Browsing category

MDU

MDU nümayəndə heyəti “QDİƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış ali təhsil müəssisələrinin birinci görüşü”ndə iştirak edir.

22-23 aprel tarixlərində Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Dövlət Turizm Agentliyi və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) birgə təşəbbüsü ilə təşkilata üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşü keçirilir. Görüşdə Azərbaycan, Türkiyə, Rusiya, Albaniya, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Serbiya və Ukrayna daxil olmaqla təşkilatın 11 üzv ölkəsindən […]

Mingəçevir Dövlət Universitetində Novruz şənliyi keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) Novruz Bayramı münasibətilə tədbir keçirilib. Universitetin həyətində təşkil olunan tədbirdə şəhid ailələrinin üzvləri, Yeni Azərbaycan Partiyasının (YAP) Mingəçevir şəhər Təşkilatının, Mingəçevir şəhər təhsil sektorunun rəhbərliyi, MDU-nun İctimai Nəzarət Şurasının üzvləri, akademik-inzibati heyəti, professor-müəllimləri, tələbə və magistrantları iştirak edib. Tədbirin açılışında MDU-nun rektoru Şahin Bayramov çıxış edərək xalqımızın milli-mədəni sərvətlər xəzinəsində xüsusi […]

MDU-da akademik Ziya Bünyadovun 100 illik yubileyi qeyd edilib

2023-cü il dekabrın 21-də Mingəçevir Dövlət Universitetində (MDU) Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, görkəmli tarixçi və şərqşünas alim, tanınmış ictimai xadim, tarix elmləri doktoru, professor, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib. Tədbirdə MDU-nun Təhsil fakültəsinin […]

Mingəçevir Dövlət Universitetində GEOLAB laboratoriyasının açılışı olub

2023-cü il dekabrın 21-də Mingəçevir Dövlət Universitetində (MDU) bu ali təhsil müəssisəsinin tərəfdaşı olduğu “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kurslar – GEOCLIC” adlı Erasmus+ layihəsi çərçivəsində yaradılan GEOLAB laboratoriyasının açılış mərasimi keçirilib. Laboratoriyanın açılışında “Azərbaycan İES” MMC, “Mingəçevir SES” MMC, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Mingəçevir şəhər […]

MDU tələbəsi Savate idman növü üzrə Azərbaycan birinciliyinin qalibi olub

Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin “Turizm bələdçiliyi” ixtisası üzrə təhsil alan II kurs tələbəsi Bəxtiyar Mehdiyev Savate (fransız boksu) idman növü üzrə Azərbaycan birinciliyinin qalibi olub. Bununla əlaqədar olaraq, MDU-nun rektoru Şahin Bayramov tələbə B.Mehdiyevi təbrik edib, universiteti və Mingəçeviri layiqincə təmsil etdiyinə görə ona təşəkkürünü bildirib və yeni-yeni nailiyyətlər arzulayıb. B.Mehdiyev […]

“Heydər Əliyev adına təqaüd”ə layiq görülən MDU tələbələri ilə görüş keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “Heydər Əliyev adına təqaüd”ə layiq görülən bu ali təhsil müəssisəsinin Təhsil fakültəsinin üçüncü kurs tələbələri Qənirə Hüseynova (Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası) və Nərmin Qədimli (Xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisası) ilə görüşüb. Ölkə üzrə “Heydər Əliyev adına təqaüd”ə layiq görülən 100 tələbə sırasında MDU-nun 2 […]

AMEA Dilçilik İnstitutu Mingəçevir Dövlət Universitetinə kitablar hədiyyə edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu tərəfindən Mingəçevir Dövlət Universitetinin (MDU) kitabxana fonduna 91 adda 145 kitab hədiyyə edilib. Bununla əlaqədar olaraq, dekabrın 20-də sözügedən kitabların MDU kollektivinə təqdimatı keçirilib. Təqdimat mərasimində çıxış edən MDU-nun rektoru Şahin Bayramov göstərilən dəstəyə görə AMEA Dilçilik İnstitutunun rəhbərliyinə və müvafiq əməkdaşlarına təşəkkürünü bildirib. Kitabların MDU-da […]

MDU-da “Enerji və mədəniyyət” mövzusunda seminar keçirilib

2023-cü ilin 15 dekabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Enerji və mədəniyyət” mövzusunda seminar keçirilib. Türkiyənin Qazi Universitetinin MDU-da fəaliyyət göstərən professoru Cemal Yılmaz tərəfindən keçirilən seminarda universitetin bir qrup akademik və inzibati heyət üzvü, magistrantlar və doktorantlar iştirak ediblər. Seminarda professor C.Yılmaz enerji istehsalı və istehlakının, enerji tutumlu sahələrin iqtisadi artımı və məşğulluğu təmin […]

MDU-da növbəti ustad dərs: Uzaq elektrik ötürməsi

2023-cü ilin dekabrın 16-da Mingəçevir Dövlət Universitetində (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzinin təşkilatçılığı ilə növbəti ustad dərs keçirilib. “Uzaq elektrik ötürməsi” fənni üzrə hibrid formatda təşkil edilən ustad dərsdə universitetin bir qrup akademik heyət üzvü və “Elektroenergetika mühəndisliyi” ixtisası üzrə təhsil alan magistrantları iştirak ediblər. İnteraktiv şəkildə keçən ustad dərsdə Türkiyənin Düzce Universitetinin Mühəndislik […]

MDU-da növbəti ustad dərs keçirilib

2023-cü ilin dekabrın 16-da Mingəçevir Dövlət Universitetində (MDU) Türkiyənin Qazi Universitetinin Texnoloji fakültəsinin dəstəyi ilə növbəti ustad dərs keçirilib. MDU-nun Magistratura və Doktorantura Təhsil Mərkəzinin təşkilatçılığı ilə hibrid formatda keçirilən ustad dərs “Buxar və buxar-qaz turbinli İES-lərin istilik sxemlərinin hesablama metodları” fənni üzrə mövzuları əhatə edib. Dərsdə universitetin bir qrup akademik heyət üzvü və “İstilik […]