Browsing category

MDU

MDU kollektivi ümummilli lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş ağacəkmə mərasimində iştirak edib

2024-cü il mayın 10-da Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı, tələbə və magistrantı Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının təşkilatçılığı ilə keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ağacəkmə mərasimində iştirak edib. Qeyd edək ki, Mingəçevirdə Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliğinə xüsusi önəm verilir və bu […]

MDU kollektivi ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad ediblər

2024-cü il mayın 10-da Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı, tələbə və magistantı ümummilli lider Heydər Əliyevin 101-ci ildönümü ilə əlaqədar olaraq dahi şəxsiyyətin Mingəçevir şəhərində ucaldılan abidəsini ziyarət edib. Abidənin önünə gül dəstələri düzülüb, Ulu öndərin əziz xaatirəsi dərin hörmət və ehtiramla anılıb. Sonra Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinə ekskursiya edilib. Ekskursiya zamanı […]

MDU əməkdaşları Danimarka səfəri ilə bağlı təəssüratlarını bölüşüb

Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Dövlət İqtisad Univesitetinin (UNEC) koordinatoru olduğu “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı Qlobal İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması” (REFRESH) Erasmus+ layihəsi ilə bağlı görüş keçirilib. Səfərin əsas məqsədi  yerli və tərəfdaş universitetlərin alternativ və bərpa olunan enerji sahəsi üzrə mövcud kurrikulumların təkmilləşdirilməsi və innovativ yönümlü istiqamətləndirilməsidir. Görüşdə […]

MDU-nun istedadlı tələbələri peşəkar səhnədə

2024-cü ilin 05 may tarixində  Mingəçevir Dövlət Dram Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Ər və arvad” operettası əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunub. Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri və magistrantlarının səhnələşdirdiyi tamaşa Mingəçevir şəhər ictimaiyyəti tərəfindən böyük maraq və alqışla qarşılanıb. Tamaşaya quruluş verən Turqut Məsimli, Paşa Salmanov, quruluşçu  rejossor Nərgiz Rüstəmovadur. Əsərin səhnələşdirilməsində, tamaşanın quruluşunda […]

MDU tələbələrindən sosial çağırış təşəbbüsü

Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin dekanı, dosent Almaz Əliyevanın təşəbbüsü ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tələbələr tərəfindən sosial çağırış başladılıb. Tələbələr tərəfindən maraqla qarşılanan təşəbbüsə uyğun olaraq kağızlara müxtəlif şüarlar hazırlanaraq fakültənin dəhlizində yerləşən simvolik ağac maketin üzərinə asılır. Simvolik ağacın maketinə asılan şüarlar əsasən yaşıl dünya, təmiz ətraf mühit, ekoloji təhlükəsizlik […]

MDU-da “GreenTech” Startap və Yaşıl Texnologiyalar müsabiqəsinin iştirakçıları ilə görüş keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “GreenTech” Startap və Yaşıl Texnologiyalar müsabiqəsində iştirak edən tələbələrlə  görüşüb. Gəncə şəhərində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı (ATU), Təhsilin İnkişafı Fondu (TİF), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Kapital Bank, “Bir” Tələbə-Könüllü Təşkilatı, “Azersun” Holdinq, “ATS Food” və “AzGranata”nın dəstəyi ilə həyata keçirilən […]

MDU-nun İctimai Nəzarət Şurasının üzvləri rektor Şahin Bayramovu təbrik edib

2024-cü il mayın 2-də Mingəçevir Dövlət Universitetinin (MDU) İctimai Nəzarət Şurasının üzvlərinin rektor Şahin Bayramovla növbəti görüşü keçirilib. Qonaqlar ilk növbədə rektor Ş.Bayramovu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilməsi münasibətilə səmimi qəlbdən təbrik edib, uğurlarının davamlı olmasını arzulayıblar. Təbrik və xoş sözlərə görə […]

Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib

Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib 2024-cü il aprelin 29-da Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib. MDU-nun rektoru Şahin Bayramov iclasın gündəliyində duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb. İclasda “Təhsil fakültəsinin fəaliyyəti haqqında (tədrisin keyfiyyəti, elmi fəaliyyət, tələbələrlə iş)” və “Dövlət imtahanı və magistr dissertasiyalarının müdafiəsinə hazırlığın vəziyyəti haqqında” hesabatlar […]

MDU tələbələri üçün “COP29” ilə bağlı məlumatlandırıcı görüş keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən “Yaşıl könüllülər” dərnəyi və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “COP29-un Azərbaycanda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti” adlı görüş keçirilib. Hibrid formada keçirilən görüşdə MDU-nun əməkdaşları, hər iki ali təhsil müəssisəsinin tələbə və magistrantları, həmçinin “Bir Könüllü Tələbə Təşkilatının  […]

MDU-da “Master bacarıqlar” adlı təlim keçirilib

2024-cü ilin 22 aprelində Mingəçevir Dövlət Universitetinin (MDU) “Bir Könüllü” Tələbə Təşkilatının təşəbbüsü ilə “Master bacarıqlar” adlı təlim keçirilib. 3D Klubunun təsisçisi, mentor, Biznes və nəfəs kouçu Cəfər İbadovun təqdimatında keçirilən təlimdə universitetin bir qrup əməkdaşı, tələbə və magistrantları iştirak edib. MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov iştirakçıları və qonağı salamlayıb. Gənclərin […]