Browsing category

MDU

Mingəçevir Dövlət Universitetində magistratura pilləsində təhsil almaq istəyənlərin nəzərinə

8 iyun 2020-ci il tarixindən etibarən ali təhsil müəssisələrinə magistratura pilləsində təhsil almaq üçün ixtisas seçimləri başlanılır. İxtisas seçimində hər birinizə uğurlar! Mingəçevir Dövlət Universitetində magistratura pilləsində təhsil üçün aşağıdakı ixtisasları təqdim edirik: ▶ 060101 Azərbaycan dili və ədəbiyyatı müəllimliyi -Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası; ▶ 060103 Xarici dil müəllimliyi (dillər üzrə) – Xarici dilin tədrisi […]

Ölkə Prezidentinin mövqeyi Azərbaycan həqiqətlərinin dünyaya ismarıcıdır

Azərbaycan əsrlər boyu düşmən təcavüzünə məruz qalsa da xalqımızın fədakar övladlarının qəhrəmanlığı sayəsində həmişə qalib olub. Iyirminci əsrin sonlarında keçmiş SSRİ-nin tərkibində olan Azərbaycana qarşı bədnam qonşular tərəfindən edilən soyqırəm və qətl hadisələri zamanı minlərlə azərbaycanlı qətlə yetirilib, əsir götürülüb, yandərırılıb, olmazın işgəncələr verilib. Bu elansız döyüşlərdə minlərlə Vətən övladı şəhid olub, torpaqlarımızın 20 faizi […]

Mingəçevir Dövlət Universitetində online imtahan sessiyasına start verilib

2020-ci ilin 8 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına start verilib. İmtahan sessiyasında bakalavriat səviyyəsinin birinci-üçüncü kurslarında və magistratura səviyyəsinin birinci kursunda təhsil alan ümumilikdə 1874 tələbə və magistrantın iştirakı nəzərdə tutulub. İlk dəfə olaraq, “Microsoft Teams” platforması üzərindən online formada şifahi qaydada təşkil olunan imtahan sessiyasının ilk günündə ümumilkdə 47 […]

Mingəçevir Dövlət Universitetinin magistrant və doktorantları UNEC-də təşkil olunan beynəlxalq elmi konfransda iştirak ediblər

2020-ci ilin 29-31 may tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə UNEC-in 90 illik yubileyinə həsr olunmuş “II İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların Beynəlxalq Elmi Konfrans” keçirilib. Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi və Paşa Holdinqin sponsorluğu ilə distant formada təşkil olunan beynəlxalq konfransda dünyanın 21 ölkəsindən 325 gənc tədqiqatçı məruzə ilə çıxış edib. […]

Həyat davam edir

Azərbaycan Respublikasında koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədi ilə mart ayında ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə tətbiq edilən xüsusi rejim müsbət nəticə verib. Pandemiyanın ilk günlərindən Hökumətin qəbul etdiyi qərarlar və karantin   rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olub. Elə bu səbəbdən də karantin rejimindən mərhələli şəkildə çıxmağa başlanılıb. Ölkəmizdə pandemiya ilə […]

Mingəçevir Dövlət Universitetində ilk “Açıq qapı” günü keçirilib

2020-ci il 4 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz imtahan sessiyası ilə əlaqədar tələbələrin və onların valideynlərinin iştirakı ilə “Açıq qapı” günü keçirilib. İmtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günü MDU-nun rektoru Şahin Bayramovun iştirakı ilə “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunub. Semestr […]

Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günləri keçiriləcək

2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq, Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçiriləcəkdir. İmtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri cari ilin 16 iyul tarixinədək hər həftənin cümə axşamı saat 15:00-da “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunacaqdır. Virtual […]

Mingəçevir Dövlət Universiteti: martın 17-dən mayın 31-dək 710 “videodərs” keçirilib

Mayın 31-də Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz semestri üçün sonuncu dərsləri keçirilib. Universitetin rektoru Şahin Bayramov karantin rejimi dövründə tədris prosesi barədə İctimaiyyətlə əlaqələr şöbəsinə müsahibəsində bildirib ki, qlobal pandemiya ilə hamılıqla mübarizə aparıldığı ötən müddətdə qarşıya qoyulan əsas vəzifə tədris prosesində davamlılığın təmin edilməsindən ibarət idi: “Fikrimizcə, MDU ailəsinin bütün üzvlərinin […]

Mingəçevir Dövlət Universitetinin “Peşəkarla görüş” layihəsinin ilk qonağı Bəxtiyar Aslanbəyli olub

2020-ci ilin 22 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Peşəkarla görüş” adlı layihəyə start verilib. Layihə çərçivəsində keçirilən ilk görüşün qonağı BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli olub. Görüşün moderatoru olan MDU-nun rektoru Şahin Bayramov “Peşəkarla görüş” layihəsinin məqsədi barədə danışıb və ilk görüşün “Gənclərin Karyera İnkişafı” […]

Mingəçevir Dövlət Universiteti “Peşəkarla görüş” layihəsinə start verir

Mingəçevir Dövlət Universitetində (MDU) “Peşəkarla görüş” adlı layihəyə start verilir. Layihə çərçivəsində işinin peşəkarı olan mütəxəssislər, alimlər və tanınmış şəxslər ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Davamlı olaraq keçiriləcək görüşlərdə MDU-nun tələbələri, magistrantları, məzunları və gənc əməkdaşları iştirak edəcəklər. Layihənin məqsədi MDU kollektivinin müxtəlif aktual mövzular barədə peşəkarların bilik və bacarıqlarından faydalanması üçün imkanların yaradılmasından ibarətdir. Görüşlərə dəvət olunacaq qonaqların […]