Browsing category

MDU

MDU-da “Beynəlxalq Ana dili Günü” qeyd olunub

2023-cü ilin fevralın 21-də Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev İli” çərçivəsində “Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş tədbir keçirilib. MDU-nun Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkil etdiyi tədbirdə universitetin bir qrup gənc əməkdaşı, tələbə və magistrantlar iştirak ediblər. Tədbirdə giriş sözü ilə çıxış edən KİM-in mütəxəssisi İlhamə Məmmədova “Beynəlxalq Ana Dili Günü” münasibətilə iştirakçıları […]

MDU-da elmi-praktik seminar: Biomüxtəlifliyin qorunmasının əsas perspektivləri

2023-cü il fevralın 20-də Mingəçevir Dövlət Universitetində (MDU) Mühəndislik fakültəsinin Fizika və ekologiya kafedrasının nəzdində fəaliyyət göstərən “Ekologiya” dərnəyinin təşkilatçılığı ilə “Biomüxtəlifliyin qorunmasının əsas perspektivləri” mövzusunda elmi-praktik seminar keçirilib. Seminarda fakültənin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantları iştirak ediblər. Seminarın açılışında çıxış edən Mühəndislik fakültəsinin dekanı Almaz Əliyeva və Elm və […]

MDU-da “İslam maliyyə sistemi və alətləri” kitabının təqdimatı keçirilib

2023-cü ilin fevralın 16-da Mingəçevir Dövlət Universitetində (MDU) “İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyinin yeni nəşri olan “İslam maliyyə sistemi və alətləri” kitabının təqdimatı keçirilib. Kitabın müəllifi, İctimai Birliyin sədri, iqtisadçı Ruslan Atakişiyevin iştirakı ilə keçirilən təqdimata universitetin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantları qatılıblar. Tədbirin açılışında çıxış edən MDU-nun elmi işlər […]

MDU tələbələri pedaqoji və istehsalat təcrübəsinə başlayırlar

2023-cü il fevralın 15-də Mingəçevir Dövlət Universitetində (MDU) Təhsil, Mühəndislik, İqtisadiyyat və idarəetmə fakültələrinin pedaqoji və istehsalat təcrübəsinə göndərilən sonuncu kurs tələbələri ilə görüşlər keçirilib. Universitetin akademik və inzibati heyət üzvlərinin, o cümlədən təcrübə rəhbərlərinin də iştirak etdikləri görüşlərdə istehsalat təcrübəsinin ali təhsildə önəmi və yaratdığı fürsətlər vurğulanıb. Təcrübənin təşkili və keçirilməsi ilə bağlı bütün […]

MDU Mingəçevir məktəblilərinin “Sabahın alimləri” XII Respublika müsabiqəsində iştirakını dəstəkləyir

2023-cü ilin fevralın 10-da Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin və digər müvafiq qurumların təşkilatçılıq etdiyi “Sabahın alimləri” XII Respublika Müsabiqəsində iştirak edəcək Mingəçevir məktəbliləri ilə görüş keçirilib. MDU və Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhəri üzrə Təhsil sektorunun birgə təşəbbüsü əsasında baş tutan görüşdə universitetin və şəhər orta məktəblərinin […]

MDU-nun Türkiyəli müəllimi qardaş dəstəyini yüksək qiymətləndirib

2023-cü il fevralın 9-da Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov bu ali təhsil müəssisəsində fəaliyyət göstərən Türkiyənin Qazi Universitetinin alimi Sinan Toklu ilə görüşüb. Görüşdə qardaş ölkədə baş vermiş zəlzələnin hər birimizi dərindən sarsıtdığını bildirən Ş.Bayramov faciəvi şəkildə dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyib və dağıntılar altında qalan insanların sağ-salamat xilas olmasını arzulayıb. […]

Qardaş Türkiyəyə dəstək ölkənin təhsil ictimaiyyətinin də diqqət mərkəzindədir

2023-cü ilin fevralın 9-da Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov bu ali təhsil müəssisəsində cari təşkilati məsələlərin səmərəli icrası məqsədilə inzibati heyəti üzvləri ilə iclas keçirib. İclasda rektor Ş.Bayramov son günlərdə Türkiyədə baş verən dəhşətli zəlzələlərin hər kəsdə dərin kədər hissi doğurduğunu bildirib, həlak olanlara Allahdan rəhmət, yaralılara isə şəfa diləyib. Tarixi Zəfərin qazanılması […]

Gənclərin karyera və şəxsi inkişafı ilə bağlı görüş keçirilib

2023-cü ilin fevralın 8-də Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzində (KİM) Dövlət Məşğulluq Agentliyinin (DMA) Mərkəzi Karyera filialının müdiri, peşəkar təlimçi Toğrul Ələkbərov ilə görüş keçirilib. Sual-cavab formatında təşkil edilən görüşdə MDU-nun bir qrup gənc əməkdaşı, tələbə və magistrantları iştirak ediblər. Görüşdə şəxsi inkişaf, karyera quruculuğu, əmək bazarı, təlim, təcrübə və məşğulluq imkanları, […]

MDU “IT Hub Azerbaijan” layihəsində təmsil olunacaq

2023-cü il fevralın 7-də Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və “StrategEast” müəssisəsinin birgə əməkdaşlığı ilə “IT Hub Azerbaijan” layihəsinə start verilib. Müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, elm və təhsil müəssisələrinin nümayəndələrinin təmsil olunduğu layihənin açılış tədbirində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov da […]

MDU tələbəsi “Heydər Əliyev və gəncliyimiz” adlı esse müsabiqəsində fərqlənib

Mingəçevir Dövlət Universitetinin (MDU) tələbəsi Tahirə Mustafayeva Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Heydər Əliyev İli” çərçivəsində ali təhsil müəssisələrinin filologiya və jurnalistika fakültələrinin tələbələri arasında elan etdiyi “Heydər Əliyev və gəncliyimiz” adlı esse müsabiqəsində fərqlənərək fəxri fərmana layiq görülüb. Müsabiqədə seçim təqdim edilmiş 49 esse arasında aparılıb. 2023-cü ilin fevralın 3-də Monitorinq […]