Browsing category

MDU

Doktorant və gənc tədqiqatçıların XXII respublika elmi konfransına MDU-nun 11 əməkdaşı qatılıb

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) doktorantların və gənc tədqiqatçıların XXII respublika elmi konfransının açılış mərasimi keçirilib. İki gün davam edən konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub. Konfransda ali təhsil müəssisələrinin rəhbərləri, respublikanın tanınmış alimləri, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər. ADPU-nun rektoru, professor Cəfər Cəfərov konfransın gənc alimlərin elmi fəaliyyətinə təkan verəcəyini […]

Ali məktəb nümayəndələri və sahibkarların birgə elmi seminarı

Mingəçevir Dövlət Universitetində “İqtisadiyyat və idarəetmə” fakültəsində “Kiçik və orta sahibkarlıq subyektlərinin müasir biznes bacarıqlarının və biliklərinin təkmilləşdirilməsi” mövzusunda (Strateji Yol Xəritəsi kontekstində) elmi seminar keçirilib. Universitetin elmi işlər üzrə prorektoru, i.e.d., professor Veysəl Əyyubov seminarın məramı barədə ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı iqtisadiyyatın diversifikasiyası, rəqabətqabiliyyətliliyinin artırılması, məşğulluğun […]

MDU-da əlamətdar günlər, silsilə tədbirlər

MDU Mətbuat xidmətinin rəhbəri Nazim Niftəliyevin verdiyi məlumata görə, 17 Noyabr  Beynəlxalq Tələbə və Milli Dirçəliş günləri münasibəti ilə universitetin akt zalında tələbələrin özləri tərəfindən hazırlanan ssenari üzrə bayram konserti baş tutub. Tədbirin aparıcıları Şəmsiyyə Şəmsəddinova və Nicat Fərəcov professor-müəllim və tələbələrə təbriklərini çatdırıb, universitetin beynəlxalq əlaqələr sektorunun xəttilə 2019-cu ilin fevralından Erasmus+ proqramı ilə […]

MDU-nun müəllimləri IV Beynəlxalq Mir Həmzə Nigari Simpoziumunda iştirak ediblər

Anadolunun gözəl bir şəhəri olan Amasiya tarixən bu torpaqlarda hökm sürmüş dövlətlər üçün strateji əhəmiyyət kəsb edib. Buna görə də Amasiya Anadoluda özünə yer etmək istəyən dövlətlərin ən çox maraq göstərdiyi şəhərlərdən hesab olunurdu. Tarixin Amasyaya bəxş etdiyi bu köklü və rəngli miras bir çox tədqiqatçılar tərəfindən araşdırılmış və müxtəlif dövrlərdə, müxtəlif əlifbalarla və müxtəlif […]

MDU-nun müəllimləri IV Beynəlxalq Mir Həmzə Nigari Simpoziumunda iştirak ediblər

Anadolunun gözəl bir şəhəri olan Amasiya tarixən bu torpaqlarda hökm sürmüş dövlətlər üçün strateji əhəmiyyət kəsb edib. Buna görə də Amasiya Anadoluda özünə yer etmək istəyən dövlətlərin ən çox maraq göstərdiyi şəhərlərdən hesab olunurdu. Tarixin Amasyaya bəxş etdiyi bu köklü və rəngli miras bir çox tədqiqatçılar tərəfindən araşdırılmış və müxtəlif dövrlərdə, müxtəlif əlifbalarla və müxtəlif […]

Mingəçevir Dövlət Universitetinin əməkdaşları beynəlxalq əlaqələr  çərçivəsində Vilnüsdə növbəti təlimlərdə

MDU-nun Mətbuat xidmətinin rəhbəri Nazim Niftəliyevin mi-news.az-a verdiyi məlumata görə,  Bakı Biznes Universitetinin (BBU) koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində Litvanın Vilnüs şəhərində növbəti təlimlərə başlanılıb. İlk təlimlər Litvanın Ali Təhsildə Keyfiyyət Təminatı Mərkəzində və Mykolas Romeris Universitetində keçirilib. Növbəti təlimlər isə Litvanın Sosial-Tətbiqi […]

Uşaqların sevincinin həddi-hüdudu yox idi

Mingəçevir Dövlət Universitetinin Mühəndislik fakültəsinin tələbələri Uşaq Nevroloji Sanatoriyasında müalicə olunan uşaqları ziyarət ediblər. Tələbələr özləri ilə gətirdikləri ərzaq və geyim ləvazimatlarını balaca sakinlərə hədiyyə ediblər. Sevinclərinin həddi-hüdudu olmayan uşaqlar tələbələri qucaqlayıb, doğmaları kimi qəbul ediblər. Şöbə müdiri Sevinc Abbasovanın verdiyi məlumata görə, sanatoriya 30 ildən çoxdur ki, fəaliyyət göstərir. 2015-ci ildən hazırda fəaliyyət göstərdiyi […]

Tələbə və məzunlar üçün “Karyerada ilk addım”

Tələbə və məzunlar üçün “Karyerada ilk addım” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Mingəçevir şəhər Məşğulluq mərkəzi tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbirini Mingəçevir Dövlət Universitetində təşkil edib. Tədbirdə müxtəlif ixtisasları üzrə 200-dən artıq tələbə iştirak edib. Mingəçevir şəhər Məşğulluq mərkəzinin direktoru Elçin Abdullayev […]

MDU beynəlxalq əlaqələrini genişləndirir

MDU beynəlxalq əlaqələrini genişləndirir Mingəçevir Dövlət Universitetində Bakı Biznes Universitetinin koordinatoru olduğu layihə çərçivəsində təqdimat və monitorinq keçirilib Bakı Biznes Universitetinin koordinatoru olduğu Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində Mingəçevir Dövlət Universiteti, Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetində “Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi (EQAC)” adlı layihənin təqdimatı və monitorinqi keçirilib. Tədbiri […]

“Bu gün təhsillə məşğul olmaq icra başçısı işləməkdən çətindir”

“Akif müəllim Azərbaycan xalqını və Azərbaycanı istəyən insandır. Gözəl ailə başçısıdır.  İcra Hakimiyyəti yanında şuranın üzvüdür. Şəhər Ağsaqqallar Şurasının sədridir. O, öz həyatını elmə və təhsilə həsr edib. Mingəçevir şəhərində Akif müəllimlə tanış olandan sonra özümə dost qazandım. Onun barəsində saatlarla gözəl sözlər demək olar. Akif müəllim, sizi bir daha təbrik etmək istəyirəm. Sizə nə […]