Mingəçevir Dövlət Universitetinə növbəti 5 il üçün Akkreditasiya Sertifikatı təqdim olundu
Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya idarəsi tərəfindən daxil olan müvafiq məktuba əsasən Mingəçevir Dövlət Universiteti Akkreditasiyadan keçməli idi. Buna müvafiq olaraq Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyevin müvafiq əmrilə Öüzünütəhlil Komissiyası yaradılmışdır. 2018-ci il oktyabr ayının 16-21 tarixlərində Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya idarəsi tərəfindən kommisiya universitetin akkreditasiya işlərinə başladılar. […]