə “Yeni dövrdə təhsil və tədqiqat fəaliyyəti: reallıqlar və çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. Onlayn və offlayn formatda təşkil edilən beynəlxalq konfransa dünyanın 10 ölkəsinin ali təhsil müəssisələri və elmi […]

“Bir Könüllü” Təşkilatı MDU-da məlumatlandırma sessiyası keçirib

2022-ci ilin 13 dekabr tarixində “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Leyla Zeynalova Mingəçevir Dövlət Universitetinin (MDU) qonağı olub. Birliyin sədri, əvvəlcə, MDU-nun rektoru Şahin Bayramovla görüşüb. Qonağı salamlayan Ş.Bayramov hazırda müasirləşməkdə olan MDU-da tələbələrin hərtərəfli inkişafına xidmət edən və regionun inkişafına töhfə verən səmərəli ali təhsil mühitinin formalaşdırılmasının başlıca hədəflərdən olduğunu diqqətə çatdırıb. […]

Turizm təhsili alan MDU tələbələri oteldə praktiki məşğələdə olublar

2022-ci ilin 12 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin Turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələri üçün Mingəçevir şəhərində fəaliyyət göstərən “Ağsaray Delux Hotel”də praktiki məşğələ keçirilib. Məşğələ “Mehmanxana fəaliyyətinin texnologiyası” fənni çərçivəsində tədris edilən “Otellərin və otel nömrələrinin təsnifatı, qonaqların qəbulu və xidmətin göstərilməsi” mövzusunda olub. Fənn müəllimi Lalə […]

MDU-da seminar: Sabahına hazır ol

2022-ci ilin 10 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “Sabahına hazır ol” mövzusunda seminar keçirilib. Seminarda universitetin bir qrup akademik heyət üzvü, tələbə və magistrantlar iştirak ediblər. MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin müəllimi Günel Kərimli və tələbəsi Kənan Mustafayev təqdimatla çıxış edərək iş həyatında uğuru şərtləndirən və rəqabətə […]

AZPROMO-nun icraçı direktoru İqtisadiyyat İnstitutunun Elmi Seminarında çıxış edib. MDU-nun əməkdaşları seminarda iştirak ediblər.

Onlayn seminarda “Ölkələrarası investisiya axınlarında yeni trendlər” müzakirə olunub Dekabrın 12-də İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib. İnstitutun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə keçirilən tədbirə bir sıra hökumət qurumlarının – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzi, Auditorlar Palatası, Dövlət Statistika […]

Mingəçevir Dövlət Universitetində Ulu Öndərin xatirəsi anılıb

2022-ci ilin 12 dekabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və YAP Mingəçevir şəhər təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Liderin anım gününə həsr olunan “Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişaf konsepsiyasının banisidir” mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfransda şəhər partiya təşkilatının nümayəndələri, universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər. Əvvəlcə, Ulu Öndərin abidəsinin qarşısına […]

MDU kollektivi qanvermə aksiyasında iştirak edib

2022-ci ilin 8 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup kollektiv üzvü, tələbə və magistrantları qanvermə aksiyasında iştirak edib. Aksiya Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başladılan “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Mingəçevirdə təşkil olunub. Qeyd edək ki, talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlara kömək göstərmək məqsədilə keçirilən bu […]