Browsing category

MDU

Mingəçevir Dövlət Universitetində Anım Günü qeyd edilib

2023-cü ilin sentyabrın 27-də Mingəçevir Dövlət Universiteti (MDU) və Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Anım Gününə həsr olunan “Şəhidlərimizi qürur və ehtiramla anırıq” mövzusunda konfrans keçirilib. Konfransda şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, YAP fəalları, MDU-nun professor-müəllim və tələbə heyəti üzvləri iştirak ediblər. Əvvəlcə, Mingəçevir Şəhidlər […]

Ucarda “Heydər Əliyev İli” çərçivəsində elmi seminar keçirilib

2023-cü ilin sentyabrın 25-də “Heydər Əliyev İli” çərçivəsində Mingəçevir Dövlət Universiteti (MDU) ilə Mərkəzi Aran Regional Təhsil İdarəsi (RTİ) arasında imzalanmış Tədbirlər Planına uyğun olaraq Ucar rayonunda “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri” mövzusunda elmi seminar keçirilib. Heydər Əliyev Fondu tərəfindən tikilmiş Ucar rayonu Rəstəcə kənd tam orta məktəbində baş tutan tədbirdə  MDU-nun rektoru Şahin […]

“Nümunəvi məktəb” modeli üçün meyarların hazırlanması məqsədilə görüş keçirilib

2023-cü sentyabrın 23-də Mərkəzi Aran Regional Təhsil İdarəsi (Mərkəzi Aran RTİ) ilə Mingəçevir Dövlət Universitetinin (MDU) əməkdaşlığı çərçivəsində “Nümunəvi məktəb” layihəsinin hazırlanması və tətbiqi ilə bağlı ilkin görüş keçirilib. Görüşdə Mərkəzi Aran RTİ və MDU-nun müvafiq bölmə və strukturlarından əməkdaşlar iştirak edib. Mərkəzi Aran RTİ-nin müdir müavini Cavad Cavadov və MDU-nun Təhsil fakültəsinin dekanı Nizami […]

MDU-da birinci kurs magistrantlarla görüş keçirilib

2023-cü il sentyabrın 22-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov 2023/2024-cü tədris ilində bu ali təhsil müəssisəsinin magistratura səviyyəsinə qəbul olunmuş birinci kurs magistrantlarla görüşüb. Magistrant adını qazanmaları münasibətilə gəncləri təbrik edən Ş.Bayramov ali təhsillərini növbəti səviyyədə davam etdirmələri üçün MDU-nu seçdiklərinə görə onlara təşəkkürünü bildirib. Universitetdə keçirilən çoxsaylı nəzəri və praktiki təlim, seminar […]

Qardaş Türkiyənin iki professoru MDU-da fəaliyyətə başlayıb

Qardaş Türkiyənin iki alimi – Qazi Universitetinin professoru Cemal Yılmaz və  Ankara Hacı Bayram Veli Universitetinin (AHBVU) professoru Evren Güçer Mingəçevir Dövlət Universitetində (MDU) fəaliyyətə başlayıb. Bu münasibətlə, sentyabrın 21-də MDU-nun rektoru Şahin Bayramov qonaq alimlərlə görüşüb. MDU ailəsinin üzvləri kimi qonaq alimləri salamlamaqdan məmnunluğunu ifadə edən rektor qardaş ölkənin tərəfdaş universitetləri ilə əməkdaşlığın dinamik […]

MDU-da “Tyutor xidməti” təlimləri başa çatıb

2023-cü ilin sentyabr ayında Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “Tyutor xidməti” təlim proqramı uğurla başa çatıb. MDU-nun təcrübəli akademik və inzibati heyət üzvləri tərəfindən keçirilən təlimlər “Bolonya prosesi haqqında ümumi məlumat”, “Kredit sisteminin mahiyyəti və məzmunu”, “Tələbələrə psixoloji dəstək zəminində tyutorların rolu”, “Tələbənin hüquq və vəzifələri” “Təqaüdə təyinetmə”, […]

MDU-da dəyirmi masa: “Əsrin müqaviləsi tarixi zəfərimizə gedən yolun başlanğıcıdır”

2023-cü il sentyabrın 21-də Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev İli” çərçivəsində “Əsrin müqaviləsi”nin imzalanmasının 29-cu ildönümünə həsr olunan “Əsrin müqaviləsi tarixi zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə MDU-nun bir qrup akademik və inzibati heyət üzvü iştirak edib. Əvvəlcə, Ümummilli liderimiz Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad […]

Mingəçevir Dövlət Universitetində Oriyentasiya Günü keçirilib

2023-cü il sentyabrın 14-də Mingəçevir DÖvlət Universitetində (MDU) bu ali təhsil müəssisəsinə yeni qəbul olmuş tələbə və magistrantlar üçün Oriyentasiya Günü keçirilib. MDU-nun hər iki tədris binasında ənənəvi olaraq təşkil edilən tədbirdə tələbələr universitet həyatı ilə tanış olublar. Tanışlıq prosesində onlara MDU-nun bir qrup əməkdaşları və tələbə könüllüləri bələdçilik ediblər. Tələbə və magistrantlar fakültə dekanlıqları, […]

Yeni tədris ilinin başlanması münasibətilə MDU kollektivi ilə görüş keçirilib

2023-cü ilin sentyabrın 13-də Mingəçevir Dövlət Universitetində (MDU) 2023/2024-cü tədris ilinin başlaması münasibətilə akademik və inzibati heyət üzvləri ilə görüş keçirilib. Yeni tədris ilinin başlaması münasibətilə əməkdaşları təbrik edən MDU-nun rektoru Şahin Bayramov son dövrdə universitetin müasirləşməsi istiqamətində atılan önəmli addımlardan bəhs edib. MDU-nun missiyası, vizyonu və strateji hədəflərini qeyd edən rektor yeni dövrün universitetinə […]

MDU tələbəsi adını qazanan şəhid övladı ilə görüş keçirilib

Şəhid Razi Hüseynovun övladı Vəfa Hüseynova subbakalavr kimi 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsindən müvəffəqiyyətlə keçərək  Mingəçevir Dölvət Universitetinin (MDU) tələbəsi adını qazanıb. O, MDU-nun “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasında təhsilini davam etdirəcək. Bu münasibətlə, 2023-cü il sentyabrın 11-də MDU-nun rektoru Şahin Bayramov V.Hüseynova ilə görüşüb. Görüşdə şəhid atası Akif Hüseynov, […]