Browsing category

MDU

“Regionlarıda ictimai iştirakçılığın təmin olunması və ictimai nəzarətin gücləndirilməsi” layihəsi çərçivəsində tədbir

30 avqust 2023-cü il tarixdə Mingəçevir Gənclər Evində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin (TİKA) Bakı Qeyri-Hökumət Təşkilatı Respublika Təlim Mərkəzinin (BQRTM) birgə dəstəyi ilə “Regionlarıda ictimai iştirakçılığın təmin olunması və ictimai nəzarətin gücləndirilməsi” layihəsi çərçivəsində tədbir keçirilib. Şəhər ictimaiyyətinin, Mingəçevir Dövlət Universitetinin, Mingəçevir Tibb Kollecinin, Mingəçevir Turizm Kollecinin ictimai şura üzvləri, mətbuat işçilərinin, […]

MDU-da dəyirmi masa: Heydər Əliyev və Azərbaycan dili

Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev ili çərçivəsində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak edib. Dəyirmi masada giriş sözü ilə çıxış edən MDU-nun Təhsil fakültəsinin dekanı, dosent Nizami Zeynalov ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı üçün […]

Əziz abituriyentlər və subbakalavrlar! Hörmətli valideynlər!

Əziz abituriyentlər və subbakalavrlar! Hörmətli valideynlər! Mingəçevir Dövlət Universitetinin (MDU) əsas tədris binasında Abituriyent Məsləhət Mərkəzi fəaliyyət göstərir. Universitetimizin təcrübəli əməkdaşları Sizi maraqlandıran məsələlər (müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan amillər, ixtisasların məzmunu, təhsil haqqı, Təhsil Tələbə Kredit Fondu tərəfindən təqdim olunan imkanlar və s.) barədə məsləhətlər verirlər. Gənc əməkdaşlarımız ixtisas seçimi üzrə […]

MDU-da 2022/2023-cü tədris ilinin yekunları ilə bağlı ictimaiyyətə hesabat verilib

2023-cü il iyulun 21-də Mingəçevir Dövlət Universitetində (MDU) 2022/2023-cü tədris ilinin yekunları ilə bağlı ictimaiyyətə geniş hesabat təqdim edilib. Hesabat tədbirində MDU İctimai Nəzarət Şurasının üzvləri, Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəhbərliyi, orta məktəb direktorları, universitetin tərəfdaşlıq etdiyi dövlət və özəl qurumların rəhbər şəxsləri, gənclər təşkilatları və QHT-lərin nümayəndələri, media işçiləri və Mingəçevir şəhər ictimaiyyətinin […]

Azərbaycan Maarifçilər Assosiasiyasının bir qrup üzvü Mingəçevir Dövlət Universitetində olub

2023-cü ilin iyulun 20-də “Mingəçevir Təhsil Səfəri” proqramı çərçivəsində Mingəçevir Dövlət Universitetini (MDU) ziyarət edən Azərbaycan Maarifçilər Assosiasiyasının (AMA) bir qrup üzvündən ibarət nümayəndə heyəti ilə görüş keçirilib. Nümayəndə heyətinin tərkibində təhsilin bütün pillələrini əhatə edən peşəkar müəllimlər və inzibati heyət üzvləri təmsil olunub. Görüşdə çıxış edən AMA-nın sədri Tofiq Sadıxov təmsil etdiyi qurumun fəaliyyəti […]

Daha bir MDU tələbəsi “Erasmus+” mübadilə proqramı çərçivəsində təhsilini uğurla başa vurub

Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin tələbəsi Nahid Məmmədli “Erasmus+” mübadilə proqramı çərçivəsində İspaniya Krallığının Valladolid Universitetində cari tədris ilinin yaz semestrini uğurla başa vurub. Bu münasibətlə, 2023-cü ilin iyulun 18-də MDU-nun rektoru Şahin Bayramov N.Məmmədli ilə görüşüb. Görüşdə beynəlxalq mübadilə proqramlarında iştirakın üstünlüklərindən bəhs edən rektor Ş.Bayramov Avropada tədris müddətini müvəffəqiyyətlə başa çatdıran N.Məmmədlini […]

Ümummilli Liderə həsr olunan müsabiqə-festivalda təmsil olunan MDU tələbələri ilə görüş keçirilib

Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) birgə qərarı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan bədii yaradıcılıq müsabiqə-festivalında təmsil olunan Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri ilə görüş keçirilib. Görüşdə Ulu Öndərə həsr olunan mötəbər festivalda universiteti […]

MDU-da dəyirmi masa: “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün”

Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev İli” çərçivəsində “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilib. Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən tədbirdə universitetin bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantlar iştirak ediblər. Əvvəlcə, Ümummilli Liderimizin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik […]

Ağdaşda Ümummilli Liderə həsr olunan elmi seminar keçirilib

2023-cü ilin iyulun 7-də “Heydər Əliyev İli” çərçivəsində Mingəçevir Dövlət Universiteti (MDU) ilə Mərkəzi Aran Regional Təhsil İdarəsi (RTİ) arasında imzalanmış Tədbirlər Planına uyğun olaraq Ağdaş şəhər M.Şeyxzadə adına İnternat tipli Texniki, Humanitar və Təbiət fənləri təmayüllü Gimzaniyada “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri” mövzusunda elmi seminar keçirilib. Tədbirdə  Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru […]

Türkiyədə dokorantura təhsili alan MDU əməkdaşları ilə görüş keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov bu ali təhsil müəssisəsinin hazırda Türkiyənin Qazi Universiteti və Hacı Bayram Veli Universitetində doktorantura təhsili alan 2 əməkdaşı – Nailə Allahyarova və Aytən Nadirova ilə görüşüb. Gənc əməkdaşların doktorantura təhsilinin gedişatı, dissertasiya mövzuları və elmi tədqiqatlarının ilkin nəticələri ilə maraqlanan Ş.Bayramov onlara uğurlar arzulayıb, hər iki əməkdaşın MDU-ya […]