Browsing category

MDU

MDU kollektivi xüsusi qayğıya ehtiyacı olan uşaqları ziyarət ediblər

Mingəçevir Dövlət Universitetinin (MDU) Pedaqogika və psixologiya kafedrasının bir qrup əməkdaşı Mingəçevir şəhər Uşaq Nevroloji Sanatoriyasında və Uşaq və Ailələrə Dəstək Mərkəzində xüsusi qayğıya və dəstəyə ehtiyacı olan uşaqları ziyarət ediblər. Ziyarət zamanı MDU əməkdaşları mərkəz və sanatoriyanın fəaliyyəti ilə yaxından tanış olub, uşaqlarla səmimi söhbət aparıb, onların müalicəsi, təlim və təbiyəsi ilə bağlı görülən […]

MDU-da “Elmi məqalələrin dərci üçün jurnal seçimi” mövzusunda seminar keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə “Elmi məqalələrin dərci üçün jurnal seçimi” adlı növbəti elmi-praktik seminar keçirilib. Seminarda MDU-nun bir qrup professor-müəllim heyəti üzvü iştirak edib. Universitetin Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Vüqar Mustafayev mövzu ilə bağlı təqdimatla çıxış edərək elmi məqalələrin dərci üçün jurnal seçimi zamanı diqqət yetirilməli məqamlardan […]

MDU-da maarifləndirici seminar: “Qeyri-formal məşğulluq və onunla mübarizə”

2023-cü il dekabrın 1-də Mingəçevri Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə  “Qeyri-formal məşğulluq və onunla mübarizə” mövzusunda maarifəndirici seminar keçirilib. Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili departamentinin Qeyri-formal məşğulluğa nəzarət şöbəsinin baş mütəxəssisi Mirsahib Eminov tərəfindən keçirilən seminarda MDU-nun bir qrup tələbə, magistrant və məzunu iştirak edib. Seminarda təqdimatla çıxış edən M.Eminov […]

MDU-da tələbələrin XVI elmi-praktik konrfransı keçirilib

2023-cü il noyabrın 28-də Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev İli” çərçivəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) XVI elmi-praktik konfransı keçirilib. Konfransda MDU-nun bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantlar iştirak edib. Əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransın açılışında çıxış edən MDU TEC-in sədri Günəş […]

MDU-da təlim: Tetahilinq nədir?

Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Tetahilinq nədir?” mövzusunda təlim keçirilib. MDU məzunu, şəxsi inkişaf üzrə mentor Rəminə Heydərova tərəfindən keçirilən təlimdə universitetin bir qrup əməkdaşı, tələbə və magistrantlar iştirak edib. Təlimçi təqdimatla çıxış edərək şüuraltı terapiya üsulu olan tetahilinqin mahiyyətindən, şəxsi inkişafda, uğurlarda, motivasiyada və yaşam keyfiyyətinin artırılmasında bu metodun […]

ENGAGE layihəsi çərçivəsində MDU-da növbəti görüşlər keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu “Azərbaycan ali təhsil sistemində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) adlı Erasmus+ layihəsi çərçivəsində həyata keçirilmiş tədbirlər və səfərlərə dair növbəti görüşlər keçirilib. Görüşlərdə layihə ilə əlaqədar İspaniyanın Kataloniya Politexnik Universiteti, Portuqaliyanın Lissabon Universiteti və Estoniyanın Tallin Texnologiya Universitetində təlim səfərlərində olmuş MDU əməkdaşları – Üzeyir Zeynalov, Mehdi Rəhimov, Samirə […]

MDU-da “Heydər Əliyev İli” çərçivəsində bilik yarışı keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Gənclər Təşkilatının (TGT) intellektual oyunlar klubunun təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Quiz” formatlı bilik yarışı keçirilib. Yarışda MDU-nun 100-dən artıq tələbəsinin iştirakı ilə 21 komanda mübarizə aparıb. Gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə xidmət edən yarışda Ulu Öndərin həyat və fəaliyyəti, 44 günlük Vətən müharibəsi, Mingəçevir şəhəri, ədəbiyyat ilə bağlı, eləcə […]

MDU kollektivi GEOCLIC layihəsi çərçivəsində növbəti ekskursiyada olub

Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup tələbə və müəllim kollektivi üzvü Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin tabeliyində 10 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinə ekskursiya ediblər. Ekskursiya Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kursları” (“New Courses in Geospatial Engineering for Climate Change Adaptation of […]

MDU-da “Uğurlu innovativ biznes” mövzusunda panel müzakirə təşkil edilib

Mingəçevir Dövlət Universitetində (MDU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və SUP.VC şirkətinin təşkilatçılığı ilə “Uğurlu innovativ biznes” mövzusunda panel müzakirə keçirilib. Panelistlər – startap üzrə ekspert Vüsal Kərimli, “Metafluence” platformasının həmtəsisçisi Elşad Yusifli, “NS Studi”nin təsisçisi Nail Seyidov və frilans UX/UI dizayner Ülvin Ömərov mövzu ilə bağlı çıxış ediblər. Çıxışlarda şəxsi təcrübələrə əsaslanaraq uğurlu […]

MDU-da ustad dərs: Ekspert sistemləri və süni intellekt

2023-cü ilin dekabrın 1-də Mingəçevir Dövlət Universitetində (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzinin təşkilatçılığı ilə növbəti ustad dərs keçirilib. “Ekspert sistemləri” fənni üzrə təşkil edilən ustad dərsdə universitetin bir qrup akademik heyət üzvü və “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası üzrə təhsil alan magistrantları iştirak ediblər. İnteraktiv şəkildə keçən ustad dərsdə Türkiyənin Karadeniz Texniki Universiteti […]