MDU-da “Velo Park – Sağlam Gənclik, Yaşıl Kampus” layihəsi təqdim olundu
16 noyabr 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində “Velo Park – Sağlam Gənclik, Yaşıl Kampus” layihəsinin təqdimatı keçirilib. Layihə MDU-nun “2030 İnkişaf Strategiyası” və “Yaşıl Kampus” konsepsiyasına uyğun olaraq, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və Azərbaycan Velosiped İdmanı Federasiyasının tərəfdaşlığı ilə reallaşdırılıb. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, AzVİF-in icraçı vitse-prezidenti Fikrət Hüseynov, MDU-nun […]