Browsing category

MDU

MDU-nun tələbə gəncləri “Suriyadakı uşaq və gənclər üçün bir ümid” adlı sosial kampaniyaya dəstək verdi

Mingəçevir Dövlət Universitetinin tələbə-gəncləri “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının 1 İyun – Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr etdiyi “Suriyadakı uşaq və gənclər üçün bir ümid” adlı sosial kampaniyaya qoşulub. Kampaniya çərçivəsində tələbə-gənclər hazırladıqları əl işləri və hədiyyələri, eləcə də paltar, uşaq oyuncaqları və məktəbli ləvazimatlarını toplayaraq, Suriyaya göndərilmək üçün Bakı şəhərinə yola salmışlar. MDU-nun […]

Aprelin 16-da Mingəçevirdə tələbələr arasında vergi olimpiadası keçirilib

Xəbər verdiyimiz kimi, Vergilər Nazirliyinin təşəbbüsü ilə  hər il respublikanın ali məktəblərinin bakalavr və magistratura pillələrində təhsil alan tələbələr arasında xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş vergi olimpiadası təşkil olunur. Bu il  də olimpiadanın iki mərhələdə (seçmə və yekun) aparılması nəzərdə  tutulub. Seçmə mərhələni  Vergilər Nazirliyinin Tədris Mərkəzinin təqdim etdiyi suallar və metodiki […]

MDU-da yaz imtahan sessiyasına başlandı

Mingəçevir Dövlət Universitetində imtahan sessiyasının qanunvericiliyin tələblərinə uyğun səviyyədə keçirilməsi məqsədilə professor-müəllim heyətinin iştirakı ilə genişləndirilmiş iclası keçirilib. Rektor A.Hacıyev neqativ halların, çatışmazlıqların, yaranan problemlərin aradan qaldırılması istiqamətində müvafiq dekanlıqlar, kafedra müdrləri, həmçinin imtahan götürən müəllim və nəzarətçilər qarşısında ciddi tələblər qoyub, imtahanların əsasnaməyə uyğun olaraq keçirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib. Pedaqoji heyəti maraqlandıran […]

MDU-da “Bir” Tələbə-Könüllü Proqramı

Mingəçevir Dövlət Universitetində “Bir” Tələbə-Könüllü Proqramı layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib. İlk olaraq “Bir” Tələbə-Könüllü Proqramının videoçarxı nümayiş olunub. Layihənin aparıcısı Seyran Babayev proqram haqqında ətraflı məlumat verib. Qeyd edib ki, “Bir” rəmzi olaraq ədədlərin başlanğıcı, dostluq, birlik və həmrəyliyin simvoludur. Adını bu dəyərlərdən alan “Bir” Tələbə-Könüllü Proqramı Azərbaycanın Ali Təhsil müəssisələrinin tələbələrinin könüllülük fəlsəfəsi, prinsipləri və dəyərləri […]

“Böyük elmə gedən yol təhsildən keçir”

Mingəçevir Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Böyük elmə gedən yol təhsildən keçir” mövzusunda elmi-nəzəri konfransı keçirilib. TEC sədri, baş müəllim Günəş Şəfaqətov qeyd edib ki, Azərbaycan tarixinin Heydər Əliyev dövrü taleyüklü məqamları, dövlətçilik uğrunda gərgin mübarizə və s. ilə öz tutumuna, kütləsinə görə bütöv bir […]

Bölmə iclaslarında maraqlı məruzələr dinlənilib

Mingəçevir Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Milli-mədəni irs və onun qloballaşma şəraitində təbliği məsələləri” mövzusunda Respublika Elmi konfransının proqramına uyğun olaraq, 22-23 aprel 2016-cı ildə bölmə iclasları keçirilib. “Milli-mədəni dəyərlər və multikulturalizm” bölməsinə rəhbərlik edən Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent […]

MDU-da ümummilli liderin xidmətlərindən danışıldı

Mingəçevir Dövlət Universiteti, Şəhər İcra Hakimiyyəti və Təhsil Şöbəsi Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünü  “Milli-mədəni irs və onun qloballaşma şəraitində təbliği məsələləri”  mövzusunda respublika elmi konfransı ilə qarşılayıb Öncə Azərbaycan torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə mərdlik və cəsarətlə vuruşan və şəhidlik zivəsinə ucalan əsgər və zabitlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransı giriş […]

Davamli inkişaf qeyri-neft sektorundan keçir

“Davamli iqtisadi inkişafin təmin olunmasinda qeyri-neft sektorunun rolu” mövzusunda dəyirmi masanı  universitetin elmi işlər üzrə prorektoru, iqtisad elmləri doktoru Veysəl Əyyubov açıb. O, bildirib ki, Azərbaycan dövlətinin davamlı inkişaf strategiyasının əsas müddəaları Prezidentin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əksini tapıb: “İqtisadiyyatın davamlı inkişafının təmin olunmasının […]

Sloveniyalı alimlər Mingəçevir Dövlət Universitetində

Sloveniyalı alimlər Mingəçevir Dövlət Universitetində Erasmus+ proqramı çərçivəsində tələbə-müəllim mübadiləsi xəttilə Sloveniyanın Nova Gorica Universitetinin elmi işlər üzrə prorektoru, professor Mladen Franko və Humanitar sahə üzrə professor Katya Mihurko Poniz Mingəçevir Dövlət Universitetinin rəsmi qonağı olublar. İlk olaraq qonaqlar universitetin rektoru Akif Hacıyevlə görüşüblər. Qonaqları rəhbərlik etdiyi MDU-da görməkdən məmnunluq duyduğunu bildirən rektor Akif Hacıyev […]