Browsing category

MDU

MDU nümayəndə heyəti Qazi Universitetinin Texnoloji Fakültəsini ziyarət edib

Mingəçevir Dövlət Universitetinin (MDU) nümayəndə heyəti Ankaraya səfər çərçivəsində Qazi Universitetinin Texnoloji Fakültəsini ziyarət edib. Nümayəndə heyətinin tərkibində MDU rektorunun müşavirləri Hamiz Mahmudov və Ramin Məmmədov, Qazi Universitetinin və Ankara Hacı Bayram Veli Universitetinin MDU-da fəaliyyət göstərən qonaq professorları Cemal Yılmaz və Evren Gücer təmsil olunub. Ziyarət zamanı MDU nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsinin […]

Mingəçevir Dövlət Universitetinin nümayəndə heyəti Qazi Universitetinin rektoru ilə görüşüb

2024-cü il mayın 16-da Ankarada səfərdə olan Mingəçevir Dövlət Universitetinin (MDU) nümayəndə heyəti Qazi Universitetini ziyarət edib. Nümayəndə heyətinin tərkibində MDU rektorunun müşavirləri Hamız Mahmudov və Ramin Məmmədov, Qazi Universiteti və Ankara Hacı Bayram Veli Universitetinin MDU-da fəaliyyət göstərən qonaq professorları Cemal Yılmaz ve Evren Güçer təmsil olunublar. Ziyarət zamanı MDU nümayəndə heyəti Qazi Universitetinin […]

Mingəçevir Dövlət Universiteti Ankarada beynəlxalq konfransa tərəfdaşlıq edib

2024-cü il mayın 16-da Mingəçəvir Dövlət  Universiteti (MDU) və Ankara Hacı Bayram Veli Universitetinin (AHBVU) birgə təşkilatçılığı ilə Ankarada 5-ci Beynəlxalq Səyahət və Turizm Dinamikası Konfransının (5th International Travel and Tourism Dynamics – ITTD 2024) işinə start verilib. AHBVU-nun ev sahibliyi ilə keçirilən və 3 gün davam edəcək konfransın əsas mövzusu “Turizm sahibkarlığında innovativ yanaşmalar” […]

MDU-da “Yaşıl İnformasiya Texnologiyaları Həftəsi”nə start verilib

2024-cü ilin mayın 13-də Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 13-18 may tarixlərində keçiriləcək “Yaşıl İnformasiya Texnologiyaları Həftəsi”nin açılışı olub. Tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhəri üzrə Təhsil Sektorunun, Mərkəzi Aran Regional Gənclər və İdman idarəsinin rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri, MDU-nun İctimai Nəzarət Şurasının üzvləri, professor-müəllim heyəti, tələbələr, magistrantlar […]

MDU tələbələri ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr edilmiş idman festivalında uğurlu nəticələr əldə ediblər

2024-cü il mayın 10-da Mingəçevir şəhər İcra Hakimiyyəti və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş idman festivalı keçirilb. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin, Mərkəzi Aran Gənclər və İdman İdarəsinin, şəhər təhsil sektorunun rəhbərliyi, şəhər ictimaiyyəti, ümumtəhsil müəssisələrinin, orta təhsil müəssisələrinin və […]

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi dərin hörmət və böyük ehtiramla anılıb

Mingəçevir Dövlət Universitetinin (MDU) professor-müəllim heyəti üzvləri Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dahi şəxsiyyətin Mingəçevir şəhərində ucaldılan abidəsini ziyarət edib. Abidənin önünə gül dəstələri düzülüb, Azərbaycan xalqının Ümummilli Liderinin əziz xatirəsi dərin hörmət və böyük ehtiramla anılıb. Qeyd edək ki, Mingəçevirdə Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliğinə xüsusi […]

MDU kollektivi ümummilli lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş ağacəkmə mərasimində iştirak edib

2024-cü il mayın 10-da Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı, tələbə və magistrantı Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının təşkilatçılığı ilə keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ağacəkmə mərasimində iştirak edib. Qeyd edək ki, Mingəçevirdə Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliğinə xüsusi önəm verilir və bu […]

MDU kollektivi ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad ediblər

2024-cü il mayın 10-da Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı, tələbə və magistantı ümummilli lider Heydər Əliyevin 101-ci ildönümü ilə əlaqədar olaraq dahi şəxsiyyətin Mingəçevir şəhərində ucaldılan abidəsini ziyarət edib. Abidənin önünə gül dəstələri düzülüb, Ulu öndərin əziz xaatirəsi dərin hörmət və ehtiramla anılıb. Sonra Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinə ekskursiya edilib. Ekskursiya zamanı […]

MDU əməkdaşları Danimarka səfəri ilə bağlı təəssüratlarını bölüşüb

Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Dövlət İqtisad Univesitetinin (UNEC) koordinatoru olduğu “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı Qlobal İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması” (REFRESH) Erasmus+ layihəsi ilə bağlı görüş keçirilib. Səfərin əsas məqsədi  yerli və tərəfdaş universitetlərin alternativ və bərpa olunan enerji sahəsi üzrə mövcud kurrikulumların təkmilləşdirilməsi və innovativ yönümlü istiqamətləndirilməsidir. Görüşdə […]

MDU-nun istedadlı tələbələri peşəkar səhnədə

2024-cü ilin 05 may tarixində  Mingəçevir Dövlət Dram Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Ər və arvad” operettası əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunub. Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri və magistrantlarının səhnələşdirdiyi tamaşa Mingəçevir şəhər ictimaiyyəti tərəfindən böyük maraq və alqışla qarşılanıb. Tamaşaya quruluş verən Turqut Məsimli, Paşa Salmanov, quruluşçu  rejossor Nərgiz Rüstəmovadur. Əsərin səhnələşdirilməsində, tamaşanın quruluşunda […]