Mingəçevir Dövlət Universitetinin rəhbər və akademik heyətindən bir qrup əməkdaş Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun anım günündə iştirak edib
Azərbaycanın Milli Qəhrəmanı Natiq Səlim oğlu Qasımov 02 yanvar 1971-ci ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. Sonralar ailəsi Mingəçevir şəhərinə köçüb. 1992-ci ilin müharibəsində Natiq könüllü olaraq cəbhəyə yollanıb. Düşmənə qarşı, torpaqlarımızın azadlığı üçün döyüşüb.Son döyüş yeri Ağdam rayonunun Xramort kəndi yaxınlığında olan qədim Alban kilsəsi olub. Natiqin qəhrəmanlığı, bayrağımızı qoruması, düşmən qarşısında […]