Browsing category

MDU

Mingəçevir Dövlət Universitetinin tələbəsi Namiq Qədimli Beynəlxalq Maliyyə Sertifikatı qazanıb

Mingəçevir Dövlət Universitetinin Maliyyə ixtisası üzrə M22 qrup tələbəsi Namiq Qədimli 29 iyun 2024-cü ildə başladığı “Honours Academy”nin “Financial Accounting” (F3) təlimini 29 sentyabr 2024-cü ildə uğurla tamamlayaraq 8 bal nəticə ilə sertifikat əldə edib. Daha sonra o, 6 mart 2025-ci ildə ACCA-nın “Financial Accounting” (F3) beynəlxalq kursunda iştirak edərək 50% nəticə göstərmiş və beynəlxalq […]

Mingəçevir Dövlət Universitetində “Uşaq şəxsiyyətinin formalaşmasında qrupların rolu” mövzusunda təlim keçirilib

11 mart 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Konstitusiya və Suverenlik ili” çərçivəsində Psixoloji xidmət mərkəzi ilə Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin birgə təşkilatçılığı ilə “Uşaq şəxsiyyətinin formalaşmasında qrupların rolu” mövzusunda təlim keçirilib. Təlimdə Pedaqogika və psixologiya kafedrasının müəllimi Nərgiz Niftəliyeva moderatorluq edərək, uşaqların şəxsiyyətinin inkişafında sosial qrupların və kiçik sosial qrup olaraq […]

Mingəçevir Dövlət Universitetinin əməkdaşları Ucar rayonunda abituriyentlərlə görüşüb

12 mart 2025-ci il tarixdə Mingəçevir Dövlət Universiteti (MDU)  ilə Mərkəzi Aran Regional Təhsil İdarəsi  (MARTİ) arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Mexanika kafedrasının müdiri, dosent mahir İsmayılov, riyaziyyat kafedrasının müdiri, r.f.d., Rövşən Babayev, Humanitar kafedrasının baş müəllimləri, f.f.d.. Günel Yunusova və f.f.d., Səadət Ağakişiyeva Ucar şəhəri 4 nömrəli orta məktəbin akt zalında abituriyentlərlə təbliğat və […]

Humanitar fənlər kafedrasının müvafiq “Tarix müəllimliyi” və “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” buraxılış ixtisas qrupları üzrə pedaqoji təcrübəsi uğurla davam edir

17 fevral 2025-ci il tarixindən başlanan pedaqoji təcrübə Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının müvafiq “Tarix müəllimliyi” və “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” buraxılış ixtisas qrupları üzrə uğurla davam edir. Təcrübə prosesində tələbələr təkcə fənlər haqqında biliklərini deyil, həmçinin pedaqoji priyom və ptaktik ünsiyyət bacarıqlarını nümayiş etdirir, möhkəmləndirirlər. Təcrübənin səmərəliliyini təmin etmək üçün tədris prosesində […]

Mingəçevir Dövlət Universiteti Ağsu rayonunda abituriyentlərlə görüş təşkil edib

7 mart 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasının müdiri, professor Fərəh Cəlil, dosent Sahib Məmmədov və kafedranın müəllimi Verdiyeva Ülviyyə Ağsu rayon məktəblərində təbliğat və təşviqat işlərinin gücləndirilməsi məqsədilə abituriyentlərlə görüş keçirib. Görüşün əsas məqsədi abituriyentlərə universitetin təklif etdiyi təhsil imkanları və universitet həyatı barədə məlumat vermək olub. Tədbirdə universitetin tədris […]

Mingəçevir şəhərində inklüziv təhsilin inkişafı mövzusunda görüş keçirilib

Mingəçevir Dövlət Univeristetinin Pedaqogika və psixologiya kafedrası və Mingəçevir şəhər 6 N-li məktəbin birgə təşkilatçılığı ilə “İnklüziv təhsilin inkişafı: qeydlər və müzakirələr” adlı görüş uğurla baş tutub. Görüşdə Pedaqogika və psixologiya kafedrasının müdiri professor Fərəh Cəlil və 6 N-li məktəbin direktoru Qarayeva Xurşud iştirak edib. Tədbirdə məktəbin inklüziv təhsilə cəlb edilmiş şagirdlərlə işləyən köməkçi müəllimlər […]

Turizm Könüllüləri Təşkilatı Mingəçevir Dövlət Universitetində təqdimat keçirib

5 mart 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində Turizm Könüllüləri Təşkilatı (TKT) tərəfindən təqdimat keçirilib. Tədbirdə Turizm Könüllüləri İctimai Birliyinin direktoru Nurlana Paşayeva çıxış edərək, gəncləri turizmin dayanıqlı inkişafına dəstək verməyə çağırıb. Nurlana Paşayeva təşkilatın məqsəd və fəaliyyət istiqamətləri barədə məlumat verərək, turizm sahəsində peşəkar mütəxəssislərin yetişdirilməsi və vətəndaş cəmiyyətinin formalaşdırılması yönündəki fəaliyyətlərini vurğulayıb. TKT-nin […]

Təbiət özü ahəng və gözəllik prinsipləri ilə qurulubsa, onu öyrənən elm də bu prinsiplərə sadiq qalmalıdır

Mingəçevir Dövlət Universitetinin “Dayanıqlı inkişaf və regional innovasiyalar tədqiqat mərkəzi” rəhbəri dos. Asim Şəfayət oğlu  Məmmədov ilə müsahibə: Sual 1. “Dayanıqlı inkişaf və regional innovasiyalar tədqiqat mərkəzi” nə vaxtdan fəaliyyət göstərir və onun yaradılmasının qayəsi haqqında qısa məlumat verə bilərsiniz? Cavab: “Dayanıqlı inkişaf və regional innovasiyalar tədqiqat mərkəzi” Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının 23.12.2021-ci il tarixli, […]

Mingəçevir Dövlət Universitetinin (MDU) təbliğat-təşviqat qrupu Goranboy və Naftalan rayonları üzrə təhsil sektorunda fəaliyyətini davam etdirib

6 mat 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) təbliğat-təşviqat qrupu Goranboy və Naftalan rayonları üzrə təhsil sektorunda fəaliyyətini davam etdirib. Tədbir çərçivəsində sektorun müdir əvəzi Əli Cəfərov ilə bir araya gəlinib və MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalovun salamları şagirdlərə çatdırılıb. Görüşlərdə məqsəd MDU haqqında geniş məlumat verərək, məktəbliləri universitetdə təhsil almaq […]

Mingəçevir Dövlət Universitetində İqtisadi Tədqiqatlar Mərkəzinin növbəti iclası keçirilib

3 mart 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) İqtisadi Tədqiqatlar Mərkəzinin növbəti iclası baş tutub. İclas mərkəzin rəhbəri, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Məmmədli Vüqar Əhməd oğlunun rəhbərliyi ilə keçirilib. Tədbirdə universitetin Elmi işlər üzrə prorektoru, Elm və innovasiyalar şöbəsinin müdiri, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, kafedra müdirləri və şura üzvləri iştirak ediblər. […]