Browsing category

MDU

MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri ilə görüş keçirilib

2024-cü il sentyabrın 23-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektor vəzifəsini müvəqqəti icra edən, Tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalov yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbələri ilə görüşərək, onlara uğurlar arzulayıb. Bütün auditoriyalara ayrı-ayrılıqda daxil olan prorektor tələbələrə universitet haqqında ətraflı məlumat verib, təhsilin əhəmiyyətindən, qarşıda duran hədəflərdən bəhs edib, […]

Mingəçevir Dövlət Universitetinin əməkdaşları şəhid Qorxmaz İsgəndərovun məzarını və ailəsini ziyarət ediblər

2024-cü ilin 21 sentyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı, 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş toqquşma zamanı şəhid olmuş universitetin məzunu İsgəndərov Qorxmaz İsgəndər oğlunun məzarını ziyarət edib. Onlar ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş bütün şəhidlərimiz üçün dualar oxuyublar. Sonra […]

MDU-da “COP29 – Azərbaycan” mövzusunda elmi-praktik seminar keçirilib

17 sentyabr 2024-cü ildə Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və ekologiya kafedrasının təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “COP29-Azərbaycan”  mövzusunda elmi-praktik seminar keçirilib. Seminarda MDU-nun professor-müəllim heyəti və tələbələr iştirak edib. Tədbiri giriş nitqi ilə açan MDU-nun Fizika və ekologiya kafedrasının müdiri Təranə Yusibova ölkəmizdə cari ilin noyabr ayında keçiriləcək, BMT-nin İqlim Dəyişikliyi Konfransının 29-cu Sessiyası […]

Mingəçevir Dövlət Universitetində “Oriyentasiya Günü” keçirilib

2024-cü il sentyabrın 13-də Mingəçevir Dövlət Universitetinə (MDU) yeni qəbul olmuş tələbə və magistrantlar üçün ənənəvi “Oriyentasiya Günü” keçirilib. Tədbirin əsas məqsədi tələbələri universitet həyatı ilə yaxından tanış etmək, akademik proseslər barədə məlumat vermək və onlara ilk addımlarında dəstək olmaqdır. Tədbirin açılış mərasimində MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov çıxış edərək, MDU […]

Mingəçevir Dövlət Universitetinin İctimai Nəzarət Şurası üzvlərilə görüş keçirilib

11 sentyabr 2024-cü ildə Mingəçevir Dövlət Universitetinin (MDU) Tədris məsələləri üzrə prorektoru və rektor vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalov, 2024/2025-ci tədris ilinin başlanması ilə əlaqədar olaraq, universitetin İctimai Nəzarət Şurasının üzvləri ilə görüş keçirib. Görüş zamanı Ü. Zeynalov universitetin yeni tədris ilinə hazırlıq səviyyəsi, tətbiq ediləcək yeniliklər və 2024/2025-ci tədris ilindən tələbə qəbulu aparılan […]

MDU-da şəhid ailələrinin üzvləri ilə görüş keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) rektor vəzifəsini müvəqqəti icra edən, tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalov 2024-cü il sentyabrın 12-də şəhid ailələrinin üzvləri ilə görüşüb. Ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarını fəda edən qəhrəmanlarımızın ailələrinə dərin hörmət və ehtiramın ifadəsi olaraq təşkil edilmiş görüşdə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun, universitetin şəhid məzunları olmuş Kənan Abdullayevin, Əzəmi […]

MDU-da “Liderlik və auditoriyanın idarə edilməsi” mövzusunda təlim keçirilib

11 sentyabr 2024-cü il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Keyfiyyət Təminatı və Davamlı İnkişaf Şöbəsinin təşkilatçılığı ilə “Liderlik və Auditoriyanın İdarə Edilməsi” mövzusunda təlim keçirilib. Gənc müəllimlər və əməkdaşlar üçün nəzərdə tutulmuş təlim, onların liderlik bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyan mühüm bir tədbir kimi yadda qalıb. Təlimdə Sənayenin Təşkili və İdarəetmə kafedrasının baş müəllimi Zaur […]

Mingəçevir Dövlət Universitetinə yüksək balla qəbul olunmuş bacılarla görüş keçirilib

2024-cü il sentyabrın 2-də Mingəçevir Dövlət Universitetində (MDU) yüksək bal toplayaraq qəbul olunmuş bacılar – Mətanət Behbudlu və Mədinə Behbudlu, həmçinin onların valideyni ilə görüş keçirilib. Görüş zamanı MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən, Tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalov, tələbələri bu yüksək nailiyyətlərə görə Mətanət və Mədinə bacılarını təbrik edərək, MDU-da təhsillərinə uğurla başlamaqlarını […]

Mingəçevir şəhərində keçirilən “Güclü Qadın” layihəsinin yekun bağlanış tədbiri uğurla həyata keçirilib

 Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation tərəfindən maliyyələşdirilən “Güclü Qadın” layihəsi çərçivəsində bir sıra istiqamətdə təlimlər təşkil edilib.Təlimçilər arasında Mingəçevir Dövlət Universitetinin müəllimləri Shabnam Islamova – ” Özünü Tanı” , Samira Ahmadova– ” Qaliblərin Qanunu” və universitetin Tələbələrlə İş və Tədbirlərin Təşkili şöbəsinin rəhbəri Ilhama Raquf -“Sərhədsiz İmkanlar” adlı təlim ilə çıxış ediblər. Layihə […]

MDU-da “Tyutor xidməti – 2024” təlimləri uğurla davam edir

Mingəçevir Dövlət Universitetində (MDU) Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin təşkilatçılığı ilə keçirilən “Tyutor xidməti – 2024” təlimləri növbəti günlərdə də uğurla davam edir. Təlim proqramı çərçivəsində müxtəlif mövzularda seminarlar keçirilib. Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin müdiri İlhamə Məmmədova, İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Nazim Niftəliyev, Təhsil fakültəsinin akademik məsləhətçisi Afiqə Əhmədova, Pedaqogika […]