Browsing category

MDU

MDU-da dəyirmi masa: “Zərifə xanım Əliyeva: ürəklərdə əbədiləşən nurlu xatirə”

2023-cü il aprelin 28-də Mingəçevir Dövlət Universitetinin (MDU) Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunan “Zərifə xanım Əliyeva: ürəklərdə əbədiləşən nurlu xatirə” mövzusunda dəyirmi masa keçirilib. Kafedra müdiri, dosent Esmira Cəfərovanın moderatorluğu ilə keçirilən dəyirmi masada universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar […]

MDU-da icbari tibbi sığorta barədə maarifləndirici tədbir keçirilib

2023-cü lin aprelin 27-də Mingəçevir Dövlət Universitetində (MDU) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mingəçevir şəhər filialının təşkilatçılığı ilə “İcbari tibbi sığortadan necə istifadə edə bilərəm?” mövzusunda maarifləndirici tədbir keçirilib. MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayevin moderatorluğu ilə keçirilən tədbirdə universitetin akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak ediblər. Filialın rəhbəri […]

Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunan mühazirə keçirilib

2023-cü il aprelin 28-də Mingəçevir Dövlət Universitetinin (MDU) Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə “Zərifə Əliyeva: ziyalılıq və xeyirxahlıq nümunəsi” mövzusunda mühazirə keçirilib. Mühazirədə universitetin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak ediblər. Əvvəlcə, akademik Zərifə Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla […]

Mingəçevir Dövlət Universitetinin tərəfdaşı olduğu növbəti Erasmus+ layihəsinə start verilib

2023-cü ilin aprelin 25-də Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşı olduğu “Virtual Gənclər Biznes Habları Beynəlxalq Şəbəkəsi” (Virtual Youth Business Hubs International Network – VEHUB4YOU) adlı Erasmus+ qrant layihəsinin açılış mərasimi keçirilib. Açılış mərasimində Kiyev Milli Texnologiyalar və Dizayn Universitetinin (Ukrayna) rektoru İvan Qrişenko, MDU-nun rektoru Şahin Bayramov, RISEBA Tətbiqi Elmlər Universitetinin (Latviya) prorektoru Nellija Titova, […]

Mingəçevir Dövlət Universiteti Mərkəzi Aran Regional Təhsil İdarəsi ilə əməkdaşlığını inkişaf etdirir

Aprelin 20-də Mingəçevir Dövlət Universiteti (MDU) ilə Mərkəzi Aran Regional Təhsil İdarəsi (RTİ) arasında 2023-cü il üzrə birgə Tədbirlər Planı imzalanıb. İmzalanma mərasimində MDU-nun rektoru Şahin Bayramov və Mərkəzi Aran RTİ-nin müdiri Elçin Kərimov iştirak edib. Bildirilib ki, hazırda müasirləşməkdə olan MDU-nun Mingəçevir şəhərinin və ətraf regionun hərtərəfli inkişafında rolunun artırılması əsas prioritetlərdəndir. Bu kontekstdə, […]

“Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda elmi-praktik konfrans keçirilib

2023-cü ilin aprelin 20-də Mingəçevir Dövlət Universiteti (MDU), Mərkəzi Aran Regional Təhsil İdarəsi (RTİ) və Yevlax Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda elmi-praktik konfrans keçirilib. Mərkəzi Aran RTİ-nin evsahibliyi etdiyi konfrans “Heydər Əliyev İli” çərçivəsində baş tutub. Konfransda Mərkəzi Aran RTİ-nin müdiri Elçin Kərimov, MDU-nun rektoru Şahin Bayramov, […]

Mingəçevirdə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda konfrans keçirilib

2023-cü il aprelin 19-da Mingəçevir şəhər İcra Hakimiyyəti və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfransdan əvvəl, iştirakçılar Heydər Əliyev Mərkəzi önündə ucaldılmış Ulu Öndərin abidəsi qarşısına gül dəstələri qoyaraq ehtiramlarını ifadə edib və Ümummilli Liderin anadan olmasının 100 […]

MDU-da kitab təqdimatı: “Mən Vətənəm”

2023-cü il aprelin 18-də Mingəçevir Dövlət Universitetində (MDU) Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dəstək Agentliyinin (QHTDA) dəstəyi ilə həyata keçirilən “Cəbhədən cəmiyyətə” müharibə iştirakçısı yazarlarla səngər yoldaşlarının görüşləri layihəsi çərçivəsində “Mən Vətənəm” kitabının təqdimat mərasimi keçirilib. Təqdimatda universitetin bir qrup akademik və inzibati heyət üzvü, tələbələr və magistrantlar iştirak […]

“Turizm Könüllüləri” Təşkilatı MDU-da məlumatlandırıcı görüş keçirib

2023-cü il aprelin 13-də Dövlət Turizm Agentliyinin təşəbbüsü əsasında yaradılan “Turizm Könüllüləri” Təşkilatı İctimai Birliyinin nümayəndələri ilə Mingəçevir Dövlət Universitetində (MDU) görüş keçirilib. Görüşdə MDU-nun İqtisadiyyat kafedrasının professor-müəllim heyəti və turizm ixtisasları üzrə təhsil alan tələbələri iştirak edib. Könüllülük fəaliyyətlərinin gənclərin şəxsi inkişafındakı əhəmiyyətli rolundan bəhs edən MDU-nun elmi işlər üzrə prorektor əvəzi Veysəl Əyyubov bildirib […]

MDU aliminin Nizami Gəncəviyə həsr olunmuş kitabının təqdimatı keçirilib

2023-cü il aprelin 13-də Mingəçevir Dövlət Universitetində (MDU) “Nizami poemalarının ingilis dilinə tərcümələri” kitabının təqdimatı keçirilib. MDU-nun Xarici dillər kafedrasının dosenti Mayıl İsmayılovun müəllifi olduğu kitabın təqdimatında universitetin bir qrup professor-müəllim heyəti üzvü, tələbələr və magistrantlar iştirak ediblər. Tədbirin açılışında MDU-nun rektoru Şahin Bayramov çıxış edərək kitabın dahi Azərbaycan şairi Nizami Gəncəvinin zəngin mədəni irsinin […]