Browsing category

MDU

Ankarada elmi konfrans: “Heydər Əliyev və Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı”

2023-cü ilin iyunun 19-da Ankarada Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi, Türkiyənin Qazi Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı” mövzusunda elmi konfrans keçirilib. Qazi Universiteti rektorluğunun Mimar Kemaleddin Salonunda baş tutan konfransda Səfirliyin nümayəndələri, hər iki ali təhsil müəssisəsinin akademik və inzibati heyət üzvləri, […]

Yevlax məktəbində seminar: “Riyaziyyat fənninin tədrisində innovativ təlim metodlarından istifadə”

Mərkəzi Aran Regional Təhsil idarəsi (RTİ) və Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Riyaziyyat fənninin tədrisində innovativ təlim metodlarından istifadə” mövzusunda seminar keçirilib. Yevlax rayon 1 nömrəli tam orta məktəbin ev sahibliyi ilə keçirilən seminarda həmin rayonun təhsil sektorunun nümayəndələri, ümumi təhsil müəssisələrinin müəllimləri, şagirdləri və MDU-nun professor-müəllim heyəti üzvləri iştirak […]

MDU-da növbəti “Açıq qapı” günü keçirilib

2023-cü il iyunun 14-də Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin yaz semestrinin imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib. Hibrid formada təşkil edilmiş “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov tələbə, magistrant və onların valideynləri ilə görüşüb. Təşkil edilmiş görüşdə universitetin inzibati heyət üzvləri də iştirak ediblər. Görüş iştirakçılarını salamlayan rektor hazırda üçüncü […]

Mingəçevir Dövlət Universitetində Milli Qurtuluş Günü qeyd edilib

2023-cü il iyunun 14-də Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev İli” çərçivəsində 15 iyun – Milli Qurtuluş Gününə həsr edilən “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda elmi konfrans keçirilib. Konfransda MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak ediblər. Əvvəlcə, ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir […]

MDU-da mühazirə: “Azərbaycan tarixində Heydər Əliyev zirvəsi”

2023-cü il iyunun 13-də Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev İli” çərçivəsində 15 iyun – Milli Qurtuluş Gününə həsr edilmiş “Azərbaycan tarixində Heydər Əliyev zirvəsi” mövzusunda mühazirə keçirilib. MDU-nun Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə keçirilən mühazirədə universitetin bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantlar iştirak edib. Mühazirədə giriş sözü ilə çıxış edən Humanitar fənlər […]

MDU-da dəyirmi masa: “Heydər Əliyev və müasir Azərbaycan”

2023-cü il iyunun 12-də Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev İli” çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda dəyirmi masa keçirilib. MDU-nun Humanitar fənlər kafedrasının təşkilatçılıq etdiyi dəyirmi masada universitetin bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantlar iştirak ediblər. Əvvəlcə, ümummilli lider Heydər Əliyevin və qəhrəman […]

MDU-da elmi-praktik seminar: “İnsan hüquqlarının dövlət təminatı”

Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” və “İnsan hüquqları aylığı” çərçivəsində “İnsan hüquqlarının dövlət təminatı” mövzusunda elmi-praktik seminar keçirilib. Seminarda MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak edib. Seminarda MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev giriş sözü ilə çıxış edib. Bildirib […]

MDU-da valideynlər imtahan prosesini müşahidə ediblər

2023-cü il iyunun 12-də Mingəçevir Dövlət Universitetində (MDU) bir qrup valideyni cari tədris ilinin yaz semestrinin imtahan sessiyasını müşahidə ediblər. MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsində struktur bölmə rəhbərlərinin və inzibati heyət üzvlərinin müşayiəti ilə imtahanları izləyən valideynlərə imtahanların gedişi və bu günədək olan nəticələr, imtahanların keçirilməsi və biliyin qiymətləndirilməsi qaydaları, yarana biləcək problemlərin operativ şəkildə aradan […]

MDU-da seminar: “Dövlət qulluğunun əsas üstünlükləri”

Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “Dövlət qulluğunun əsas üstünlükləri” mövzusunda seminar keçirilib. Qarabağ Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyət sektorunun aparıcı mütəxəssisi Adil Məmmədli və “Compstudy” Tədris Mərkəzinin təlimçisi Elçin Mirzəyevin təqdimatında keçirilən seminarda MDU-nun bir qrup tələbə və magistrantı iştirak edib. Seminarda müvafiq qanunvericiliyə əsasən dövlət qulluğu ilə bağlı […]

Mingəçevir Dövlət Universiteti İspaniyada beynəlxalq həftədə təmsil olunub

2023-cü ilin 29 may – 2 iyun tarixlərində İspaniyanın Valladolid Universitetində Avropa İttifaqının Erasmus+ proqramı çərçivəsində təşkil olunan beynəlxalq həftədə Mingəçevir Dövlət Universiteti (MDU) də təmsil olunub. Beynəlxalq həftə çərçivəsində beynəlmiləlləşmə və Erasmus layihəsi ilə bağlı müxtəlif mövzularda seminarlar, dəyirmi masalar, görüşlər və təqdimatlar keçirilib, sosial, mədəni fəaliyyətlər və kampusa ekskursiya təşkil olunub. Dünyanın 16 […]