Browsing category

MDU

MDU-da mühazirə: “Heydər Əliyev: Əbədiyaşar lider, müstəqil Azərbaycan dövlətinin qurucusu və yaradıcısı”

2023-cü il mayın 8-də Mingəçevir Dövlət Universitetində (MDU) ˝Heydər Əliyev İli˝ çərçivəsində “Heydər Əliyev: əbədiyaşar lider, müstəqil Azərbaycan dövlətinin qurucusu və yaradıcısı” mövzusunda mühazirə keçirilib. MDU-nun Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə keçirilən mühazirədə universitetin bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantlar iştirak edib. Mühazirədə giriş sözü ilə çıxış edən MDU-nun Humanitar fənlər kafedrasının müdiri, […]

MDU ilə Lüksemburq Universiteti arasında əməkdaşlıq inkişaf edir

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov bu ali təhsil müəssisəsinin tərəfdaşlıq etdiyi Lüksemburq Universitetində olub. Ziyarət zamanı rektor Ş.Bayramov Lüksemburq Universitetinin tədris işləri üzrə prorektoru Catherine Léglu ilə görüşüb. Görüşdə iki universitet arasında əməkdaşlığın potensial inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb və perspektiv birgə fəaliyyətlərlə bağlı müvafiq təkliflər diqqətə çatdırılıb. Sonra Ş.Bayramov beynəlxalq əlaqələr […]

Mingəçevir Dövlət Universitetində tələbələrin əl işlərindən ibarət sərgi keçirilib

2023-cü il mayın 5-də Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev İli” çərçivəsində tələbələrin əl işlərindən ibarət sərgi keçirilib. Universitetin həyətində keçirilən sərgidə MDU-nun akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər. Sərgiyə baxış keçirən MDU-nun rektoru Şahin Bayramov tələbələrin əl işləri ilə yaxından tanış olub.Tələbələr hazırladıqları əl işləri və çəkdikləri rəsmlər haqqında ətraflı […]

MDU Elmi Şurasının növbəti iclası keçirilib

2023-cü il mayın 2-də Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib. İclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb. İclasda MDU-nun Təhsil fakültəsinin fəaliyyəti, dövlət imtahanı və magistr dissertasiyalarının müdafiəsinə hazırlığın vəziyyəti, universitetdə elm və innovasiya fəaliyyəti haqqında hesabatlar dinlənilib. Təqdim edilən hesabatlar üzrə müzakirələr aparıldıqdan sonra müvafiq […]

MDU Rumıniyada beynəlxalq həftədə təmsil olunub

2023-cü ilin 24-28 aprel tarixlərində Mingəçevir Dövlət Universiteti (MDU) Rumıniyanın Transilvania Braşov Universitetində keçirilən “Ali təhsildə və Erasmus+ mobilliklərində rəqəmsal texnologiyaların və onlayn tədrisin inteqrasiyası” adlı beynəlxalq həftədə təmsil olunub. Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Erasmus+ layihəsi çərçivəsində təşkil olunan və dünyanın fərqli ölkələrinin universitetlərindən 75 akademik və inzibati heyət üzvünün qatıldığı beynəlxalq həftədə MDU-dan bu […]

MDU-da “Tusi (2C)” inkubasiya proqramı çərçivəsində təlimlər keçirilir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi”nin təşəbbüsü ilə həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində mentorluq proqramında iştirak etmiş Mingəçevir Dövlət Universitetinin (MDU) əməkdaşları 2-ci “Tusi (2C)” inkubasiya proqramı çərçivəsində təlimlərə başlayıblar. İnnovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf […]

MDU-da “İKT-də Qızlar” beynəlxalq gününə həsr olunan dəyirmi masa keçirilib

2023-cü il aprelin 28-də Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “İKT-də Qızlar” beynəlxalq gününə həsr olunan dəyirmi masa keçirilib. Dəyirmi masada MDU-nun bir qrup əməkdaşı, tələbə və magistrantları iştirak edib. Tədbirdə giriş sözü ilə çıxış edən KİM-in mütəxəssisi İlhamə Məmmədova qeyd edib ki, hər il aprelin dördüncü həftəsinin dördüncü gününün […]

MDU komandası voleybol üzrə şəhər çempionatının qalibi olub

2023-cü ilin 27-28 aprel tarixlərində Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə voleybol üzrə qızlar arasında şəhər çempionatı keçirilib. ˝Heydər Əliyev İli˝ çərçivəsində keçirilən idman yarışı şəhərdə idmanın təbliği və kütləviləşdirilməsi, gənclərin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təmin edilməsi işinə töhfə məqsədi daşıyıb. Çempionatda MDU, Mingəçevir […]

Mingəçevir Dövlət Universiteti Çində beynəlxalq forumda təmsil olunub

2023-cü ilin aprelin 26-da Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Kəmər və Yol Universitetləri Alyansının (University Alliance of the Belt and Road – UAB&R) Forumunda iştirak edib. Çin Xalq Respublikasının Lanzhou Universiteti (Lanzhou University) və Qansu Əyalətinin Təhsil Departamentinin birgə təşkilatçılığı ilə keçirilən Foruma 14 ölkədən 60-a yaxın ali təhsil müəssisəsinin rəhbərləri qatılıb. Forumda […]

Mingəçevir Dövlət Universiteti Ukraynada beynəlxalq konfransda təmsil olunub

2023-cü ilin aprelin 25-də Kiyev Milli Texnologiyalar və Dizayn Universitetinin (KNUTD) evsahibliyi ilə “Qlobal Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi kontekstində iqtisadi artımın imperativləri” mövzusunda IV Beynəlxalq elmi-praktik konfrans keçirilib. Beynəlxalq konfransa Ukraynadan Təhsil və Elm Nazirliyi, KNUTD, Erasmus+ proqramının Milli Ofisi, Sosial və İqtisadi Təşəbbüslər İnstitutu, Kiyev Təhsil, Təlim və Gənclər Mərkəzi, Azərbaycandan Mingəçevir Dövlət […]