Browsing category

MDU

Mingəçevir Dövlət Universitetinin əməkdaşları şəhid və qazi ailələrini ziyarət ediblər

Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı 31 delabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bu ali təhsil müəssisəsinin 44 günlük Vətən Müharibəsində şəhid olmuş məzunları Kənan Abdullayev, Oruc Nəcəfli və Əzəmi Hüseynovun, mingəçevirli Aprel döyüşləri şəhidləri Adil Adilzadə, Teymur Qasımov, Rüstəm Əhmədov və Rahim Tağıyevin ailələrini ziyarət ediblər. Universitetin kollektiv üzvləri, […]

Mingəçevir Dövlət Universitetinin daha iki əməkdaşı fəlsəfə doktoru diplomu alıb

2022-ci ilin 29 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov fəlsəfə doktoru diplomları almış universitetin iki əməkdaşı – Üzeyir Zeynalov və Rövşən Babayev ilə görüşüb. Cari ilin dekabr ayında müvafiq olaraq fəlsəfə və riyaziyyat elm sahələri üzrə universitetin iki əməkdaşının fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülməsini yüksək qiymətləndirən Ş.Bayramov bu münasibətlə onları təbrik […]

MDU-da Həmrəylik Günü və Yeni il bayramı münasibətilə kollektiv üzvləri ilə görüş keçirilib

2022-ci ilin 28 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bu ali təhsil müəssisəsinin akademik, inzibati və texniki heyət üzvləri ilə görüşüb. Görüş iştirakçılarına bayram təbriklərini çatdıran MDU-nun rektoru Ş.Bayramov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ölkəmizdə “Şuşa İli” elan edilən 2022-ci ilin əlamətdar […]

Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib

2022-ci ilin 28 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib. İclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri diqqətə çatdırıb. Gündəliyə uyğun olaraq, iclasda “2022-2023-cü tədris ilinin payız imtahan sessiyasına hazırlığın vəziyyəti”, “İqtisadiyyat və idarəetmə fakültəsinin fəaliyyəti” və “MDU-da ictimaiyyətlə əlaqələrin təşkili” haqqında hesabatlar dinlənilib. Aparılan müzakirələrdən sonra, müvafiq tövsiyələrin […]

MDU-da karyera təlimi: Müsahibəyə hazırlıq

2022-ci ilin 26 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə tələbələr üçün “Müsahibəyə hazırlıq” mövzusunda təlim keçirilib. Təlimdə Karyera və İnkişaf Mərkəzinin mütəxəssisi İlhamə Məmmədova təqdimatla çıxış edərək müsahibəyə hazırlıq zamanı diqqət yetirilməli məqamlar, bədən dili və davranış qaydaları haqqında məlumat verib. Sonra, müsahibə prosesindən praktiki nümunələr göstərilib və […]

MDU-da Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib

2022-ci ilin 26 dekabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib. Şəhid ailəsi üzvləri, MDU-nun akademik və inzibati heyət üzvləri, tələbə və magistrantların iştirak etdiyi tədbirdə, əvvəlcə, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin açılışında MDU rəhbərliyinin […]

Mingəçevir Dövlət Universitetinin 23 tələbəsinin təhsil xərclərini Gənclər Fondu qarşılayacaq

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən sosial baxımdan həssas ailələrdən olan istedadlı gənclərin təhsil xərclərinin qarşılanması üzrə elan edilən növbəti müsabiqənin nəticələri açıqlanıb. 2021-2022-ci və ya 2022-2023-cü tədris illəri üzrə 431 tələbə və magistrantın təhsil xərci Gənclər Fondu tərəfindən qarşılanacaq. Təhsil xərci qarşılananlar arasında Mingəçevir Dövlət Universitetinin (MDU) 23 tələbəsi də yer alıb. Müsabiqə Azərbaycan Respublikasının […]

MDU-da karyera təlimi: İş axtarışı və rezüme

2022-ci ilin 20 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə tələbələr üçün “İş axtarışı və rezüme” mövzusunda təlim keçirilib. Karyera və İnkişaf Mərkəzinin əməkdaşı Razim Qurbanov təqdimatla çıxış edərək iş axtarma prosesi və mərhələləri barədə danışıb, düzgün CV və rezüme tərtib etməyin qaydalarından bəhs edib, tələbələrə praktiki tapşırıqlar verib […]

MDU-da təlimlər: Özünü kəşf et və məqsədlər

2022-ci ilin 15 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə tələbələr üçün karyera inkişafı ilə bağlı təlimlər keçirilib. “Sənayenin təşkili və idarəetmə” kafedrasının müəllimi Babək Hüsüyev “Özünü kəşf et”, “Fizika və ekologiya” kafedrasının müəllimi Şəbnəm İslamova isə “Məqsədlər” mövzusunda təqdimatlarla çıxış edərək  özünü tanımaq və özünü inkişaf, hədəf və […]

MDU-da autizmlə bağlı maarifləndirici tədbir keçirilib

2022-ci ilin 15 dekabr tarixində “Birgə və Sağlam” İctimai Birliyinin (BSİB) nümayəndə heyəti Mingəçevir Dövlət Universitetinin (MDU) qonağı olub. BSİB-in həmtəsisçisi Həzi Eynalov, koordinatoru, klinik psixoloq Milana Həsənova və terapiya üzrə supervayzeri, hüquq psixoloqu Aynur Qəribovanın təmsil olunduqları heyət, əvvəlcə, MDU-nun rektoru Şahin Bayramov ilə görüşüb. Görüşdə cari ilin noyabr ayında MDU və BSİB arasında […]